Yoxluqdan Varlığa

İçində olduğumuz ucsuz-bucaqsız kainatın necə var olduğu, haraya doğru getdiyi, içindəki quruluş və tarazlığı təşkil edən qanunların necə işlədikləri hər dövrdə insanları maraqlandıran mövzu olmuşdur. Elm adamları bu mövzu ilə əlaqədar əsrlərdir düşünüb, araşdırmalar aparmışlar, bir çox nəzəriyyələr irəli sürmüşlər.

XX əsrin başlanğıcına qədər hakim olan fikir kainatın sonsuz ölçülərə sahib olduğu, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. "Statik kainat modeli" adı verilən bu anlayışa görə kainat üçün hər hansı bir başlanğıc və ya son yoxdur.

Materializm, maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən bir düşüncə sistemidir. Tarixi qədim Yunanıstana qədər uzanan, amma xüsusilə XIX əsrdə yayılmağa başlayan sistemi, Karl Marksın dialektik materializmi ilə daha da tanınmışdır.

XIX əsrdəki dəyişməz kainat modeli, başqa bildirdiyimiz kimi, materialist fəlsəfəyə zəmin hazırlanmışdı. Materialist filosof George Politzer bu kainat modelinə əsasən "Fəlsəfənin başlanğıc müddəaları" adlı kitabında "kainatın yaradılmış bir şey" olmadığını irəli sürmüş və belə demişdir:

Kainatın yaradılmış bir şey deyildir. Əgər yaradılmış olsaydı, o zaman kainatın Tanrı tərəfindən bəlli bir anda yaradılmış olması və kainatın yoxdan var edilmiş olması lazım gələrdi. Yaradılışı qə'bul edə bilmək üçün, hər şeydən əvvəl kainatın olmadığı bir şeyin çıxmış olduğunu qə'bul etmək lazım gəlir. Bu isə, elmin qəbul etməyəcəyi bir şeydir.1

Politzer kainatın yoxdan var edilmədiyini iddia edərkən XIX ərin dəyişməz kainat modelinə əsaslanır və ona görə də elmi bir iddia ortaya atdığını sanırdı. Lakin XX əsrdə inkişaf edən elm və texnologiya, materialistlərə zəmin hazırlayan dəyişməz kainat modeli kimi əsas anlayışları kökündən silib atmışdır. Yaşadığımız XXI əsrdə kainatın bir başlanğıcının olduğu yox ikən bir anda böyük bir partlayış ilə yaradıldığı müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesabla isbat olunmuş vəziyyətdədir.

Bundan başqa kainatın, matrialistin iddia etdikləri kimi sabit və dəyişməz olmadığı, tam tərsinə, sürətli bir hərəkət və dəyişiklik içində olduğu, genişləndiyi müəyyən olmuşdur. Bu gün bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilməkdədir.

Kainatın bir başlanğıcının olması kainatın yoxdan var edildiyi, yə'ni yaradıldığı mə'nasında başa düşülür. Əgər ( daha öncə yox ikən..) yaradılan bir varlıq varsa, bunun mütləq bir Yaradıcısı'nın olması lazım olduğunu yaxşı başa düşürük.Yoxdan var olma insan ağlının qavrayacağı bir şeydir. Buna görə də, yoxdan var etmək (sənət əsərləri və ya texnoloji ixtiralar kimi...) bir şeyləri bir yerə yığıb, yeni bir şey düzəltməkdən çox fərqlidir. Çünki yaradılan şeyin heç bir nümunəsi yox ikən, hətta yaratmaq üçün zaman və məkan belə yox ikən, bir anda bir dəfəyə qüsursuz var olması, ancaq Allahın yaratmasının bir sübutudur.

Kainatın yoxdan var olması da onun yaradılmış olduğunun ən böyük dəlilidir. Bu həqiqət dərindən düşünülərsə, çox şeyi dəyişdirər, insanların həyatın mə'nasını dərk etmələrinə və buna görə həyata baxışlarını və məqsədlərini müəyyən etmələrinə səbəb olar. Buna görə, tarix boyunca bir qrup insanlar- qəti olaraq sübutlarını gördükləri halda- tam olaraq dərk etmədikləri yaradılış həqiqətini görməmişlər. Digər insanlar üzərində də səhv bir düşüncə yaratmaq məqsədi ilə bir qrup alternativ var olma nəzəriyyələri icad etmişlər. Ancaq elmin işığı altında ortaya çıxan dəlillər qısa zamanda bu iddiaları qəti olaraq rədd etmişdir.

İndi kainatın var olması ilə əlaqədar inkişaf prosesini elmi şəkildə qısaca nəzərdən keçirək.

Kainatın Genişlənməsi

Atom

Edwin Hubble, next to his giant telescope.

1929-cu ildə Kaliforniyada Mount Wilson kosmik müşahidə məntəqəsində, Amerikalı astronom Edwin Hubble astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Hubble, istifadə etdiyi teleskopla göy üzünü araşdırarkən ulduzların qırmızı rəngdə oxşayan bir oxşayan bir işıq yaydığını müəəyyən etdi. Bu kəşf elm dünyasında böyük bir əks-səda yaratdı. Çünki, mə'lum olan fizika qanunlarına görə müşahidənin aparıldığı nöqtəyə doğru hərəkət edən işıqların izi bənövşəyi rəngə doğru, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıqların izi də qırmızı rəngə doğru dəyişər. Hubblenin müşahidələrində isə ulduzların işıqlarında qırmızı rəngə doğru bir meyl görülmüşdür. Yəni ulduzlar bizdən müntəzəm olaraq uzaqlaşmaqda idilər.

galaksilerin uzaklıkları ile kızıla kaçış oranları

Here, the difference in the remoteness of various galaxies and the extent to which they tend towards red are shown. the vertical line at the top indicates a certain point on the spectrum. in other spectra, this point tends towards the right as far as the horizontal arrows go. the tendency towards red, which is an indication of remoteness, increases as a galaxy moves farther away from the earth.

Hubble az bir müddət sonra çox mühüm bir məsələni də kəşf etdi: Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat düşüncəsi qarşısında əldə ediləcək tək nəticə, kainatın hər an "genişlənməkdə" olması idi.

Mövzunu daha yaxşı başa düşmək üçün, kainatı şişirilən bir şar səthi kimi düşünmək mümkündür. Şarın üzərindəki nöqtələrin şar şişdikcə bir-birindən uzaqlaşdıqları kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birindən uzaqlaşmaqdadırlar.

Əslində bu həqiqət daha öncədən də nəzəri olaraq kəşf edilmişdi. Əsrin ən böyük elm adamı sayılan Albert Eynşteyn nəzəri fizika sahəsində elədiyi hesablamalarla kainatın dəyişməz olmayacağı nəticəsinə gəlmişdi. Fəqət o dövrün ümumi qə'bul elədiyi dəyişməz kainat modeli ilə tərs düşməməsi üçün bu kəşfi bir kənara qoymuşdu. Eynşteyn bu hərəkətini daha sonra "karyerasının ən böyük xətası" adlandırmışdı. Daha sonra Hubblenin müşahidələri ilə kainatın genişləndiyi dəqiqləşdi.

Bəs kainatın genişlənməsinin kainatın var olması mövzusundakı əhəmiyyəti nə idi?

Kainat genişləndiyinə görə zaman kainatın tək bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu "tək nöqtə"nin, "sırf həcmə" və "sonsuz sıxlığa" sahib olmasının labüdlüyünü göstərdi. Kainat sıfır həcmə sahib olan bu nöqtənin partlaması ilə ortaya çıxmışdı. Kainatın başlanğıcı olan bu böyük partlamaya ingiliscə "Biq Banq" adı verilmişdi və bu nəzəriyyə də eyni adla adlanmağa başladı.

Burada bildirmək lazımdır ki, əslində "sıfır həcm" bu mövzunun nəzəri bir ifadəsidir. Elm, insan ağlının dərk etmə sərhəddini aşan "yoxluq" anlayışını ancaq "sıfır həcmdəki nöqtə" ifadəsi ilə adlandırmaqdadır. Həqiqət də isə "sıfır həcmdəki nöqtə" "yoxluq" mə'nasına gəlir.Kainat da yoxluqdan var olmuşdur. Digər bir ifadə ilə yaradılmışdır.

Bilindiyi kimi, Biq Banq nəzəriyyəsi, başlanğıcda kainatdakı bütün cisimlərin birlikdə olduqlarını və sonradan ayrıldıqlarını göstərmişdir. Biq Banq nəzəriyyəsinin ortaya qoyduğu bu həqiqət də, zamanımızdan düz XIV əsr əvvəl insanların kainat haqqındakı mə'lumatların son dərəcə məhdud olduğu bir dövrdə nazil olan Qur'anda belə bildirilirdi:

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi ? yenə də iman gətirməzlər?! (Ənbiya surəsi, 30)

Bu ayələrdə bildirildiyi kimi hər şey, hətta hələ yaradılmamış olan "göylər və yer" belə, tək bir nöqtədə ikən böyük partlayış ilə yaradılmış və bir- birlərindən ayrılaraq kainatın bu günkü şəklini meydana gətirmişlər.

Ayənin ifadələrini Biq Banq nəzəriyyəsi ilə müqayisə edərkən, bir- birlərinə tam uyğun gəldiklərini görürük. Lakin Biq Banqin elmi bir nəzəriyyə kimi ortaya atılması ancaq XX əsrdə mümkün olmuşdur.

Kainatın genişlənməsi Biq Banq nəzəriyyəsinin, yəni kainatın yoxdan var edildiyinin ən mühüm dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən bu həqiqət müasir elm tərəfindən ancaq bu əsrdə kəşf edildiyi halda, Quran bu həqiqəti 14 əsr əvvəl xəbər vermişdi:

Biz göyü qüdtətimizlə yaratdıq və Biz qadirik. (Zariyat surəsi, 47)

Biq Banqa Alternativ Tədqiqatlar

Atom

Research has shown that stars and galaxies move away both from us and from one another, that is, the universe expands. This suggests that when moved backwards in time, the universe proves to have started from a single point.

Aydın göründüyü kimi, Böyük Partlayış nəzəriyyəsi kainatın "yoxdan var edildiyi" nin, yəni Allah tərəfindən yaradıldığının sübutu idi. Bu səbəblə materialist fəlsəfəni mənimsəyən astronomlar, Biq Banqa qarşı çıxmağa və sabit vəziyyət nəzəriyyəsini müdafiə etməyə çalışdılar. Bu çalışmanın səbəbi, tanınmış materialist fiziklərdən A. S. Eddinqtonun "fəlsəfi olaraq təbiətin birdən- birə başlamış olduğu düşüncəsi mənə cəzb edici gəlmədi"2 sözündən başa düşülürdü.

Biq Banq nəzəriyyəsindən narahat olanlardan biri dünyada məşhur olan astronom Sir Fred Hoyle idi. Hoyle əsrin ortalarında "sabit durum" adında, XIX əsrdəki dəyişməz kainat anlayışına bənzər bir nəzəriyyyə ortaya atdı. Sabit durum nəzəriyyəsi, kainatın ölçü və zamana görə sonsuz olduğunu iddia edirdi. Göründüyü kimi tək məqsədi materialist fəlsəfəni dəstəkləmək olan bu nəzəriyyə, kainatın başlanğıcı olduğunu deyən "Biq Banq " nəzəriyyəsi ilə tamamı ilə ziddir.

Sabit durum nəzəriyyəsini müdafiə edənlər uzun bir zaman Biq Banqə qarşı çıxdılar. Amma elm onların əleyhinə işləyirdi. 1948-ci ildə George Qamov, Biq Banqlə bağlı olan yeni bir iddia irəli sürdü. Bu iddiaya görə kainatın Böyük Partlayış ilə əmələ gəlməsi halında kainatda bu partlayışdan geridə qalan bir radiasiyanın da olması labüd olmaqdadır. Üstəlik bu radiasiya kainatın hər tərəfində bərabər miqdarda olmalı idi.

"Olması lazım olan" bu dəlil çox keçmədən tapıldı.

Başqa Bir Dəlili Kosmik Fon Radiasiyası

1965-ci ildə Arno Penzias və Robert Wilsrn adlı iki tədqiqatçı bu dalğaları təsadüfən kəşf etmişdilər. "Kosmik Fon Radiasiyası" adı verilən bu radiasiya, yer mənşəli deyil, kainatın hər tərəfinə yayılmış bir radiasiyadır. Beləcə uzun bir zamandır kainatın hər yerindən eyni ölçüdə alınan istilik dalğalarının, Biq Banqın ilk dövrlərdən qalma olduğu ortaya çıxdı. Penzias və Wilson, bu kəşflərə görə Nobel mükafatı qazandılar.

1989-cu ildə Amerikan Kosmik Araşdırmaları mərkəzi NASA, Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa COBE peykini göndərdi. Bu inkişaf etmiş peykə yerləşdirilən həssas skanerlərin Penzias və Wilsonun hesablarını təsdiqləməsi yalnız 8 dəqiqə çəkdi. COBE, kainatın başlanğıcındakı böyük Partlayış qatlarını tapmışdı.

Bütün zamanların ən böyük astronomik kəşfi adlandırılan bu ixtira Biq Banq nəzəriyyəsinin açıq bir isbatı idi. COBE peykindən sonra kosmosa göndərilən COBE 2 peykinin kəşfləri də, yenə Biq Banqə əsaslanaraq aparılan hesabları təsdiqlədi.

Biq Banqin digər bir mühüm dəlili isə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı idi. Günümüzdəki elmi hesablamalar nəticəsində mə'lum olmuşdur ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti, Biq Banqdən sonrakı hidrogen və helium nisbətinin nəzəri hesablamalarına uyğun idi. Əgər kainatın bir başlanğıcı olmasaydı və kainat sonsuzdan bəri var olsa idi, içindəki hidrogen tamamilə yanacaq heliuma çevrilərdi.

Bütün bu açıq dəlillər Biq Banq nəzəriyyəsinin elm dünyasında qəti qəbul olmasına şərait yaratdı. Biq Banq modeli elmin, kainatın yaranmasını və başlanğıcı haqqında gəldiyi son nailiyyət idi.

Bigbang büyük patlama

Fred Hoyle ilə birlikdə uzun illər sabit durum nəzəriyyəsini müdafiə edən Dennis Sciama ard- arda gələn və Biq Banqi təsdiq edən bütün dəlillər qarşısında gəldikləri nəticəni belə bildirir:

Sabit durum nəzəriyyəsini müdafiə edənlərlə onu sınaqdan keçirən və məncə onu yıxmaq istəyən sərt mübahisə var idi. Bu mərhələdə mən də üzərimə bir vəzifə almışdım. Çünki doğruluğuna inandığım üçün deyil, doğru olmasını istədiyim üçün "sabit durum" nəzəriyyəsini miidafiə edən dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyle bu dəlillərə qarşı mübarizə aparmaqda lider rolunu öz üzərinə götürmüşdür. Mən də onun yanında bu dəlillərə necə cavab verilə biləcəyi barədə fikirlər irəli sürürdüm. Amma dəlillər toplandıqca artıq oyunun bitdiyi və sabit durum nəzəriyyəsinin bir kənara qoyulması həqiqəti ortaya çıxırdı. 3

Kaliforniya universitetindən prof. George Abel də: "bu gün mövcud olan dəlillər kainatın milyardlarla il öncə Biq Banq ilə başladığını göstərir. Biq Banq nəzəriyyəsini qə'bul etməkdən başqa çarəmiz yoxdur" deməkdədir. Biq Banqin bu qələbə ilə birlikdə, materialist fəlsəfənin təməli olan "əzəli maddə" anlayışı da tarixə düşmüş oldu. Bəs, o zaman Biq Banqdən əvvəl nə vardı və "yox" olan kainatı bu böyük partlayış ilə "var" hala gətirən güc nə idi? Əlbəttə ki, bu sual Arthur Edinqtonun sözü ilə materialist üçün fəlsəfi olaraq həqiqət, Yaradıcının varlığı yerinə "kainatın yaradılmış olduğunu" göstərməkdədir. Tanınmış ateist filosof Antony Flew bu mövzu haqqında belə demişdir:

Etiraf etmənin insan ruhuna xoş gəldiyini söyləyirlər. Mən də bir e'tiraf edəcəyəm: Biq Banq modeli bir ateistə görə olduqca sıxıntı vericidir. Çünki, elm dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir ki, bu da, kainatın bir başlanğıcı olduğu iddiasıdır. Sadəcə olaraq, kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul etdiyimiz zaman, kanatın indiki varlığının qəti bir açıqlaması olduğunu söləyə bilərik. Mən hələ də bu izaha inanıram, amma bunu Biq banq qarşısında müdafiə etmənin çox asn və rahat olmadığını e'tiraf etməliyəm. 4

Özünü ateist olmaq üçün kor-koruna şərtləndirməyən bir çox elm adamı isə, kainatın yaradılışında sonsuz güc sahibi olan bir Yaradıcının varlığını qəğul etməkdədir. Bu Yaradıcı, həm maddəni, həm də zamanı yaratmış olan, yəni hər ikisindən də asılı olmayaraq bir varlıq olmalıdır. Tanınmış amerikalı astrofizik Huqh Ross bu həqiqəti belə açıqlamışdır:

Əgər zaman və maddə, partlayış ilə birlikdə ortaya çıxmışdırsa, o zaman kainatı meydana gətirən səbəbin kainatdakı zaman və məkandan tamamilə müstəqil olması lazımdır. Bu bizə Yaradıcının kainatdakı bütün ölçülərin üzərində olduğunu göstərir. Eyni zamanda Yaradıcının bəzilərinin müdafiə etdiyi kimi kainatın özü olmadığını və kainatı əhatə etdiyini sadəcə olaraq kainatın içində bir güc olmadığını süğut edər.5

Maddə və zaman, bütün bu anlayışlardan asılı olmayan sonsuz güc sahibi olan bir Yaradıcı tərəfirdən var edilmişdir. O Yaradıcı, göylərin və yerin Rəbbi olan Allahdır.

Kosmosda Həssas Tarazlıqlar

Əslində, Biq Banqin materialistlər üçün yaratdığı problem, ateist filosof Antony Flewun yuxarıda qeyd edilən etirafından çox böyükdür. Çünki, Biq Banq, kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda çox planlı, nizamlı və nəzarətli bir vəziyyətdə var edildiyini göstərməkdədir.

Böyük Partlayış, kainatın bütün maddəsini və enerjisini təmin edən nöqtənin partlaması və böyük bir sürətlə kosmosa yayılması ilə baş verdi. Qorxunc bir sürətlə hər tərəfə yayılan maddədən qalaktikalar, ulduzlar, günəş, dünya və bütün göy cisimlərini özündə saxlayan çox böyük bir tarazlıq meydana gəlmişdir. Buna əlavə olaraq insanların "fizika qanunları" kimi adlandırdıqları, kainatın hər yerində eyni olan və dəyişməyən qanunlar olmuşdur. Bütün bunlar, Böyük Partlayışın arxasından böyük quruluş ortaya çıxdığını göstərməkdədir.

Lakin partlayışlar ahəng bir sistem əmələ gətirməzlər. Müşahidə etdiyimiz bütün partlayışlar var olan ahəngli sistemi pozar, parçalayar və yox edər. Məsələn, atom və hidrogen bombalarının partlaması, saf metan qazı partlayışları, vulkanik partlayışlar, təbii qaz partlayışı, günəşdə meydana gələn partlayışlar... nə cür partlayış araşdırılırsa araşdırılsın, nəticənin hər zaman dağıdıcı olduğu görülür.

Əgər bir partlayışın arxasından qarşımıza çox dəqiq bir plan çıxarsa, məsələn, yer altındakı bir partlayış ortaya qüsursuz sənət əsərləri, böyük saraylar, görkəmli binalar çıxararsa, o zaman bu partlayışın arxasında "qeyri-təbii" bir müdaxilə olduğu, partlayış ilə birlikdə yayılan bütün parçaların həqiqətdə çox nəzarətli bir halda hərəkət etdikləri nəticəsinə gəlirik.

Biq Banq nəzəriyyəsinə uzun illər qarşı çıxdıqdan sonra səhfini qəbul edən Sir Fred Hoylenin sözləri bu vəziyyəti gözəl ifadə edir:

Biq Banq nəzəriyyəsi kainatın tək və böyük bir partlayış ilə başladığını qə'bul edər. Amma bildiyimiz kimi partlayışlar maddəni dağıdır və sistemləşdirirlər. Lakin Biq Banq bunun tam əksi olan bir təsir meydana gətirmişdir: maddəni bir-biri ilə birləşdirəcək və qalaktikaları əmələ hala gətirmişdir.6

Hoyle Biq Banqin ahəng bir sistemi təşkil etməsinin ziddiyyətli bir hal olduğunu deyərkən, əlbəttə, Biq Banqi materialist bir mühakimə ilə izah etməkdə, yə'ni bunun "nəzarətsiz bir partlayış" olduğunu güman etməkdədir. Lakin, bir Yaradıcının varlığını qəbul etməmək üçün belə bir açıqlama verərək əsl ziddiyyətli vəziyyətə düşən özü olmuşdur. Çünki partlayış ilə birlikdə ortaya çox böyük bir quruluş çıxmışsa, o zaman "nəzarətsiz partlayış" fikrinin bir kənara atılması və partlayışın qeyri-adi bir şəkildə nəzarətli olduğunun qəbul edilməsi lazımdır.

Biq Banqdən sonra kainatda yaranan bu qeyri-adi ahəngin başqa bir yönü isə, "yaşamağa əlverişli bir kainat" ın yaranmış olmasıdır. Yaşamaq şəraiti olan bir planetin yarana bilməsi üçün yaranması lazım olan şərtlər o qədər çoxdur ki, bunun təsadüfi bir əmələ gəlmə olduğunu düşünmək mümkün deyil.

Tanınmış bir nəzəri fizika professoru olan Paul Dovies, sadəcə olaraq Biq Banqdən sonra olan inkişaf sürətinin nə qədər "həssas tənzimlənmiş" olduğunu hesablamış və inanılmaz bir nəticəyə gəlmişdir. Daviesə görə Biq Banq'dən sonra baş verən inkişaf sürəti hətta əgər milyard dəfə milyardda bir nisbətlə fərqli olsaydı, yaşayışın mümkün ola biləcəyi bir ulduz tipi əmələ gəlməz və kainatdakı canlılar ortaya çıxmazdı. Davies belə demişdir:

Hesablamalar, kainatın genişlənmə sürətinin çox lazımi bir nöqtədəseyr etdiyini göstərməkdədir. Əgər kainat bir az daha yavaş genişlənsə, cazibə qüvvəsi səbəbilə içinə çökəcək, bir az daha sür'ətli inkişaf etsə, kosmik material tamamilə dağılıb gedəcəkdir. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər "yaxşı hesablanmış" olduğu sualının cavabı çox maraqlıdır. Əgər partlayış sürəti həqiqi sürətdən sadəcə olaraq milyard dəfə milyardda bir nisbətdə fərqli olsaydı belə, bu lazımi olan tarazlığı yox etməyə kifayət edərdi. Bu səbəbli Biq Banq hər hansı bir partlayış deyil, hər tərəfli, çox yaxşı hesablanmış və quruluş bir quruluşdur.7

Böyük Partlayış ilə ortaya çıxan fizika qanunları, aradan keçən 15 milyard illik müddətdə heç dəyişilməmişdir. Üstəlik bu qanunlar elə incə hesablar üzərində qurulmuşdur ki, bu günki dəyərlərindən millimetrlik dəyişikliklər belə bütün kainatdakı quruluşu ortadan qaldıra biləcək dərəcədə həssasdır.

Tanınmış fizik, prof. Sterhen Hawkinq də "Zamanın qısa tarixi" adlı kitabında kainatdakı tarazlıqların əslində qavraya bildiyimizdən daha çox hesablar və tarazlıqlar üzərində qurulduğunu bildirir. Hawkinq kainatın inkişaf sürətilə əlaqədar belə demişdir:

Kainatın genişlənmə sürəti o qədər lazımlı bir nöqtədir ki, Biq Banqdən sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir daha kiçik olsaydı, kainat indiki hala gəlmədən içinə çökərdi. 8

Paul Davies də bu ağıla gəlməz incəlikdəki tarazlıq və hesablardan gəldiyi qaçılmaz nəticəni belə açıqlayır:

Çox kiçik riyazi dəyişikliklərə həssas olan kainatın bu andakı quruluşunun çox diqqətli bir ağıl tərəfindən ortaya çıxarıldığına qarşı çıxmaq çox çətindir... Təbiətin ən təməl tarazlıqlarından həssas riyazi tarazlıqlar, kosmik bir layihənin varlığını qəbul etmək üçün olduqca güclü bir dəlildir. 9

Eyni həqiqət qarşısında amerikalı Astronomiya Professoru Georqe Grenstein də, "The Symbiotic Univers " adlı kitağında belə yazır:

Dəlilləri araşdırdıqca, israrla mühüm bir həqiqətlə qarşılaşırıq. (Kainatın əmələ gəlməsində) qeyri-təbii bir Ağıl mübadiləsi olmalıdır.10

Maddənin Yaradılışı

Böyük Partlayışdan sonra maddənin təməli olan atom meydana gəlmişdir. Daha sonra bu atomlar bir yerə yığılaraq içində ulduzlar və günəş olan kainatı əmələ gətirmişlər. Ətrafında gördüyünüz hər şey-bədəniniz, oturduğunuz kreslo, əlinizdə tutduğunuz kitab, pəncərədən gördüyünüz göy üzü, torpaq, beton, meyvələr, bitkilər, bütün maddələr, Böyük Partlayışdan sonra əmələ gələn atomların bir yerə yığılması ilə həyat tapmışdır.

Bəs hər şeyin təməli olan atom nədən təşkil olmuşdur və neçə bir tərkibə sahibdir?

Atomların quruluşu araşdırılarkən, hər birinin çox üstün bir layihə və quruluşda olduğu görülür. Hər atomun bir nüvəsi, nüvənin içində bəlli sayda protonlar və neytronlar vardır. Bundan başqa nüvə ətrafında heç dəyişməyən orbitlərdə saniyədə 1000 km sürətlə fırlanan elektronlar vardır.11 Bu atomdakı elektron və protonların sayı həmişə bir-birilə eynidir, çünki, müsbət yüklü elektron hər zaman bir-birini tarazlayır. Əgər birinin sayı fərqli olarsa, atomun elektromaqnit tarazlığı pozulacağından atom da əmələ gəlməz. Atomun nüvəsi, nüvənin içindəki proton və neytronlar və ətrafındakı elektronlar sürətli bir dönmə halındadır. Bunlar həm öz ətrafında, həm də bir-birlərinin ətrafında durmadan müəyyən sürətlə fırlanırlar. Bu sürətlər də hər zaman bir-birlərini nisbətləyəcək və atomun varlığını davam etdirməsini təmin edəcək şəkildədir. Əsla bir ahəngsizlik, dəyişiklik və fərqlilik ola bilməz.

Yoxluğun içində meydana gələn böyük bir partlayışdan sonra, bu qədər düzgün və qərarlı quruluşda varlıqların ortaya çıxması insanı heyrətə salaraq bir hadisədir. Çünki, Böyük Partlayışın nəzarətsiz, təsadüfi bir partlayış olduğunu fərz etsək, sonra təbii olaraq yenə nəzarətsiz cinslərin əmələ gəlməsi, əmələ gələn hər şeyin yenə böyük bir qarışıqlıqla başqa yerlərə dağılması lazım gələrdi.

Lakin varlığın başlanğıcından etibarən hər nöqtədə tam bir sistem hakimdir. Məsələn, hamısı fərqli yerlərdə və zamanlarda əmələ gəlmələrinə baxmayaraq, sanki bir-birindən xəbərdarmış kimi və sanki tək bir fabrikdən çıxmış kimi çox düzgün atomlar əmələ gəlməkdədir. Əvvəl elektronlar özlərinə bir nüvə tapır və onun ətrafında fırlanmağa başlayırlar. Sonra atomlar bir yerə yığılaraq maddəni təşkil edir və bütün bunlardan sonra bir mə'na ifadə edən, məqsədyönlü və məntiqli maddə və cisimlər ortaya çıxır. Qarışıq, işə yaramayan, anormal və məqsədsiz cismlər isə ortaya çıxmır. Ən kiçik vahiddən, ən böyük parçaya qədər hər şey yerli-yerində və çox məqsədə uyğundur.

Bütün bunlar üstün qüvvət sahibi olan Yaradıcının varlığının qəti isbatı, hər şeyin Onun dilədiyi şəkildə və dilədiyi zamanda əmələ gəldiyinin də açıq bir göstəricisidir. Necə ki, Allah yaradmasını Quranda belə ifadə edir:

Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "OL"-deyəcəyi gün dərhal olar. Onun sözü haqqdır... (Ənam surəsi, 73 )

Biq Banqdan Sonra

Atom

The order in the structure of the atom rules the whole universe. with the atom and its particles moving in a certain order, the mountains are not scattered, lands do not break apart, the sky is not split asunder and, in short, matter is held together and is constant.

Amma kainatın qəti olaraq bir məqsədinin olduğunu göstərən bir məsələ var ki, o da kainatın təsadüfi olaraq orada durmadığıdır. Bəzi insanlara görə "kainat sadəcə olaraq oradadır". Elə olmağa davam edir. Biz də özümüzü birdən-birə bu şeyin içində kəşf etmişik. Bu nöqteyi-nəzərin, kainatı anlamamızda çox məhsuldar ya da yardımçı olacağını zənn etmirəm. Məncə kainat və onun varlığının altında bugün hələ o qədər anlamadığımız çox dərin bir şeylər gizlidir. 12

Kainatın mənşəyi ilə əlaqədar müxtəlif araşdırmalar aparan fizik Roger Penrosenin yuxarıdakı sözləri son dərəcə əhəmiyyətlidir. Bu sözlərin ifadə etdiyi kimi bir çox insan kainatın bütün mükəmməl tarazlığı ilə eləcə var olduğu təbii olaraq yaşadığı kimi səhf bir fikrə düşür.

Lakin bu gün elm dairələri tərəfindən kainatın var olma şəkli kimi qəbul edilən Böyük Partlayışdan sonra, son dərəcə qüsursuz və heyrətə gətirici bir quruluşun əmələ gəlməsi əslində heç də təbii qarşılana biləcək bir hal deyil.

Qısa olaraq kainatdakı möhtəşəm sistemi araşdırdığımız zaman, kainatın var olması və proseslərin təsadüfi səbəblərlə açıqlanmayacaq qədər qarışıq bir quruluş və həssas tarazlıqlara arxalanması həqiqəti ilə qarşılaşırıq. Aydın başa düşüləcəyi kimi bu həssas tarazlığı və quruluşun güclü bir partlayışdan sonra öz¬

özünə və təsadüfən baş verməsi qəti olaraq mümkün deyil. Biq Banq kimi bir partlayışdan sonra belə bir quruluşun meydana gəlməsi, ancaq qeyri-təbii bir yaradılış nəticəsində baş verə bilər.

Kainatdakı bu tayı-bərabəri olmayan plan və quruluş, maddəni yoxdan var edən və onun hər anını nəzarəti və hakimiyyəti altında saxlayan sonsuz bir bilik, güc və ağıl sahibi olan Yaradıcı'nın varlığını sübut edir. O Yaradıcı, göylərin, yerin və hər ikisi arasında olan hər şeyin Rəbbi olan Allah'dır.

Bütün bu həqiqətlər bizə XIX əsr doğması olan materialist fəlsəfənin iddialarının XX əsr elmi tərəfindən necə hökmsüz etdiyini göstərməkdədir.

Müasir elm, kainatda hakim olan böyuk plan, layihə və quruluşu ortaya çıxaracaq bütün varlıqları yaradan və nəzarəti altında saxlayan bir Yaradıcı'nın, yə'ni Allah'ın varlığını isbat etmişdir.

Əsrlər boyu bir çox insana tə'sir edən, hətta bir dövr "elmlik" maskasına belə bürünən materializm isə, hər şeyi maddədən ibarət sayaraq, maddəni yoxdan var edən və quran Alla'ın varlığını rədd etmiş və beləliklə böyük bir səhfə düşmüşdür. Bundan sonra, ağıla və elmə zidd prinsip və batil bir inanc sistemi kimi tarixə düşəcəkdir.

Qeydlər

1. George Politzer, Principes Fondamentaux de Philosophie, Editions Sociales, Paris, 1954, p. 84

2. Recounted in Jaki, S. (1980) Cosmos and Creator Regnery Gateway, Chicago

3. Stephen Hawking's A Brief History of Time A Reader's Companion (Edited by Stephen Hawking; prepared by Gene Stone), New York, Bantam Books, 1982, p. 62-63

4. Henry Margenau and Roy Abraham Varghese, eds., Cosmos, Bios, Theos, La Salle, IL: Open Court Publishing, 1992, p. 241

5. Hugh Ross, Ph.D., the Creator and the Cosmos, Navpress, 1995, p. 76

6. W.R. Bird, the Origin of Species Revisited, Nashville: Thomas Nelson, 1991; originally published by Philosophical Library in 1987, p. 462

7. W.R. Bird, the Origin of Species Revisited, Nashville: Thomas Nelson, 1991; originally published by Philosophical Library in 1987, pp. 405-406

8. Stephen W. Hawking, A Brief History of Time, Bantam Books, April, 1988, p. 121

9. Paul Davies, God and the New Physics, New York: Simon & Schuster, 1983, p. 189

10. Hugh Ross, the Fingerpring of God, 2nd. Ed., Orange, CA: Promise Publishing Co., 1991, pp. 114-115

11. A Dorling Kindersley Book – the Science, published in the United States by Dorling Kindersley Inc., p. 24

12. Stephen Hawking's A Brief History of Time A Reader's Companion (Edited by Stephen Hawking; prepared by Gene Stone), New York, Bantam Books, 1982, p. 143