HEYVANLARDAKI AĞILLI PLAN: KAMUFLYAJ
ucgen

HEYVANLARDAKI AĞILLI PLAN: KAMUFLYAJ

1441

Heyvanlar həyatda qala bilmək üçün bəzi hərəkətlər edərək qida əldə edərkən, eyni zamanda özlərini də düşmənlərinə qarşı qoruyurlar. Hər heyvan bəslənmək üçün ehtiyac duyduğu ovlanma və bəslənmə sisteminə malikdir, ən kiçiyindən ən vəhşi görünəninə qədər hamısı fərqli üsullarla yemlərini əldə edirlər. Eyni şəkildə, özlərini qorumaq məqsədi ilə də müəyyən xüsusiyyətlərə malikdirlər.

 

Beləliklə, təbiətdə hər hansı bir əksiklik olmadan, yalnız nizamlı işləyən bir sistem işə davam edir. Buda bizə göstərməkdədir ki; bütün canlılar, sanki proqramlaşdırılmış bir maşın kimi mükəmməl bir şəkildə hazırlanmışlar. Bu tarazlıq, insanın müdaxiləsi (ya da təbii fəlakətlər) olmadığı müddətcə davam etməkdədir.

 

Heyvanların həyatlarını davam etdirə bilmək üçün sahib olduğu xüsusiyyətlərin biri də, özlərini gizləmə sənəti olan kamuflyajdır. Heyvanlar iki səbəbə görə özlərini gizləmə ehtiyacı duyurlar. Bunlardan biri ov mövqeyində ikən, digəri də ovçu ikən. Kamuflyajı digər üsullardan ayıran ən əhəmiyyətli xüsusiyyət isə, son dərəcə böyük bir ağıl, bacarıq, estetik və uyğunlaşma ehtiva etməsidir. Belə ki, bir heyvanın düşmənlərindən xilas ola bilmək üçün qaçması ya da ovunu tutmaq üçün qovması da, planlı bir hərəkət olmasına baxmayaraq təbii görünə bilər. Ancaq, o heyvan, məqsədini reallaşdırmaq üçün bir yerdə gizlənirsə, artıq bu davranışın təbii bir hərəkət olmadığını dərhal anlayırıq. Qaldı ki, məqsədinə çatmaq üçün gizlənərkən ətrafına müdhiş bir uyğunlaşma da göstərirsə, bunun ağıl dolu, şüurlu bir dizayn olduğuna əmin oluruq.

Tək başına ağıl və sənət göstərişi olan kamuflyaj, eyni zamanda bir döyüş strategiyasıdır. İnsanlar tarix boyu bu üsulla özlərini və təchizatlarını gizlədərək düşmənə qarşı müvəffəqiyyət əldə etmişdir. Bu döyüş taktikası, ağılla birlikdə təhsil, bacarıq və yaradıcılıq da tələb etməkdədir. Bu səbəbdən, hər insanın asanlıqla bacara biləcəyi bir şey deyil. Halbuki, heyvanlar olduqları mühitdən qətiyyən ayırd edilə bilməyəcək şəkildə bu işi bacarırlar. Üstəlik, insanlarla müqayisə edilməyəcək şəkildə, bədənlərinin rəngini və ya şəklini dəyişdirərək, bəzən də yalnız uyğun mövqedə dayanaraq olduqları mühitə uyğunlaşırlar

 

Bu vəziyyətdə sual meydana çıxır: İnsanların belə ağıl, məlumat və bacarıq istifadə edərək,etməkdə çətinlik çəkdikləri bir şeyi, heyvanların inanılmaz estetik və plan içersində bacarmaları necə mümkün ola bilir? Başqa bir sual: Kamuflyaj edərək qaçmaq, ovlanmaq, tələ qurmaq tamamilə şüurlu və ağıllı bir hərəkətdir, bunlar ağılsız və şüursuz heyvanlara deyil, insanlara xas xüsusiyyətlərdir, o zaman, qaçıb tullanmasını yadırğamadığımız heyvanların (ki bu da diqqət çəkəcək bir dizayndır), plan quraraq tələ qurmasını necə təbii qarşılaya bilərik? Ayrıca, heyvanların bədənlərində meydana gələn rəng və ya şəkil dəyişiklikləri ya da duruş mövqeləri özlərini çöldən görmədikləri üçün fərq etdikləri bir şey deyil. O halda, bu heyvanlar olduqları mühitə bu qədər uyğunlaşmağı necə bacarırlar? Və bunu haradan bilməkdədirlər? Qaldı ki, nə olmaq istədiklərinə qərar versələr belə bunu necə bacara bilməkdədirlər?

 

Bir başqa sual: Bütün fiziki planlamağı və tətbiqi bir an fikir verməsək belə, heyvanların kamuflyajı tam mənası ilə təmin etmək üçün səssiz və hərəkətsiz qala biləcək bir iradəyə və zəkaya ne cür sahib olduqlarını, necə açıqlaya bilərik? Hətta İnsan, ağıllı bir varlıq olmasına baxmayaraq belə bir iradəyə sahib deyilkən, bir heyvan necə olur ki, şüurlu bir şəkildə, etdiyi işin müvəffəqiyyətə çatacağını da ümid edərək saatlarla elə dayanır?

Əslində bu sualların cavabı aydındır. Lakin, buna baxmayaraq heyvanların sahib olduqları bir-birindən fərqli xüsusiyyətlər, onların bu işləri öz başlarına planlayaraq və tətbiq edərək bacardığı görünüşü verməsin! Eynilə; bir hörümçək sahib olduğu hörümçək toru sayəsində bəslənir, bir leopard sürətli qaçdığı üçün ovunu tutur ya da bir kəpənək mühitə uyğun qanadları olduğu üçün ov olmaqdan xilas olur və s....

 

Çünki, bu heyvanların heç biri bu qədər mükəmməl bir sistemi quracaq və yaşadacaq ağıla və gücə sahib deyillər. Zaman içərsində kiçik dəyişmələr keçirərək bu günki mükəmməl vəziyyətlərinə də gəlmiş ola bilməzlər. Çünki, yavaş yavaş bir inkişaf olsaydı, sahib olduqları ölümcül dərəcədə əhəmiyyətli sistemlər meydana gəlmədən çox əvvəl yox olardılar. Ayrıca, hər biri ağıl və sənət məhsulu olan bu canlılar; şüursuz, təsadüfü və şüursuz təbiət şərtlərinin (təbii fəlakətlərin) məhsulu da ola bilməzlər. Qaldı ki, mükəmməl olan yalnız tək bir canlının meydana gəlməsi deyil, bütün canlıların həyatlarını davam etdirəcək şəkildə bir-biri ilə uyğun olaraq var olmalarıdır.

 

Bu səbəbdən, təbiətdə gördüyümüz bu müdhiş tarazlıq bizə göstərməkdədir ki; bütün canlılar, həyatda qala bilmək üçün ən ideal şəkildə hazırlanaraq, bu günki mükəmməl şəkilləri ilə bir anda yaradılmışlar. Bu üstün ağlın, gücün və sənətin sahibi də, yeri, göyü və ikisi arasındakı hər şeyi yaradan Allahdır.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr