Bir vaxtlar hər yaşda insanın maraqla izlədiyi bir film ekranlarda idi: "Hörümçək adam-2".
Amerika Birləşmiş Ştatlarında illər əvvəl nümayişimə başladıqda bütün zamanların ən yüksək "ilk 3 gün" gəlir rekordunu qıran filmin ikincisi də yeni rekordlara imza atmağa namizəd görünürdü. Film Şimali Amerikada əldə etdiyi kassa gəliri ilə "ilk gün" rekordunu qırdı və ekrana gəldiyi ilk gün kassalara 40.5 milyon dollarlıq gəlir gətirdi.
Filmin mövzusu qısaca belədir:
Həlim xasiyyətli Piter Parker (Tobey Maguire) bir tərəfdən qeyri-adi xüsusiyyətlərini insanlara kömək etmək üçün istifadə edib, bir tərəfdən buna görə qarşılaşdığı çətinliklərlə mübarizə apararaq, bir tərəfdən də hörümçək adam ilə tələbə şəxsiyyəti arasındakı tarazlığı qorumaq məcburiyyətindədir. Piter bu dəfə güclü, çox qollu, azğın dr. Octopus (Osminoq), yəni qısaca "Dok Yan" la (Alfred Molina) qarşı-qarşıyadır. Piter bu səkkiz qollu dəli adamı dayandırmaq üçün bütün super qəhrəman gücünü toplamalıdır.
Hörümçək adam-2 filmi bu həyəcanlı hekayəni mükəmməl vizual effektlərlə birləşdirərək izləyənlərə vizual bir mərasim təqdim etdi.
"Spider-man/hörümçək-adam" klassikləşmiş Marvel Komik cizgi roman obrazına əsaslanır. Marvelin meneceri Sten Li ilə şirkətin obraz dizayneri Stiv Ditkonun qurduqları obraz Hörümçək Adam ilk olaraq 1962-ci ildə çox da müvəffəqiyyətli olmayan cizgi roman “Amazing Fantasy”nin (inanılmaz Fantaziya) son sayında göründü. Obraz elə sürətli bir şəkildə rəğbət qazandı ki, “Amazing Fantasy”nin adı Amazing Spider-Man (inanılmaz Hörümçək Adam) olaraq dəyişdirildi və 1963-cü ilin mart ayında təkrar oxucularla görüşdü. O tarixdən indiyə qədər Hörümçək Adam dünya səviyyəsində ad qazandı və bütün zamanların ən məşhur super qəhrəmanlarından biri oldu.
İndi bu super qəhrəmanın onu qəhrəman edən xüsusiyyətlərinə bir nəzər salaq.
Hörümçək sıçrayışı
Hörümçək adam eynilə bir hörümçək kimi çox yüksəklərə sıçraya bilər.
Hörümçək toru
Hörümçək adam eynilə bir hörümçəyin toruna bənzər bir tor hazırlayır və tutmaq istədiyi insanları bu yolla tələyə salır.
Hörümçək refleksləri
Hörümçək adamın təhlükəli vəziyyətlərdə sürətlə qorunmasını təmin edən eynilə bir hörümçəkdə olduğu kimi güclü refleksləri var.
Hörümçək hissləri
Reflekslərə əlavə olaraq hörümçək adamın bir də onu təhlükəyə qarşı xəbərdar edən "hörümçək hissləri" var. Bu hissləri sayəsində ona arxadan hücum etmək qətiyyən mümkün deyil. Bu reflekslər və hörümçək hissi onu məğlub edilməsi çətin olan bir qəhrəman edir.
Səthlərə yapışma xüsusiyyəti
Hörümçək adamın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də yenə eynilə bir hörümçək kimi hər cür səthə yapışaraq yeriyə bilməsidir.
İndi də həqiqi bir hörümçəkdə olan möhtəşəm xüsusiyyətlərdən bir neçəsinə toxunaq:
Funksional ayaqlar
Hörümçəyin ən çətin vəziyyətlərdə belə yeriməsini və yapışmasını təmin edən dörd cüt ayağı vardır. Hər ayaq yeddi parçadan ibarətdir. Hər ayağın sonunda "skopula" adlanan tüklər mövcuddur. Bu tüklər sayəsində heyvan divarlarda və ya tamamilə tərs müstəvidə belə asanlıqla hərəkət edə bilər.
Yüksək hiss etmə bacarığı
Sıçrayan hörümçəklərdən fərqli olaraq hörümçəklərin bir çoxunun görmə duyğuları olduqca zəifdir, ancaq çox qısa məsafələri görə bilirlər. Bir ovçu üçün böyük bir çatışmazlıq sayılan bu vəziyyət hörümçəkdə mövcud olan çox həssas bir erkən xəbərdarlıq sistemi ilə aradan qaldırılmışdır.
Bu xəbərdarlıq sistemi toxunma hissinə bağlıdır. Bədən titrəməyə qarşı çox həssas tüklərlə örtülüdür. Bu tüklərin hər biri bir sinir ucuna bağlıdır. Toxunma hissi səs və qoxu ilə bağlı olaraq meydana gələn rəqslərlə bu tüklərə siqnal göndərir. Tüklər titrəyişləri sinir uclarına ötürür. Sinirlər də qəbul etdikləri siqnalları çox sürətli bir şəkildə beyinə yönəldir. Bunun sayəsində hörümçəklər ən kiçik titrəşmələrdən belə xəbərdar olurlar.
Zəhərli qısqaclar
Hörümçəklərin gözlərinin qarşısında iki güclü qısqac vardır. Bu qısqaclar hörümçəyin həm müdafiə, həm də ov silahlarıdır. Hər qısqacın yanında öldürücü zəhərini ovunun bədəninə yeridən zəhər vəzisi vardır. Hörümçək ovunu hərəkətsiz hala salmaq istədikdə qısqaclarını ovuna batırır. Ardından xeliserlərindəki zəhər vəzilərindən onun bədəninə xüsusi zəhər yeridir.
Suda yerimə xüsusiyyəti
Hörümçəklər suyun üzərində yeriyə bilmələrini təmin edən çox xüsusi bir quruluşa sahibdirlər. Bu hörümçəklərin ayaqlarının ucunda hidrofob bal mumu ilə örtülmüş tüklərdən ibarət olan məxməri sıx bir hörgü vardır. Bunun sayəsində hörümçək suyun üzərində batmadan gedə bilir.
Dizayn möcüzəsi torlar
Hörümçəyin toru ağırlığı daşıyan dayaq ipliklər ilə bu ipliklərin üzərinə yerləşdirilmiş spiral şəkilli yapışqan ipliklər və torun iplərini bir-birinə birləşdirən əlaqə iplərindən ibarətdir. Spiral şəkilli yapışqan ipliklər, dayaq ipliklərinə tam olaraq yapışmır. Beləcə tora düşən böcək xilas olmağa çalışdıqca yapışqan tor daha çox yapışır. Böcəyin üzərinə tamamilə yapışan ip zamanla elastikliyini itirərək sərt və möhkəm olur. Bu şəkildə böcək tələyə düşmür. Bundan sonra isə ov sanki canlı qablaşdırılmış hazır bir qida kimi möhkəm dayaq ipliklərinin üzərində hörümçəyin gəlib son zərbəni vurmasını gözləmək məcburiyyətindədir.
Hörümçəklər torlarını ovlamaq istədikləri heyvanın ölçüsünə görə hörürlər. Həmçinin torların mailliyi ovlanan böcəyin hərəkətinə (uçan, yeriyən, sıçrayan və s.) görə də dəyişdirilir. Bunun sayəsində torun zərər görmə nisbəti azalır, tutma imkanları isə artır.
İpək möcüzəsi
Hörümçək ipi öz qalınlığındakı poladdan beş qat daha möhkəmdir. Bilinən ən möhkəm materiallardan olan polad böyük müəssisələrdə bir çox texniki prosesdən keçirilərək əldə edilir. Poladdan beş qat daha möhkəm olan hörümçək ipi isə böyük müəssisələrdə hazırlanmır; bir böcəkdən ifraz olunur. Demək olar ki, hər yerdə rast gələ biləcəyimiz hər hansı bir hörümçək bu ipi hazırlaya bilir. İpəyin başqa təəccüblü xüsusiyyəti isə olduqca yüngül olmasıdır. Bunu belə bir örnəklə də açıqlaya bilərik: Dünyanın ətrafı boyunca uzadılacaq bir ipək ipliyin ağırlığı yalnız 320 qram gələr. Bundan əlavə, hörümçək ipi öz uzunluğunun dörd misli qədər genişlənə bilər. Həm möhkəm, həm də elastik material tapmaq çox çətindir. Məsələn, polad kəndir ən möhkəm materiallardan biridir. Lakin kauçuk kəndirlər kimi elastik olmadıqlarından bir müddət sonra deformasiya olurlar. Kauçuk kəndirlər isə asanlıqla deformasiya olmasalar da, kifayət qədər dözümlü olmadıqları üçün ağır yükləri qaldıra bilmirlər. Bununla müqayisədə hörümçəyin ipliyi eyni qalınlıqdakı polad teldən beş qat möhkəm, yenə eyni qalınlıqdakı kauçukdan 30% daha elastikdir.
Hörümçəklər fərqli məqsədlər üçün bədənlərində fərqli ipliklər hazırlayırlar. Bu ipək ipliklər həm elastiklik, həm də möhkəmlik baxımından fərqli xüsusiyyətlərdə olduqları kimi qalınlıq və yapışqanlıq baxımından da fərqlidirlər. Məsələn, hörümçəyin həyatında böyük rol oynayan dayaq ipi yapışqan xüsusiyyət daşımasa da, möhkəm və elastik bir quruluşa malikdir. Hörümçəyin ağırlığının iki-üç qat daha çoxunu rahatlıqla daşıya bilir. Bununla yanaşı, tutduğu ovunu daşıyan hörümçək bu iplər sayəsində etibarlı bir şəkildə yuxarı-aşağı hərəkət edir.
"Super qəhrəmanlar" "super heyvanları" nümunə götürürlər!
Hər kəsin uşaqlığından xatırladığı bir çox super qəhrəman vardır. Bir quş kimi uça bilmə qabiliyyəti olan “superman”, bir yarasa kimi səssiz uçan və yarasanın üstün bir çox xüsusiyyətinə sahib olan “batman”, məqaləmizin mövzusu olan hörümçək adam və bir çoxları... Diqqət yetirdinizsə, bu qəhrəmanların ortaq bir nöqtələri var. Hamısı da bir heyvanın üstün xüsusiyyətlərinə sahib olduqlarına görə "qəhrəman"dırlar! Bu heyvanların hamısı elə üstün xüsusiyyətlərlə yaradılıblar ki, onların xüsusiyyətlərindən yalnız bir neçəsinə sahib olan xəyali insanlar bir insanın əsla bacara bilməyəcəyi çətinlikdə işləri asan şəkildə edə bilən bir "qəhrəmana" çevrilirlər. Qəhrəmanlara nümunə olan bu heyvanları araşdırdıqda isə həqiqətən də olduqca üstün xüsusiyyətlərlə qarşılaşırıq.
Göründüyü kimi, hörümçək də möhtəşəm xüsusiyyətləri olan bir heyvandır. Bütün bu xüsusiyyətlərin hörümçəkdə təsadüfən meydana gəlməsi, ya da heç bir ağla sahib olmayan hörümçək kimi bir canlının bu xüsusiyyətləri planlayıb bədəninə yerləşdirməsi, əlbəttə ki, qeyri-mümkündür. Hörümçəkdəki bu üstün xüsusiyyətlər bizə Allahın bütün canlılar kimi hörümçəyi də qüsursuzca yaratdığını göstərir.
Hələ də maraqla izlədiyimiz hörümçək adam kiçik bir hörümçəyin yalnız bir neçə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətləri kinodakı bir virtual xarakterdə görüb həyəcanlanarkən, əslində, daha çox xüsusiyyətlərə sahib olan bir hörümçək haqqında düşünməli və Allahın möhtəşəm yaratma sənəti qarşısında daha artıq həyəcan duymalıyıq.
Unudulmamalıdır ki, hörümçək adam da, digər bütün super qəhrəmanlar da Allahın üstün xüsusiyyətləri ilə yoxdan var etdiyi möhtəşəm canlıların nümunə götürülməsi ilə həyat tapmış virtual qəhrəmanlardır.
Mənbə:
http://www.ntvmsnbc.com/news/276780.asp
http://www.geocities.com/orumcekadam2001/
http://www.harunyahya.org/bilim/hy_orumcek_mucizesi/orumcekon.html