Mehdi, bir çox xüsusiyyətiylə peyğəmbərlərə bənzəyəcək
ucgen

Mehdi, bir çox xüsusiyyətiylə peyğəmbərlərə bənzəyəcək

2051
İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurmuşdur: "BİZİM QAİMİMİZ (HZ. MEHDİ) İLƏ ALLAHIN RƏSULLARI ARASINDA BİR SIRA OXŞARLIQLAR VARDIR. NUH, İBRAHİM, MUSA, İSA, ƏYYUB VƏ MƏHƏMMƏD SALLALLAHU ƏLEYHİ VƏ ALİH PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR OXŞARLIĞI  VARDIR. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə, dünyaya gəlişinin gizli olması və xalqdan uzaq olmasında; Musa ilə, qorxu halı (hz. Mehdiyə istiqamətli təhlükələrin çoxluğu ilə; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç-içə olmasıyla) və qeybətdə yaşamasında (davamlı gizlənərək yaşamasında); İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “hz. Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, hz. Mehdinin yanında olmasıyla), bənzərliyi vardır. " (Kemal’ud-Din səh. 322, 31. babin 3-cü hədis)

PAYLAŞIN
logo
logo
logo
logo
logo