Amputasiya, sağalması mümkün olmayan orqanın kəsilməsi prosesidir. Bu proseduranı yerinə yetirmək üçün kəsiləcək orqanın və kəsilmənin necə və harada aparılacağını bilmək lazımdır. Lazımi avadanlıq olmadıqda, prosedura tam baş tutmaz və ya xəstənin həyatı üçün təhlükə yaradar. İndiyə qədər insanlara xas olduğu düşünülən bu çətin müdaxilənin qarışqalar tərəfindən də edildiyi elm adamlarını təəccübləndirdi.
Bir çox qarışqa növü, koloniya yoldaşları yaralandıqda hazırladıqları tüpürcəklə yaraları təmizləyir və müalicə edir. Lakin Floridadakı Dülgər qarışqaları (Camponotus floridanus) koloniyadakı yaralı dostlarının ayağını amputasiya edirlər. Təəccüblü olan budur ki, bu, şüurlu bir seçimdir və qarışqalarda amputasiya hər zədə üçün tətbiq edilən bir üsul deyil.
Qarışqa baldır nahiyəsindən yaralanıbsa amputasiya edilmir və tüpürcəklə müalicə olunur. Lakin yara bud sümüyündə, yəni ayağın yuxarı hissəsindədirsə, amputasiya edilir. Müşahidələr göstərdi ki, amputasiya edilmiş qarışqaların 90-95%-i sağ qalıb. Bu da, prosesin nə dərəcədə dəqiq həyata keçirildiyini göstərən mühüm göstəricidir. Tüpürcəklə yaradakı infeksiyasının qarşısının alınması və müalicəsi 75% uğurlu olur.
Elm adamları, qarışqalardakı amputasiya prosesinin insanlardan başqa bir canlıda görülən ilk nümunə olduğunu bildirirlər. Würzbug Universitetinin Heyvanlar Ekologiyası və Tropik Biologiya Fakültəsinin alimi dr. Erik T. Frank bu barədə heyrətlədiyini ifadə edir:
“İnsanlarla rəqabət aparan yeganə tibb sistemi, qarışqaların yaraya diaqnoz qoya bilməsi, onun infeksiyalı və ya steril olub olmadığını görə bilməsi və buna əsaslanaraq uzun müddət ərzində yaranı müalicə edə bilməsidir.”
Qarışqaların məharətlə cərrahi müdaxiləsi Allahın yaratma sənətinin nümunəsidir. İstənilən işçi qarışqanın yaranın yerinə görə müalicə üsulunu təyin etməsi və onu müvəffəqiyyətlə tətbiq etməsi heyrətamiz məlumatdır. Bu vəziyyət ağlını və vicdanını istifadə edən insanları dərindən düşünməyə sövq etmək üçün kifayətdir.
Qarışqaların plevra kisəsindən mikrobları öldürən ifrazat hazırlaması bir möcüzədir. Təhsilli insanların nəyin ki, ayaq kəsə bilmədiyi, hətta yaranı tikə bilmədiyini, dezinfeksiya vasitəsini necə işlətməyi və bunu istehsal etməyi bilmədiyini düşünsəniz, qarışqanın nə qədər möhtəşəm bir iş bacardığını və necə möcüzəvi varlıq olduğunu anlayarsınız.
Rəhman olan Allahın yaratma nümunələri olan təkhüceyrəli orqanizmlər, həşəratlar, vəhşi heyvanlar və bitkilər də qarışqalar kimi mürəkkəb bədən quruluşu və mükəmməl sosial bacarıqları ilə bizə Allahın sənətini tanıtdırır və təsadüfən ortaya çıxmadıqlarını sübut edirlər.
Mənbə:
Will Dunham, “Qarışqalar yaralı yoldaşlarının həyatını xilas etmək üçün onları amputasiya edirlər”, Reuters, 2 iyul 2024