Peyğəmbərimiz (səv) Quranın insanları hidayətə çatdırdığını söyləmiş və onlara Quranı rəhbər etmələrini nəsihət etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
De: “Müqəddəs Ruh (Cəbrail) onu, sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)
De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da, Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. (Səba surəsi, 50)
Peyğəmbərimizin (səv) bir hədisində Quranın qurtuluşa aparan bir rəhbər olduğu belə açıqlanır:
"Kim ki Quranı önə alarsa Quran onu cənnətə aparar. Kim də arxasına buraxsa onu da cəhənnəmə sürükləyər"