Allahın Cənnət Əhli Üçün Hazırladığı Nemətlər
• Cənnətə qaçaraq gedən yoxdur? Çünki cənnətdə ağıla gəlməyən nemət vardır. [Tezkireti'l Kurtubi, s. 306-307/499]
Cənnətdəki Zənginlik və Bolluq
• Gümüş kərpicdən və qızıl kərpicdən! Harcı də qoxulu müşk. Cənnətin daşları inci və yaqutdan, torpağı da zəfərandır... [(Tirmizi), Kütüb-i Sitte-14, s. 451/6]
Cənnət Xəzinələri
• Əgər cənnətdə olan şeylərdən dırnaq boyda yerdə görsənsəydi, yerlə göy arasını bər-bəzəyə sarardı. Əgər cənnət əhlindən bir adam görünüb bilərziklərini göstərsəydi, Günəşin ulduzların işıqlarını söndürdüyü kimi, Günəşin işığını söndurərdi. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 409/10096]
Cənnətdəki Mülkün Genişliyi
• Əhli cənnətin ən aşağı dərəcəli olanının cənnətdəki mülkünü tamaşası (seyr etməsi, gəzməsi) iki min il çəkər və bu mülkün ən uzaq qismini ən yaxın kimi görər... [Ramuz el-Ehadis-1, s. 113/8]
Qiymətli Daşların və Mədənlərin Bolluğu
• … Qadının boynundakı incilərin bir dənəsi Qərblə Şərq arasını işıqlandırar... Başında olan tacların ən kiçik incisi də yenə Şərqlə Qərb arasını işıqlandırar. [Ramuz el-Ehadis-1, s. 99/8]
Cənnət Məkanlarının Gözəlliyi
• Bir kərpici gümüş, bir kərpici qızıl, harcı kəskin qoxulu müşk, döşəməsi inci və yaqut, torpağı isə zəfəran olub, oraya girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi olar, ölməz... [Büyük Hadis Külliyatı-5, s. 408/10088
Cənnət İmarətləri
• Qurfələr (cənnət imarətləri) qırmızı yaqut, yaşıl zəbərcəd (zümrüd) və ağ incidəndir. Onlarda heç bir qüsur və ayıb yoxdur. Cənnət əhli bunlara sizin göydə, şərq və qərbdəki parlaq ulduzlara baxdığınız kimi baxarlar... [Ramuz el-Ehadis-1, s. 225/6]
• Cənnətdə elə imarətlər vardır ki, içindəki xaricindəkini, xaricindəki içindəkini görər... [Ramuz el-Ehadis-1, s. 125/9]
Cənnətdəki Şəhərlər
• Cənnətdə "Reyyan" deyilən bir çay vardır. Üzərində mərcandan bir şəhər qurulmuşdur. Onun qızıl və gümüşdən yetmiş min qapısı var. Bax bu, hamil-i Qurana məxsusdur. [Ramuz el-Ehadis-2, s. 326/4
• Cənnətdə altından bir dirək və üzərində zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daş) şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq saçarlar... [Ramuz el-Ehadis-1, s. 125/6]
Cənnətdəki Saraylar
• Cənnətin içində incidən bir saray vardır. O sarayın içində qırmızı yaqutdan yetmiş ev vardır. Hər evin içində yaşıl zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daş) yetmiş ev vardır. Hər evin içində yetmiş taxt, hər taxt üzərində də rəngbə-rəng yetmiş yataq vardır. Hər evin içində yetmiş süfrə, hər süfrənin üzərində də yetmiş növ yemək vardır. Həmçinin hər evin içində yetmiş xidmətçi vardır... [Tezkireti'l Kurtubi, s. 323/554]
Cənnətdəki Otaqlar
• Şübhəsiz ki, cənnətdə (mömin üçün) içi boşaldılmış incidən hazırlanmış bir çadır vardır. Bu çadırın eni altmış mil (təxminən 100 km) məsafə genişliyindədir. Bunun hər küncündə (möminə məxsus) bəzi ev əhli vardır ki, onlar başqalarını (yəni bir-birlərini) görə bilməzlər. (Ancaq) Mömin onları gəzib ziyarət edir. [Tezkireti'l Kurtubi, s. 325/560]
• Cənnət əhlindən dərəcəsi ən aşağı olanın səksən min xidmətçisi vardır. Onun üçün incidən, zəbərcəddən (zümrüd bənzəri qiymətli bir daş) və yaqutdan bir çadır qurular. Bu çadır Cabiyədən Sanaya qədər uzanır. [(Tirmizi), Büyük Hadis Külliyatı- 5, s. 412/10114]
Cənnətdəki Bazarlar
• Şübhəsiz cənnətdə bir bazar vardır ki, mələklər oranı ziyarət edərlər. Orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi və təsəvvür edilməyən nemətlər vardır. Ürəyimizin istədiyi hər şey bizə gətirilər. Lakin orada satılan və satın alınan heç bir şey yoxdur. O bazarda cənnət xalqları bir-biriləri ilə qarşılaşır. Yüksək mənzil və mövqe sahibi dönən zaman özündən mövqe baxımından aşağı olan biri ilə qarşılaşar. Onların içində qarşılaşdığının üzərində gördüyü bəzək və paltarlarından ötrü narahat olan bir insan yoxdur. Sözünün sonu gəlmədən cismi daha gözəl paltara bürünər. Şübhəsiz ki, cənnətdə heç kısin kədərlənməsi, qəmgin olması kimi xüsusiyyətlər yoxdur. [Tezkireti'l Kurtubi, s. 325-326/563]
• Şübhəsiz ki, cənnətdə bir bazar vardır. Lakin orada heç bir şeyi satın almaq və heç bir şeyi satmaq yoxdur. Ancaq kişi və qadının surət və şəkilləri vardır. Buna görə də orada hansı qılığa istəsə ona girəcəklər. [Tezkireti'l Kurtubi, s. 326/564]
• Şübhəsiz cənnətdə elə bazarlar var ki, orada alver yoxdur. Lakin cənnət əhalisi oraya çatdığı zaman təzə və parlaq inci və müşk torpaq üzərinə oturarlar. Dünyada olduqları kimi o cənnətlərdə tanış olarlar. Dünyada necə olduqlarını və Rəbblərinə ibadətlərinin necə olduğunu, gecələri necə canlandırdıqlarını, gündüzləri necə oruc tutduqlarını, dünyanın zənginliyi ilə kasıblığının necə olduğunu, ölümün necə olduğunu və... necə cənnət əhalisindən olduqlarını danışıb müzakirə edərlər. [Tezkireti'l Kurtubi, s. 326/565]
Cənnətdəki Yeməklər
• "Onu meyvələri aşağıya sallanan yüksək cənnətə qoyun!" deyildiyindən bəhs edir. [Büyük Hadis Külliyatı-5, s. 413/10120]
Meyvələrin Bolluğu:
• Sidrətül-Müntəha ağacının meyvəsindən hər bir meyvə yarılınca içindən yetmiş iki rəng və hər cür dad hiss olunar ki, orada o birisinə bənzəyən heç bir rəng və növ yoxdur. [Tezkireti'l Kurtubi, s. 312/517]
• ... Cənnətin meyvəsindən qoparınca, yerinə təzəsi bitər. [Ramuz el-Ehadis-1, s. 98/9]
Cənnətdəki Yeməklərdən Nümunələr:
Xurma
• Cənnətdəki xurma ağacının budaqları qırmızı qızıldır. Saplağı yaşıl zümrüddür. Yarpaqları ipək kimidir. Meyvəsi qüllə kimi iri dənəli, yumşaq və çəyirdəksizdir. [Ramuz el-Ehadis-2, s. 451/4
Əncir
• Peyğəmbərimiz (s.ə.v.) bir qab əncir hədiyyə edildi, ondan yedi və səhabələrinə dedi: "Bundan yeyin. Əgər mən bir meyvənin cənnətdən endiyini söyləsəm, bax elə bu əncir cənnət meyvələrindəndir" buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 313)
Qarpız
• Qarpızdan faydalanın və ona təzim (hörmət) edin. Çünki onun suyu cənnətdən, dadı da cənnət dadındandır, qarpız cənnət meyvələrindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 313)
Banan
• Dünyada cənnət meyvəsinə bənzəyən meyvə banandır. Çünki Allah-Təala (cənnətin yemişi haqqında) "Onun yemişləri daimidir" buyurmuşdur. Sən isə bananı yaz və qış ilin hər mövsümündə tapa bilərsən. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 312-313)
Ət
• Cənnət xalqının qidasının ən fəzilətlisi, ən nəfis olanı ətdir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. [Tezkireti'l Kurtubi, s. 363/654]]
• Cənnətdə sənin canın quş istəyəcək. Dərhal qızardılmış olaraq önünə gətirilib qoyulacaq. Büyük Hadis Külliyatı-5, s. 414/10123]
Cənnətdə İnsan Gözəlliyi
• Cənnətdəki hurilər yaqut və mərcan kimidirlər. Adam onlardan birinin üzünə baxar, özünü onun yanağında, gücgüdə gördüyündən daha aydın görər. Onların incilərinin ən ədnası (ən kiçik, ən əhəmiyyətsiz) şərq ilə qərbi işıqlandırar. [Ramuz el-Ehadis-2, s. 337/7]
• Cənnət əhlinin bədəni tüksüz, üzü saqqalsız, gözləri sürməlidir, gənclikləri zail olmaz (tükənməz), paltarları köhnəlməz. [(Tirmizi), Kütüb-i Sitte-14, s. 451/6]
• Cənnət əhlinin bir bazarı vardır. Hər Cümə oraya gəlirlər. Elə bu zaman şimal küləyi əsər, paltarlarını və üzünü oxşayar. Bunun təsiri ilə hüsün (gözəllik) və camalları (üz gözəlliyi) artar. Beləcə ailələrinə, daha da gözəlləşmiş olaraq dönərlər. Xanımları: "Vallah, bizdən ayrıldıqdan sonra sizin camal və gözəlliyiniz artmışdır!" deyərlər. Kişilər də deyərlər ki: "Allaha and olsun, Siz bizdən daha çox gözəlləşmisiniz". [(Müslim), Kütüb-i Sitte-14, s. 433/16]
• ... Əgər cənnət əhli qadınlarından olan bir qadın yer əhlinə görünsəydi, dünyanı və içindəkiləri aydınlığa qərq edər, ikisinin arasını isə gözəl qoxu ilə doldurardı... [(Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 409/10095]
Geyinilən Paltarlarının Gözəlliyi və Müxtəlifliyi
• ... Orada böyük imarətlər, geniş çaylar, bol və yetişmiş meyvələr, gözəl və dilbər arvadlar (qadın, həyat yoldaş), əbədi olan çox rəngli, gözəl paltarlar vardır. Ora yüksək səviyyəli, gözəl, parlaq həyat sürülən bir yerdir... [Ramuz el-Ehadis-1, s. 170/1]
Cənnət Ağacları
• ... Cənnət ağaclarının gövdəsi inci və qızıl, yuxarısı isə meyvədir. [Tezkireti'l Kurtubi, s. 315/523]
• Bu ağacların budaqları qurumur, yarpaqları tökülmür, suyu itmir, meyvəsi tükənmir. [İlahi Dinlerde Cennet İnancı, s. 54]
Cənnətdəki Çaylar və Dənizlər
• Cənnətdə bal dənizi, şərab dənizi, süd dənizi və su dənizi var. Digər çaylar başlanğıcını bunlardan götürür. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, s.409/10097]
Cənnət Torpağının Gözəlliyi
• Cənnətin ağaclarını çox əkin. Çünki onun suyu şirin, torpağı gözəldir... [Ramuz el-Ehadis-1, s. 72/14]
• Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, xərci müşk, daşı inci və yaqut, torpağı isə zəfərandır... [Ramuz el-Ehadis-1, s. 200/6]
Cənnətdəki Genişlik
• Allah-Təala cənnət əhlini cənnətdə məskunlaşdırdığında, geriyə geniş bir məkan qalar. Allah-Təala oraya yaradıldığından sona çatacağı günə qədərki dünyadan da daha böyük olanını, yəni üç yüz altmış aləmi məskunlaşdırar. [Ramuz el-Ehadis-1, s. 30/5]
Cənnətdəki Gözəl Qoxular
• Əhli cənnət qadınlarından bir qadın yer üzünə baxsa, müşk qoxusundan yer üzü dolar və üzünün nuru Günəş və Ayın ziyasını örtər. [Ramuz el-Ehadis-2, s. 355/5]
• Əgər bir huri barmaqlarından birini dünyaya göstərsə (yer-göy əhli) hər can sahibi, onun qoxusunu hiss edər. [Ramuz el-Ehadis-2, s. 355/4]
• ... Şimal (şimal) küləyi əsən zaman onların üzlərinə və paltarlarına ən gözəl qoxunu səpər. [Tezkireti'l Kurtubi, s. 325/562]
Cənnətdəki Səs Gözəlliyi:
• Cənnətdə hurilərin toplanma yerləri vardır. Səslərini yüksəldəcəklər, varlıqlar onların səsi qədər gözəl bir səsi o ana qədər heç eşitməmiş olacaqlar... [(Tirmizi), Büyük Hadis Külliyatı, s. 409/10099]
• Cənnətə girən hər kəsin baş və ayaq tərəfində iki huri dayanar və ins və cinin eşitdiyi ən gözəl səslə nəşidə (şeir) oxuyarlar... [Ramuz el-Ehadis-2, s. 384/7]
Cənnətdə Sonsuz Həyat və Gənclik
• ... Oraya girənlərə ehtiyac olmadan da nemətlər gələr. Orada əbədi olaraq yaşayarlar. Onlar ölməz, paltarı köhnəlməz və gənclikləri də getməz. [Ramuz el-Ehadis-1, s. 200/6]
Cənnətdəki Əbədi Gənclik
• Cənnətə sürməli və saqqalsız olaraq Yusuf (ə.s.) gözəlliyində, Əyyub (ə.s.) söhbətində və otuz yaşlarında gənclər olaraq girərsiniz. [Ramuz el-Ehadis-1, s. 249/15]
Cənnət Əhlinin Yaşıd Olması
• Bir kimsə cənnətlik olaraq ölüncə böyük və ya kiçik, yaşı neçə olursa-olsun, otuz yaşında insan olaraq cənnətə girər və artıq bu yaş əbədi olaraq dəyişməz. Cəhənnəmliklər üçün də vəziyyət belədir. [(Tirmizi), Kütüb-i Sitte-14, s. 450/5]
Cənnətdə Arzulanan Hər şeyin Olması
• Əgər cənnətə girmək nəsib olsa, "Qırmızı yaqutdan bir ata minim" desən minərsən. "Uçum” desən uçarsan. [Ramuz el-Ehadis-1, s. 149/5]
• "Allah-Təala Həzrətləri fərman etdi ki: "Mən Azimuş-Şan saleh qullarım üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insanın xəyal və xatirindən heç keçməyən nemətlər hazırladım." [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, s. 4419/1]
Cənnətdə İstənilən Şeylərin An İçində Olması
• Cənnətdə sənin ürəyin quş istəyəcək. Dərhal qızardılmış olaraq önünə gətirilib qoyulacaq. [Büyük Hadis Külliyatı-5, s. 414/10123]
• Bir adam (cənnətdə) əkinçilik etmək üçün Rəbbindən icazə istəyəcək. Rəbbi ona deyəcək ki: "Sən arzuladığın kimi deyilsənmi? O da belə deyəcək: "Bəli. Lakin mən kənd təsərrüfatını sevirəm" deyəcək. Ona icazə veriləcək, dərhal toxum əkəcək, bir anda əkin verəcək, böyüyəcək, xırmanı qurulub, dağlar kimi məhsul yığılacaq... [(Buhari), Büyük Hadis Külliyatı-5, s. 413/10119]
İstəndiyi Kimi Surət Dəyişdirə bilmək
• Cənnətdə bir bazar vardır. Ancaq orada nə alış, nə də satış vardır. Yalnız kişi və qadın surətləri vardır. Kişi bunlardan bir surət arzu etsə o surətə girər. [(Tirmizi), Kütüb-i Sitte-14, s. 434/17]
Diləyən Adamın Uşaq Sahibi Olması
• Mömin cənnətdə uşaq arzu etdiyi zaman onun hamilə olması, doğulması, yaşı bir anda olar. [Tezkire-i Kurtubi-1, s. 55]
Gecənin Olmaması
• Cənnətdə gecə yoxdur. O, işıq və nurdan ibarətdir... [Ramuz el-Ehadis-2, s. 366/4]
Yuxunun Olmaması
• Peyğəmbər səlləllahu əleyhi və səlləmə: "Cənnət əhli yatarmı?" deyə soruşdular. Belə buyurdu: "Yuxu, ölümün qardaşıdır. Cənnət əhli yatmaz" [Büyük Hadis Külliyatı-5, s.414/10125]
Anlaşılmazlığın Olmaması
• ... Ürəkləri bir insan ürəyi kimidir. Aralarında ixtilaf, anlaşılmazlıq yoxdur... [Kütüb-i Sitte-14, s. 449/3]
Kədər, Çətinlik Kimi xüsusiyyətlərin Olmaması
• ... onlar belə deyəcəklər: "Biz əbədilərik, əsla həlak olmarıq, biz xoşbəxt insanlarıq, əsla kədərlənmərik... [(Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 409/10099]
• ... Orada heç bir dərd və təhlükə yoxdur... Ramuz el-Ehadis-1, s. 170/1]
Cənnətdəkilərin Allahın Uca Şəxsinin Təcəllisini Görə bilmələri
• Bunun üzərinə pərdə qaldırılacaq, özlərinə Rəbbləri Təalanı görməkdən daha sevimli bir şey verilmədiyini anlayacaqlar. [Büyük Hadis Külliyatı-5, s. 415/10130]
• Cənnət əhli Allahın hüzuruna iki dəfə girər... Onlardan hər biri o məclisdə əməllərinə görə, inci, yaqut, zümrüd, qızıl və gümüşdən olan minbərlər üzərində oturarlar. Gözləri heç bir zaman bu qədər aydın olmamışdır... Buna yenidən qovuşmaq ümidi ilə sabahı gözləyərək yerlərinə dönərlər. [Ramuz el-Ehadis-1, s. 120/3]
Allahın Məmnuniyyətini Qazanmaları
• "Ey Rəbbimiz, buyur! Əmrinə müntəzirik! Xeyir Sənin əlindədir!" deyərlər. Rəbb Təala: "Razı oldunuzmu?" deyə soruşar. Onlar: "Ey Rəbbimiz! Razı olmamaq nə həddimizə! Sən bizə öz məxluqatından bir başqasına vermədiyin nemətlər verdin!" deyərlər. [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, s. 456-457/13]
Cəhənnəmdən Xilas olmuş Olmanın Sevinci
• Cənnət əhlindən hər kəs cəhənnəmdəki yerini görər və "Allah mənə hidayət verməsəydi" deyər və bu ona şükür olar... [Ramuz el-Ehadis-2, s. 342/1]
Cənnətin Dərəcə-Dərəcə Olması
• ... Cənnəti də əməllərə görə bölərlər. (Çox əməli olan çox pay alar.) [Ramuz el-Ehadis-1, s. 198/17]
• Cənnət əhli qurfələrdə (cənnət imarəti) qalanları (əhli quraf) görərlər. Eynilə üfüqdə şərqdən qərbə gedən inci kimi parlaq ulduzları gördüyünüz kimi. Aralarındakı fəzilət fərqi (qurfə əhlini) belə yuxarıda göstərər. [Buhari, Müslim, Cennet 11, 2831]
• Cənnət yüz dərəcədir. İki dərəcənin arası yer ilə göy arası kimidir. Firdovs ən yüksəyi olub, cənnətin mərkəzinə düşər. Və onun üstü Ərşi Rəhmandır. Cənnətin çayları buradan qaynayar. Allahdan istədiyinizdə Firdovs Cənnətini diləyin. [Ramuz el-Ehadis-1, s. 200]
• Cənnət əhlinin ən aşağı dərəcəsində olan adam cənnətlərinə, xanımlarına, nemətlərinə, xidmətçilərinə və yataqlarına baxar. Min illik yoldan görüb bunları seyr edə biləcək. Allah Qatında olanların ən qiymətliləri isə səhər-axşam Allahın camalını görə biləndir. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 412/10115]
Cənnət Əhlinin Xüsusiyyətləri
• ... Cənnətə girmələrini ən çox təmin edən şeylər nələrdir? Allah qorxusu və gözəl əxlaqdır... [Ramuz el-Ehadis-1, s.12/8]
• ... Allahdan həya qəbirlərdə çürüməyi unutmamaq, içinizi və ondakıları unutmamaq, başı və başdakıları unutmamanızdır. Kim axirət ikramını istəsə, dünya zinətini tərk etsin. Bax elə o vaxt qul "Allahdan haqqı ilə həya etmiş" olar. O vaxt Allahın dostluğuna nail olmuş olar. [Ramuz el-Ehadis-2, s. 343/2]
Cənnət Sevincini Yaşamaq
• Cənnətdən bir balaca yer dünya və içindəkilərdən xeyirlidir. [Ramuz el-Ehadis-1, s. 132/9]
Cənnət Əhli Qədərdə Müəyyəndir
• Əhli cənnət öz adları, atalarının və qəbilələrinin adları ilə müəyyəndir. Qiyamət gününə qədər onların ədədlərində çoxaldılma və azaldılma olmaz. … [Ramuz el-Ehadis-1, s. 155/3]