Ulduzların ətrafında hərəkət edən planetlər, səmada hərəkət edən meteoritlər, nəhəng qaz və toz buludları və milyardlarla ulduzu əhatə edən qalaktikalar mövcuddur. Kosmos insanın çox qədim zamanlardan bəri maraq dairəsində olan ucsuz-bucaqsız boşluqdan ibarətdir. İçində yaşadığımız kainat hələ həllini tapmamış sirlərlə doludur. Böyük sirlərlə əhatə olunmuş göy cisimlərindən biri də Yer kürəsində həyatın mənbəyi olan Günəşdir. Bu filmdə sonsuz güc sahibi olan Allahın ehtişamla yaratmasının Günəşdəki nümunələrinə şahid olacağıq. Yaşadığımız dövrdə elm və texnologiyanın inkişafı ilə kainatın bilinməyən xüsusiyyətləri bir-bir ortaya çıxır. Sayı yüz milyarddan çox olan qalaktikalardakı ulduz sayı yer üzündəki bütün qum dənələrindən daha çoxdur.
Qalaktikalar da eynilə planetlər kimi bir orbit üzərində hərəkət edirlər. Məsələn, yaşadığımız Yer kürəsinin də tərkibinə daxil olduğu Süd yolu qalaktikası bir tam dövrünü 250 milyon ildə tamamladığı bir orbit üzrə hərəkət edir. Qalaktikamız böyük bir sürətlə, saniyədə 225 milyon km. sürətlə hərəkət edir. Süd yolu qalaktikası kimi digər qalaktikalar da çox böyük bir sürətlə hərəkət edirlər. Qalaktikalar bu sürətlə hərəkət etdikləri vaxt bəzən bir-birlərinə yaxınlaşar hətta bir birlərinin içərisindən keçib gedərlər. Ancaq bir-birlərinin içərisindən keçib gedərkən heç bir dağıntı baş verməz. Hər biri ayrılıqda bir nizam içində hərəkət edən iki nəhəng sistem bir-biri ilə qarşılaşarsa, sistemlər vaxt ərzində birləşər, beləliklə yeni bir nizamla hərəkət edən qalaktika əmələ gələr. Bunun səbəbi qalaktikaların tərkibindəki göy cisimlərinin arasında uzaqlıqları son dərəcə yaxşı nizamlanmış olmasıdır. Kainatdakı bütün göy cisimlərinin yerləşməsi insanın həyatı üçün tam lazım olan quruluşdadır. Məsələn, kosmosda böyük boşluqlar vardır. Amerikalı astronom Con Qrenstin (John Greenstein) "Simbiotik Kainat" adlı kitabında göy cisimlərində müəyyən məsafələrin olmasının əhəmiyyətini belə açıqlayır:
"Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsa, astrofiziki vəziyyət çox da fərqli olmazdı. Ulduzlarda və digər göy cisimlərində baş verən əsas fiziki hadisələrdə heç bir dəyişiklik olmazdı. Uzaq bir nöqtədən baxanda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq gecə çəmənlikdə uzanıb izlədiyim səmada çoxlu sayda ulduz mövcud olardı. Amma bir fərq daha olardı. Bu mənzərəni seyr edən mən olmazdım. Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın əsas bir şərtidir".
Daha ətraflı araşdırmalar aparan elm adamları göy cisimlərinin arasındakı məsafələrdən başqa həssas tarazlıq nümunələrini də təsbit etmişlər. Başqa elm sahələri də artıq kainatın insanın yaşayışını təmin etmək üçün bir məqsəd daşıdığını düşünməyə başlamışdır. Buna görədir ki, kainat boş yerə var olmamışdır, bir məqsədi vardır. Kainatdakı bütün fiziki tarazlıqlar insan həyatı üçün çox həssas şəkildə nizamlanmışdır. İndi insan həyatı üçün çox həssas bir tarazlıq ilə yaradılan daha bir göy cismi olan Günəşə daha yaxından baxaq.
Qovulmuş şeytandan Allaha sığınaram.
Günəşdəki həssas ölçü
Xəbərdarlıq
Bu filmdə verilən ədədlərin heç biri təsadüfən yan-yana gələn rəqəmlər deyil. Hər bir ədəd Dünya üzərində yaşayan hər bir canlı üçün önəmli məna kəsb edir.
Süd yolu qalaktikasındakı 200 milyard ulduzdan biri olan - Günəş. Elm adamları bu ulduzun yaşının 5 milyard il olduğunu düşünürlər. Halbuki onun tarixi daha qədimə, hələ heç bir şeyin mövcud olmadığı zamana yəni, bundan təxminən 14 milyard il əvvələ söykənir. Həmin an böyük partlama hələ reallaşmamışdı və digər bütün ulduzların taleyi, hansı atomlardan istifadə edib enerjini yayacaqları, hansı mərhələlərdən sonra sönəcəkləri təyin olunmuşdu. Günəşin taleyi isə digərlər ulduzlardan bir xüsusiyyəti ilə fərqlənirdi. O yaxınlığındakı mavi bir planetdə həyat qaynağı olmaq üçün yaradılmışdı. Allah kainatın taleyini hələ bu hadisələrin heç biri reallaşmadan təqdir etmiş və yaratmışdır. Günəş Süd yolu qalaktikasının mərkəzindən 26 min işıq ili uzaqlıqda yerləşir və saatda 792 min km. sürətlə hərəkət edir. Qalaktika öz oxu ətrafında bir dövrəni təxminən 225-250 milyon ildə bir tamamlayır. Ətrafına daimi olaraq işıq və istilik yayan bu ulduzun diametri Dünyanın diametrindən 109 dəfə, həcmi Dünyanın həcmindən 1,3 milyon dəfə, ağırlığı isə Dünyanın ağırlığından 333.000 dəfə çoxdur. Sıxlığı isə dünyanın sıxlığının ancaq dörddə biri qədərdir. Günəş çox isti və yanmaqda olan bəzi qazlardan ibarətdir və bu səbəbdən tez-tez böyük partlayışlar baş verir. Bu partlayışlar o qədər şiddətlidir ki, ölçüsü dünyamızın böyüklüyündən 40-50 dəfə çox olan alov şarlarının püskürməsinə səbəb olurlar. Oddan bir topa bəzəyən Günəşin səthinin istiliyi 6.000, nüvənin istiliyi isə 12.000.000 santiqrat dərəcədir. Bu xüsusiyyəti ilə günəş nəhəng bir enerji mərkəzidir. Belə ki günəşin 3 gündə yaymış olduğu enerji yer üzündəki bütün neft, ağac, təbii qaz və buna bənzər yanacaq növlərindən alınan enerjiyə bərabərdir. Buna baxmayaraq günəş enerjisinin ancaq 2 milyonda biri, istiliyininsə 2 mində biri yer üzünə çatır. Bəs nə üçün bütün enerji və istiliyin yalnız müəyyən bir miqdarı yer üzünə gəlib çatır? Çünki bu miqdar yer üzündə həyatın var olması üçün xüsusi olaraq yaradılmış ölçülərdən yalnız biridir. Günəşdən bizə gəlib çatan müəyyən bir miqdarda olan enerji sayəsində gecələrimiz işıqlanmaqda, yer üzü isinməkdə və canlılar qida axtara bilməkdədir. Günəş ilə dünyamız arasındakı məsafə 150 milyon km.-dir. Əgər mümkün olsaydı, günəşə ancaq kosmik təyyarə ilə beş min il davam edəcək bir səfərdən sonra çata bilərdik. Halbuki günəşdən gələn şüalar bu məsafəni yalnız 8 dəqiqə yarım vaxta qət edərək planetimizə çatır. Gərək günəşin dünyamıza uzaqlığı, gərəksə də günəşin böyüklüyü və günəşdəki reaksiyaların gücü həmişə çox incə hesablara bağlıdır. Bizim də həyatımız bu çox incə hesablarla təyin olunmuşdur. Bütün bu hesablamalardakı çox kiçik bir dəyişiklik belə dünya üzərindəki həyatın yox olmasına səbəb olardı. Günəşin həm öz oxu ətrafında, həm də müəyyən bir istiqamətdə hərəkəti, dünyanınsa öz oxu ətrafında və günəşin ətrafında günəşə bağlı olaraq Aydan təsirlənərək bir çox fərqli hərəkəti vardır. Bu çox sürətli hərəkətlərlə birlikdə dünyamız günəş sistemi ilə və Süd yolu qalaktikası ilə hər biri əvvəlkindən fərqli olan mövqedə olur. Burada əhəmiyyətli olan nöqtə budur ki, bu hərəkətlər əsnasında günəş və dünyamızın bir-birinə olan vəziyyəti heç vaxt dəyişməz və beləcə dünya üzərindəki həyat da heç bir təhlükəyə məruz qalmadan davam edər. Görüldüyü kimi günəşin quruluşu da təsadüfi, məqsədsiz bir quruluş deyil. Əksinə Allahın "Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir." (Rəhman surəsi, 5) ifadəsi ilə Quranda bizə bildirilmiş olduğu kimi Allah bu ulduzu insanın həyatı üçün xüsusi bir şəkildə yaratmışdır. Bura qədər bəhs etdiyimiz ölçülər yalnız dünyadakı həyata deyil, bütün kainata təsir edəcək dərəcədə həssaslıqla yaradılmışlar. Günəşdən yayılan işığın sürəti bunlardan yalnız biridir. İşığın sürəti saniyədə 300 min kilometrdir. Bu Eynşteynin məşhur E=mc2 düsturunda c ilə göstərdiyi bir sabit vahiddir. Bu düsturda E ulduzlarda istilik-nüvə reaksiyalarında maddə enerjiyə çevrildiyi zaman ortaya çıxan enerjini ifadə edir. Əgər işıq indikindən bir az daha sürətli olsaydı ulduzlarda istilik-nüvə reaksiyaları da indikindən on min dəfə çox enerji hasil olacaqdı. Bu vəziyyətdə də ulduzların nüvəsindəki enerji çox daha tez istifadə olunacaq və kainatımız milyonlarla il əvvəl qaranlığa qərq olacaqdı. Yaxşı, bəs işığın sürəti indikindən daha yavaş olsaydı necə? Bu vəziyyətdə kainatın başlanğıcdakı genişlənməsi çox daha yavaş olacaq və kainat cazibə qüvvəsinin təsirindən xilas ola bilməyib və içinə çökəcəkdi. Yəni hər iki vəziyyətdə də bu gün içində yaşadığımız kainatın var olması qeyri-mümkün olacaqdı. Bu qüsursuz tarazlıq bir daha isbat etməkdədir ki, kainat təsadüfi ortaya çıxmamış, müəyyən bir məqsədlə təşkil edilmişdir. Astrofizik Vilyam Pessin Nature jurnalındakı bir məqaləsində yazdığı kimi "Kainatda ağıllı həyatın inkişafını dəstəkləyən böyük bir dizayn var."
Bilindiyi kimi Süd yolu qalaktikası spiralvari quruluşa malikdir. Spiral qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yumru bir mərkəz və bu mərkəzdən çölə doğru eyni müstəvidə və eyni bucaqda qıvrılan qolları meydana gətirəcək formadadır. Mərkəzdən çıxan bu spiral qolların arasında qalan kosmos boşluğunda da bəzi ulduz sistemləri mövcuddur. Lakin bunların sayı yox deyiləcək qədər azdır. Bizim günəş sistemimiz də bəhs etdiyimiz bu spiral qolların arasında iştirak edən nadir ulduz sistemlərindən biridir. Bəs, günəş sisteminin spiral qolların arasında olması nə üçün əhəmiyyətlidir? Hal-hazırkı olduğumuz nöqtə etibarı ilə spiral qollardakı qazlar və tullantılardan uzaq, təmiz və dəqiq bir kosmos görünüşünə sahibik. Əgər spiral qollardan birinin içində olsaydıq görünüşümüz nəzərə çarpacaq ölçüdə pozulacaqdı. Professor Maykl Deton (Michael Detone) "Təbiətin taleyi" adlı kitabında bu mövzu haqqında söylədiyi fikirləri:
"Son dərəcə təəccüblü olan bir başqa həqiqət kainatın yalnız bizim varlığımıza və bioloji ehtiyaclarımıza inanılmaz dərəcədə uyğun olması deyil, eyni zamanda bizim onu anlamağımıza da son dərəcə uyğun olmasıdır. Günəş sistemimizin tozlu dumanlı Qalaktikanın ən şəffaf kənarında yerləşməsi bizim gecələr səmanı araşdıraraq uzaq qalaktikaları görə bilməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat sahibi olmağımızı təmin etməkdədir. Əgər bir qalaktikanın mərkəzində olsaydıq, heç bir zaman bir spiral qalaktikanın quruluşunu müşahidə edə ya da kainatın quruluşu haqqında fikir sahibi ola bilməzdik."
Maykl Detonun (Michael Dentone) da ifadə etdiyi kimi kainat tam da ehtiyaclarımızı ödəyəcək xüsusiyyətlərə sahib olaraq yaradılmışdır. Diqqət yetirilməli olan başqa bir nöqtə isə günəş sistemimizin Süd yolu qalaktikasının tam mərkəzində deyil kənarında yerləşməsidir. Bu xüsusiyyət Maykl Dentonun da ifadə etdiyi kimi bizim səmanı araşdıra bilməyimizə imkan verməkdə və ən əhəmiyyətlisi kainat haqqında məlumat sahibi olmağımıza imkan verməkdədir. Süd yolu qalaktikasında günəş və ətrafındakı planetlərin yerləşmə mövqeyi də Rəbbimiz tərəfindən xüsusi olaraq təyin edilmişdir. Bu mövqe bizim kainatı tanımağımıza, dərin düşünməyimizə və Allahın sonsuz qüdrətinə şahid olmağımıza vəsilə olmaqdadır. Allah Quran ayəsində bizləri bu şəkildə xəbərdar etməkdədir.
Günəşdəki həssas nizamların bir başqa nümunəsi də cazibə qüvvəsi ilə əlaqədardır. Günəşin cazibə qüvvəsi dünyanın cazibəsindən 28 dəfə çoxdur. Planetləri xarici kosmosa sovrulmaqdan qoruyan təsir günəşin cazibə qüvvəsi ilə planetlərin mərkəzdən qaçma qüvvəsi arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsi ilə bütün planetləri cəzb edər, planetlər də fırlanma nəticəsində yaranan mərkəzdən qaçma qüvvəsi ilə bu cazibədən təsirlənib günəşə yapışmazlar. Amma əgər planetlərin fırlanma sürətləri bir az daha yavaş olsaydı, o zaman bu planetlər sürətlə günəşə doğru yönələcək və sonunda günəş tərəfindən böyük bir partlama nəticəsində udulacaqdılar. Bu vəziyyətin tam tərsi də mümkün ola bilərdi. Əgər planetlər daha sürətli dönsəydilər, günəşin cazibə qüvvəsi onları bir yerdə tutmağa çatmayacaq və planetlər fəza boşluğuna sovrulacaqdılar. Amma bu saydığımız hadisələrin heç biri reallaşmaz və bütün planetlər öz orbitlərində hərəkət edərlər. Allah bu həqiqəti bizlərə 1400 il əvvəl Quranda Yasin surəsində bildirmişdir.
Məhz bu nöqtədə bu həqiqətə diqqət çəkmək lazımdır. Dünyamızın möhtəşəm böyüklükdə bir kütləyə sahib və enerji qaynağı olan günəşə uzaqlığı tam lazım olan dərəcədədir. Beləcə dünyamız günəşin həm yandırıcı - yox edici təsirindən qorunar, həm də faydalı enerjisindən lazım olduğu qədər yararlanar. Günəş sayəsində təmin edilən bu həssas tarazlığı kəşf edən Kepler və Qalileo kimi astronomlar isə, bu sistemin çox açıq bir dizaynı göstərdiyini və Allahın kainata olan hakimiyyətinin isbatı olduğunu ifadə etmişlər. Günəş sisteminin quruluşu haqqında əhəmiyyətli kəşflər edən və yaşamış ən böyük elm adamı sayılan İssak Nyuton isə belə yazmışdır: "Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox həssas sistem yalnız ağıl və güc sahibi bir Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər. O bunların hamısını idarə etməkdədir və bu hökmranlığa görədir ki, Ona "Üstün Güc sahibi Rəbb deyilir".
Biz işləyərkən, oturarkən, istirahət edərkən ağılımızın ucundan belə keçirməzkən Allah kainatda var olan bütün sistemlərin hər birini mükəmməl işləyəcək şəkildə yaratmaqdadır. Varlığımızın davamı üçün meydana gələn hadisələrin hər biri Allahın nəzarətindədir. Siz gözünüzü açıb yumana qədər Günəş 564 milyon ton hidrogeni, 560 milyon ton heliuma çevirər. Artıq qalan 4 milyon ton hidrogeni də enerjiyə çevirər. Günəşin bir saniyədə yaratdığı bu enerji mədəniyyətin başlanğıcından bəri insanlığın istifadə etdiyi enerjidən belə daha çoxdur. Nəhəng bir nüvə reaktoru olan günəşin içindəki reaksiyalarda böyük bir enerji ortaya çıxmaqdadır. Məhz bu nöqtədə Allahın sonsuz gücü və kainatdakı hər bir atom və bu atomun içindəki proton, neytron kimi hissəciklər üzərindəki hakimiyyəti ilə qarşı-qarşıya qalmaqdayıq. Allahın yaratdıqları üzərindəki bu gücü və hakimiyyəti bir ayədə belə xəbər verilir:
Günəş bir saniyədə yaratdığı enerji ikinci dünya müharibəsində Naqasakiyə atılan atom bombasının gücündən yüz milyonlarla dəfə çoxdur. Enerjisi Günəşin yaydığı enerjidən dəfələrlə az olan bu bomba üçün başda Eynşteyn olmaqla dövrün ən məşhur elm adamları böyük bir səy göstərmişlər. Ərsəyə gələn isə, insanları yox etmək üçün istifadə edilən bir silah olmuşdur. Halbuki Rəbbimiz nəhəng bir enerji qaynağını heç bir səy sərf etmək tələb etməyəcək şəkildə var etməkdə və zərər verməsinin qarşısını alaraq davamlı olaraq faydalanmağımızı təmin etməkdədir. Günəşdəki reaksiya dörd hidrogen atomunun birləşərək bir helium atomuna çevrilməsi şəkildə yekunlaşdırıla bilər. Yaxşı, bəs onda bu reaksiyada atomun nüvələrini bir-birinə bağlayan qüvvə nədir? Bu qüvvəyə "Güclü nüvə qüvvəsi" deyilir. Ancaq araşdırmalar göstərmişdir ki, güclü nüvə qüvvəsi bu işi etmək üçün tam lazım olan miqdardadır. Güclü nüvə qüvvəsi əgər bu anda sahib olduğu dəyərindən bir az daha zəif olsaydı iki hidrogen nüvəsi birləşə bilməzdi. Yan-yana gələn iki proton dərhal bir-birlərini itələyər, beləcə günəşdəki nüvə reaksiyası başlamamışdan bitərdi. Yəni günəş heç var olmazdı. Məşhur elm adamı Corc Qrenstin (George Greenstein) bu həqiqəti belə açıqlayır "Əgər güclü nüvə qüvvəsi bir azca belə daha zəif olsaydı, o zaman Dünyanın işığı heç bir zaman yanmayacaqdı". Görəsən güclü nüvə qüvvəsi bir azca daha güclü olsaydı nə olardı? O zaman da bir proton və bir neytrondan ibarət olan nüvə deyil, iki protonlu bir nüvə meydana gələrdi. Bu vəziyyətdə günəşin yanacağı çox təsirli bir yanacaq halına gələrdi. Bu elə bir yanacaq olardı ki, günəş və ona bənzər digər bütün ulduzlar bir neçə saniyə içində məhv olardı. Günəşin məhv olması isə bir neçə dəqiqə sonra bütün dünyanı və üzərindəki bütün canlıları alovlara qərq edər bir neçə saniyə içində kömür halına dönərdi. Amma Uca yaradıcımız olan Allahın Rəhməti sayəsində güclü nüvə qüvvəsinin gücü tam lazım olan səviyyədədir və günəş tarazlı bir reaksiya həyata keçirər, yəni yavaş-yavaş yanar. Bütün bunlar güclü nüvə qüvvəsinin gücünün tam insan həyatına imkan verəcək şəkildə nizamlanmış olduğunu göstərməkdədir. Əgər bu nizamlamada bir sapma olsaydı, günəş kimi başqa ulduzlar da heç var olmazdılar və meydana gəldikləri andan çox qısa bir müddət sonra qorxunc bir partlama ilə yox olardılar. Allah günəşi insanın həyatı üçün xüsusi bir şəkildə yaratmışdır və bunu Qurandakı bir ayə ilə bizlərə bildirmişdir.
Allah dünyanı Günəş kimi nəhəng enerji qaynağının yox edici təsirlərindən qorunacaq şəkildə yaratmışdır. Son illərdə aparılan araşdırmalar günəşin bir ürək kimi atdığını ortaya çıxarmışdır. Elm adamları bu atış əsnasında günəşdən yayılan bir-birindən fərqli milyonlarla səs təsbit etmişlər. Günəş kimi Süd yolunda olan 200 milyard ulduzun da bənzər şəkildə səs çıxardığını və bunu eşitdiyimizdə halımızın nə olacağını bir düşünün. Məsələn, çox yüksək səsli metal musiqi konsertinə getdiyinizi düşünün. Belə ki, qulaqlarımız bu nəhəng səs qaynağından yayılan tək bir notanı belə eşitməz. Çünki çıxan səslərin titrəşmə tezliyi eşitmə sərhədimiz olan 20 hersdən çox aşağıda 1 ilə 4 mil hers arasındadır. Bu səsi eşitməyimiz qeyri-mümkündür. Eşitmə sərhədimiz uyğun olsa belə kosmos boşluğunda səsləri çatdıra biləcək hava və ya qaz təbəqəsi olmadığından bu səslər dünyamıza çata bilməz. Günəşdən çıxacaq səsi 20 min ilə 40 min dəfə böyüdəcək olsaq pıçıltıdan daha az bir səs meydana gəlir. Maraqlıdır deyilmi? Dünyamızdan qat-qat böyük konsert sahəsində bir konsert verilir. Üstəlik minlərlə nəhəng dinamiklərlə. Biz isə Allahın üstün yaradışı sayəsində bunun fərqində belə olmuruq. Dünya davamlı olaraq günəşdən gələn yüksək enerji yüklü parçacıqların bombardmanına məruz qalır. Buna qarşı dünyamızın iki növ qoruyucu xüsusiyyəti vardır. Əgər bu qoruyucu xüsusiyyətlər olmasaydı, günəşdən birbaşa olaraq gələn yüksək enerji şüası və yüklü parçacıqlar həyat üçün öldürücü səviyyədə təhlükəli olardı. Dünyadakı ilk qoruyucu xüsusiyyət X və Ultrabənövşəyi şüaların dəniz səviyyəsinə enməsinə maneə törədən atmosferdir. Günəşdən gələn enerji yüklü parçacıqlar atmosferdəki molekullar tərəfindən udulur. Ölümcül xüsusiyyətli bu parçacıqlar atmosferin alt səviyyələrinə endiklərində canlılara zərər verməyəcək şəkildə uzun dalğa boylarına çevrilirlər. İkinci qoruyucu xüsusiyyət isə dünyanı əhatə edən maqnit sahəsidir. Dünya maqnit sahəsi sayəsində günəş küləyi şəklində günəşdən gələn yüklü parçacıqlardan canlı orqanizmləri qoruyar. Günəşdə çox böyük parlamalar olsa belə maqnit qalxan öz vəzifəsini görər. Dünyanın maqnit qalxanında dəyişmələr olduğu zaman xüsusilə qütb bölgələrində açıq bir gecədə atmosferdə Qütb parıltısı meydana gələr bu əsasən yaşımtıl rəngdə müşahidə edilər. Davamlı hərəkət edərək sanki rəqs edirmiş kimi görünən bu parıltı kosmosdan gələn sürətli elektronların atmosferdəki atomlara çarpması ilə meydana gələr. Bu işıqlar şimal qütbündə Aurora boralis, cənub qütbündə isə Aurora austrolis olaraq adlandırılırlar. Allah bizlərə qütb parıltıları və son dərəcə zərərli ola biləcək şüalarla əhatələnmiş dünyanın necə qorunduğunu göstərməkdədir.
Günəşin kosmosdakı mövqeyi və planetləri bir yerdə tutması, dünyanı isitməsi, yaydığı şüaların xüsusiyyətləri, bu şüaların canlılar üçün həyati əhəmiyyətə sahib olması kainatın canlı həyatı üçün yaradıldığını göstərməkdədir. Necə ki elm sahələri artıq kainatın insanın yaşayışını təmin etmək üçün bir məqsəd daşıdığını söyləməkdədir. Buna görə kainat boş yerə var olmamışdır. Bir məqsədi vardır. Başda günəşdəkilər olmaq üzrə kainatdakı bütün fiziki tarazlıqlar insan həyatı üçün çox həssas bir şəkildə nizamlanmışdır. Kainatdakı hər detal insan həyatını qorumaq məqsədilə hazırlanmışdır. Allah hər şeyin hakimi olduğunu bir ayədə belə bildirməkdədir:
Ən böyüyündən ən kiçiyinə qədər ətrafımızı əhatə edən strukturların və ya sistemlərin hansına baxırıqsa baxaq mütləq çox böyük bir möcüzə ilə qarşı-qarşıya gəlirik. Burada əhəmiyyətli olan bu möcüzələri görməkdir. Çünki bir möcüzə nə qədər açıq və böyük olursa olsun bu möcüzədən Allahın varlığına və sonsuz böyüklüyünə vara bilmək ancaq iman edənlərə xas bir imtiyazdır. İnkar edənlər isə açıq-aşkar bir möcüzə ilə qarşılaşmış olsalar belə qürurları və dünya ehtirasları səbəbiylə bunu qəbul etməzlər. Çox vaxt da ağlasığmaz şərhlərlə bu möcüzələri görməməzlikdən gələrlər. Halbuki günəşi mövzu götürdüyümüz bu filmdə qarşılaşdığımız möcüzələrdən biri belə vicdanlı bir adamın iman etməsi üçün kifayətdir.