Etməyəcəyi şeyləri demək Quran əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xəbərsiz olan insanlara xas olan xüsusiyyətlərdəndir.
Belə insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, lovğalanmaq məqsədiləedə bilməyəcəklərini deyir, öhdəsindən gələ bilməyəcəkləri işlərdən bəhs edirlər. Müvəqqəti xeyir və mənfəətlər əldə etmək üçün əslində etməyə niyyətləri olmadığı şeyləri vəd edirlər. Bu qeyri-səmimi hərəkət cəmiyyətdə çox əhəmiyyət verilməyən, vərdiş edilmiş bir davranışdır. Halbuki insanların edə bilməyəcəklərini demələri Allah dərgahında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:
«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.» (Səff surəsi, 2-3)
Bu davranış ayələrdə pislənən yalançılıq, ikiüzlülük, qeyri-səmimilik kimi bir çox pis xüsusiyyətləri özündə əks etdirir. Quranda göstərilən gözəl əxlaqa ən uyğun şəkildə yaşamağı özlərinə qanun kimi qəbul etmiş möminlər Allah dərgahında pislənən bu davranışdan uzaq olmağa çalışırlar.