Mömin şəxs (hz. Mehdi (ə.s)) dəccalı görüncə: “Ey insanlar! Rəsulullahın zikr etdiyi dəccal bax budur” deyər. Dəccal dərhal onunla əlaqədar əmrini verər, o şəxs qarnı üzərinə uzadılar və arxasından: “Onu alın yaralayın” deyər. ARTIQ O ŞƏXSİN KÜRƏYİ VƏ QARNI DÖYƏ-DÖYƏ GENİŞLƏDİLƏR. Bu səfər (dəccal) onu iki əli və iki ayağı ilə tutar atar. İNSANLAR DƏCCALIN ONU BİR ATƏŞ İÇİNƏ ATDIĞINI SANARLAR. HALBUKİ O, BİR CƏNNƏT İÇİNƏ ATILMIŞDIR. (1) |
Hədisdə məcazi mənada istifadə edilən, hz. Mehdi (ə.s)-ın “kürəyinin və qarnının döyülə-döyülə genişlədilməsi” ifadəsi, hz. Mehdi (ə.s)-a edilən təzyiq və hücumlarla, hz. Mehdi (ə.s)-ın səs-sədasının və şanının daha da yayılacağını və rəvayətdəki işarə mənasıyla təsirinin dünya səviyyəsində getdikcə genişləyəcəyini göstərməkdədir.
Yenə hədisdə, “Dəccalın hz. Mehdi (ə.s)-ı bir atəş içinə atması” da, dəccalın pislik etmək istəyərkən, əslində hz. Mehdi (ə.s)-ın gücünü artırmış olacağını göstərməkdədir. Dəccaliyyətin müdafiəçiləri, hz. İbrahim kimi hz. Mehdi (ə.s)-ı da mənəvi bir atəşdə yandıracaqlarını iddia edəcəklər, amma Allah o atəşi soyuq və sağlam edəcək, inkar edənlərin tələlərini pozacaq və istiqamətdəki hər cəhdlərini də hz. Mehdi (ə.s)-ın şanının, şöhrətinin, təsir gücünün artmasına vəsilə edəcək.
___________________________________