Dövlətlər xərçəng xəstələrinə dəstək olmalıdır
ucgen

Dövlətlər xərçəng xəstələrinə dəstək olmalıdır

1613

Əsrimizin ən geniş yayılmış xəstəliklərindən biri xərçəngdir.

 

Dövrümüzdə bir çox insan xərçənglə mübarizə aparır. Bu insanlar gündəlik həyatlarına davam edərkən bədənlərində anidən ortaya çıxan bəzi əlamətlər nəticəsində, yaxud da heç bir əlamət olmadığı halda, vaxtaşırı həyata keçirilən həkim müayinəsi əsnasında xərçəngə tutulduqlarını öyrənirlər. O andan etibarən də həyatları dəyişir.

 

İnsanlar bu xəstəliyə çox vaxt heç ağıllarından keçirmədikləri bir vaxtda tutulur və bu onlarda fiziki və psixoloji olaraq bir çox dəyişikliyə səbəb olur. Çünki xərçəng bəzən olduqca çətin müalicə prosesi tələb edir. Xərci çox yüksək olan bu müalicə prosesi bəzən illərlə davam edir. Xərçəngin öz çətinliklərindən əlavə mövcud müalicə metodlarının mənfi təsirləri də əlavə edildiyi zaman xəstəlik çox ağır gedir. Bütün bunlar isə həmin xəstəliyə tutulan insanın mənəvi olaraq təvəkküllü və səbirli, eyni zamanda da maddi cəhətdən güclü olmasını zəruri edir.

 

Ancaq reallıq budur ki, bizim dövrümüzdə insanların çoxu istər psixoloji, istərsə də maddi cəhətdən böyük sıxıntılar içindədir. Materialist dünyagörüşü insanları qəzəbli, kövrək, sevgisiz, səbirsiz, qayğılı və depressiyaya meyilli hala gətirdi. Bahalığ, işsizlik, aşağı əmək haqqı isə insanların bir çoxunu yoxsullaşdırdı. Dolayısilə insanların maddi olaraq xərçənglə lazımi şəkildə mübarizə aparması demək olar ki, qeyri-mümkündür. Buna görə də bütün elmi nailiyyət və səylərə baxmayaraq, xərçəng xəstəliklərində ölüm nisbəti hələ də çox yüksəkdir.

 

Dünyaya hakim olan materialist dünyagörüşü hər sahədə olduğu kimi, səhiyyə sahəsində də əsasən insan mərkəzli yox, pul mərkəzli bir anlayışın hakim olmasına yol açdı. Xəstə insanlar müalicə edilərkən ilk növbədə o insanlar üzərindən maddi gəlir əldə etmək məqsədi güdülür. Bundan bəlkə də ən çox əziyyət çəkən xəstələrin başında isə xərçəng xəstələri durur. Xərçəng dərmanları o qədər bahadır ki, sanki bu xəstəliyə tutulan kasıb insanlara "ölün" deyilir. Dövlətlərin xərçəng xəstələrinə dəstəyi bir çox ölkədə çox yetərsizdir. İnsanlar bu xəstəliklə mübarizədə yalnız buraxılır. Məsələn, ABŞ-da yeni çıxan bir xərçəng dərmanının illik xərci 120.000 dolları ötüb keçir. Bir çox dərmanın orta illik xərci isə təqribən 25.000 dollardır. ABŞ-da 4 nəfərlik bir ailənin orta hesabla illik gəlirinin 52.000 dollar olduğu düşünülsə, bu məbləğin xeyli yüksək olduğu görünür. Sığorta şirkətləri də xərçəng xəstələrinə məsafəli yanaşır. Tibbi sığortası olan xərçəng xəstəsi xərclərin təxminən 25%-ini öz cibindən ödəmək məcburiyyətində qalır. Ölüm nisbəti hələ də çox yüksəkdir.

 

Bu vəziyyətdə bir xərçəng xəstəsinin nələr yaşadığını təsəvvür edək. Xərçəngə tutulduğunu öyrənən və hazırlıqsız olduğu bu vəziyyət qarşısında əhvalını yüksək tutmağa çalışan xəstə müalicənin xərcini öyrəndikdə bu xərcləri necə qarşılayacağını düşünməyə başlayır. Müalicə olmaq üçün həyatı boyu çalışıb çox çətinliklə əldə etdiyi malını, mülkünü satır və çox çətin vəziyyətlərə düşür.

 

İnsanları xərçəng kimi ağır xəstəliklə mübarizədə tək qoymaq doğru deyil. Dövlətlər xərçəng xəstələrinə dəstək olmalıdırlar. Bu, həm insanların xəstəliklə mübarizədə rahat nəfəs almalarına səbəb olacaq, həm də xərçəngdən ölənlərin sayını azaldacaq. Bəs dövlətlər xərçənglə mübarizədə hansı işlər görə bilər?

 

Əslində, bu sualın cavabını hamı bilir. Əsas məsələ bilinənləri səmimi şəkildə tətbiq etməkdir.

 

Dövlətlər ilk növbədə xərçənglə mübarizə aparan xəstələrin üzərindəki bütün maddi yükləri götürməlidirlər. Xərçəng dərmanları ya pulsuz, ya da çox aşağı qiymətə xəstələrə verilməlidir. Xərçəng xəstələrinin xəstəxanalarda pulsuz müalicə edilmələri təmin olunmalıdır. Bunların edilməsi pulu olmadığı üçün xərçənglə mübarizə apara bilməyən insanların həyatda qalması və sağlamlıqlarına qovuşması üçün çox vacibdir.

 

Digər tərəfdən məlum olan bir həqiqət də odur ki, xərçəng xəstələri depressiyaya düşmədikləri  zaman bu xəstəliklə rahatlıqla mübarizə apara bilirlər. Aparılan tədqiqatlar göstərir ki, mənəviyyatı güclü olanlar ağır xəstəliklərə qarşı daha dözümlü olurlar. Ona görə dövlətlər xəstələrin mənəvi cəhətdən dəstək almaları üçün də tədbirlər görməlidirlər. Digər tərəfdən tibb işçilərinə xərçəng kimi ağır xəstəliklərlə mübarizə aparan insanlara necə davranmalı olduqlarına dair də təlimlər keçirilməlir.

 

Xərçənglə mübarizə aparmağı bilməyən, xalqını xərçənglə mübarizədə tək qoymuş ölkələrin inkişaf etmiş olduqlarından bəhs etmək mümkün deyil. Bundan başqa, vicdanlı heç bir cəmiyyət xərçəng xəstələrinin kasıb olduğuna görə ölməsinə göz yuma bilməz. İnsanlar gəlirlərindən asılı olmayaraq ən müasir üsullarla müalicə edilməlidir. Əksi, böyük zülm olar. İnsan həyatı müqəddəsdir və pulla ölçülə bilməz. Bu səbəbdən dövlətlər xərçənglə mübarizədə dərhal hərəkətə keçməli və xərçəng xəstələrinə kömək etməlidirlər.

 

Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi:

http://www.diplomacypakistan.com/health/official-support-should-be-provided-for-cancer-patients/

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr