Allah inancı Olmayan Cəmiyyət Modelinin Zərərlərı

Allah Quranda insanları bəlli bir fitrətlə (yaradılışla) yaradıldığı "Batildən haqqa tapınaraq, üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut", ayəsi ilə bildirilmişdir. İnsanların bu yaradılışı Allaha qul olma və Allaha etimad üzərində qurulmuşdur. İnsan sərhədsiz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün, təbii olaraq Allaha bağlanmaya, yönəlməyə möhtacdır.

Əgər insan bu yaradılışa uyğun olaraq yaşayarsa, həqiqi etimada, rahatlığa, xoşbəxtliyə və nicata nail olar. Bu yaradılışı qədd edib, Allahdan üz çevirərsə, sıxıntı, qorxu, narahatçılıq və əzab dolu bir həyat sürər.

İnsanlar üçün qəbul olunmuş bu qanun cəmiyyətlər üçün də uyğundur. Əgər bir cəmiyyət, Allaha iman edən insanlardan əmələ gələrsə, adil, rahat, xoşbəxt və ağıllı bir cəmiyyət olar. şÜbhəsiz ki, bunun tərsi də ola bilər. Əgər bir cəmiyyət Allahdan bixəbərdirsə, o cəmiyyətin quruluşu da təməldən dağılmış, çürük və ibtidaidir.

Allahdan üz çevirən cəmiyyətlə araşdırılarkən bu asanlıqla görülür. Dinsiz düşüncənin doğurduğu ən mühüm nəticələrindən biri, hər şeydən öncə əxlaq anlayışının yox edilməsi və tamamilə əslindən qopmuş cəmiyyətlərin meydana gəlməsidir. Dini və əxlaqi sərhədləri aşan və yalnız insan istəklərinin yerinə yetirilməsinə əsaslanan bir mədəniyyət, əslində həqiqi mənada bir zülüm sistemidir. Belə bir sistemdə cinsi azğınlıqdan narkotik maddəyə qədər hər cür əxlaqlar təşviq edilir. İnsan sevgisindən uzaq, eqoist, cahil, düşünməyən və ağlını istifadə etməyən cəmiyyətlər əmələ gəlir.

Yalnız öz istəklərini təmin etmək üçün yaşayan insanlardan əmələ gələn cəmiyyətdə rahatlıq, sevgi və sülhün bərqərar olması əlbəttə, mümkün deyildir. İnsan münasibətləri mənafelərə bağlıdır. Müthiş bir etimadsızlıq şəraiti mövcuddur. İnsanın səmimi, dürüst, etibarlı, gözəl əxlaqlı olması üçün heç bir səbəb olmadığı kimi, saxtakarlıq etməməsi, yalan danışmaması, qeybət etməməsi üçün də bir maneə yoxdur. Çünki bu cəmiyyətlərin insanları, Allah "unudulmuş bir şey" (Hud surəsi, 92) olaraq qəbul etmişdilər, buna görə də Allah qorxusunu bilməyən insanlardır. Üstəlik bu adamlar Allah gücünü qiymətləndirmədikləri üçün qiyamətdən və hesab günündən də xəbərsizdirlər. Cəhənnəm isə onlar üçün sadəcə olaraq din kitablarında bildirilən bir anlayış olmaqdan başqa bir şey deyildir. Heç biri ölümdən sonra Allahın hüzuruna çıxıb dünya həyatında etdiklçri hçr günahın hesabını verəcəklərini düşünməzlər. Və ya düşünsələr belə, "Bu: cəhənnəm odu bizə bir nçə gündən artıq toxunmaz!"-dediklərinə görədir. Onları öz dinləri barəsində aldadıb yoldan çıxartmışdır, (Ali-İmran, 24) ayəsilə bildirildiyi kimi, günahlarının cəzasını çəkib cənnətə girəcəklərini zənn edərlər. Bütün bunların bir nəticəsi olaraq da dünyadakı həyatlarını mümkün olduqca istək və arzularını təmin tməyə çalışaraq keçirərlər.

Vəziyyət belə olduqda, təbii olaraq bu gün bir çox cəmiyyətdə yaşanan əxlaqi pozulmalar və mənəvi çöküntü ortaya çıxar. Öz məntiqlərinə görə belə düşünürlər: "Madam dünyaya bir kərə gəldim, 50-60 il yaşayıb ölüb gedəcəyəm, o halda həyatın ləzzətini çıxarım". Bu çürük məntiq təməli üzərində qurulan düşüncə sistemində isə hər cür ədalətsizlik, oğurluq, cinayət, əxlaqsızlıq ortaya çıxa bilər. Çünki, hər bir şəxs öz itək və arzularını təmin etməkdən başqa bir şey düşünməyəcəkdir. Hər kim olursa-olsun ailəsi, dostları da daxil-onun üçün ikinci dərəcədə əhəmiyyət daşıyır. Cəmiyyətin digər fərdlərinin isə heç bir əhəmiyyəti yoxdur.

Necə ki, geniş ölçülü mənfəət və maraq üzərində qurulan cəmiyyət quruluşunda insanların bir-birləri haqqında davamlı olaraq şübhəli, narahat və qərarsız bir ruh halı içində yaşamalarına səbəb olar. Belə bir cəmiyyət içində kimin nə zaman və şəkildə saxtakarlıq edəcəyi bəlli olmadığına görə, şəxslər, ruhən böyük bir qorxu və narahatlıq içərisindədirlər. Qarşılıqlı yaşanan etibarsızlıq və şübhə, həyatlarını böyük bir bədbəxtlik içində davam etdirmələrinə səbəb olmaqdadır. Hər cür əxlaqsızlığa laqeyd münasibət bəslənildiyi bu cəmiyyətdə, Allah qorxusu olmadığından insanların, ailə qurmalarına, namus və şərəf kimi anlayışlara olan münasibət də son dərəcə ürküdücü bir görünüşdədir.

Bundan başqa bu cür cəmiyyətlərdə insanlar arasında hörmət və sevgiyə əsaslanan bir həyatda mövcud deyildir. Cəmiyyət fərdlərinin bir-birlərinə hörmət göstərmələrinin heç bir əhəmiyyəti yoxdur. Qarşılarındakı insana qiymət verən bir tərk göstərmələri üçün ancaq bir mənafelərin olması lazım gəlir. Üstəlik belə bir tərz göstərmək üçün öz cahil məntiqlərinə görə haqlıdırlar da. Çünki həyatları boyu, heyvandan təkamülləşək var olduqları, ruhlarının ölümlə birlikdə yox olacağı kimi təlqinlər eşidirlər. Meymun nəslindən gəlmə, torpağın altında çürüyüb gedəcək və bəlkə də bir daha görməyəcəkləri bir bədənə isə təbii olaraq hörmət etməyi mənasız görürlər. Öz xarab məntiqlərinə görə, "necə olsa, qarşılarındakı insan da, özləri də ölüb torpağın altına girəcək, çürüyüb gedəcək, və ruh olaraq da tamamilə yox olacaqdır, o halda nə üçün digər insanlara yaxşılıq etmək, fədakar olmaq kimi zəhmətlərə qatlansınlar ki...". Bəli, həqiqətən də Allah və axirət inancı olmayan hər insanın ağlında bu fikirlər yatır. Bu səbəblərlə də Allah etiqadı olmayan cəmiyyətlərdə əsla rahatlıq, xoşbəxtlik, etibar mühiti əmələ gəlməz.

Bütün bu bildirdiklərimizin məqsədi, "Allah inancı olmayan cəmiyyələrdə tənəzzül olar, o halda Allah inancı olmalıdır" kimi bir məntiq qurmaq deyildir. Allah vardır və Onu inkar edən Ona qarşı böyük bir günah etmiş olur. Allah inancının olmadığı halda cəmiyyətlərin çürüdüyünə işarə etməkdəki məntiqimiz isə, bu cəmiyyətlərin təməldən səhv bir fikrə sahib olduqlarını vurğulamaqdır. Səhv fikirlər pis nəticələr doğurur. Allahı inkar etmək kimi ən böyük xəta edən bir cəmiyyət də, ən pis nəticələrlə qarşılaşır.

Bu cür cəmiyyətlərin ortaq xüsusiyyəti, kütləvi bir aldanma içində olmalarıdır. "əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar", (Ənam surəsi, 116) ayəsindən də aydın olduğu kimi eyni düşüncədə olması, bir cür "kütlə" psixologiyası yaradır və onsuz da var olan inkarı daha da qüvvətləndirir. Allahdan və axirətdən xəbərsiz olan bu cür cəmiyyətləri Allah Quranda "cahilliyə"cəmiyyəti olaraq adlandırır. Çünki cəmiyyətin üzvləri hər nə qədər fizika, tarix, biologiya ya da, oxşar bir elmlə maraqlansalar da, Allahın gücünü və böyüklüyünü tanıya biləcək ağıl və vicdana sahib deyildirlər. Və bu mənada cahildirlər.

Cahilliyə cəmiyyətinin üzvləri, Allaha bağlı olmadıqlarına görə Onun yolundan fərqli yollara düşürlər. Eyni ilə özləri kimi aciz bir qul olan insanların düşüncələrini mütləq doğru olaraq qəbul edirlər. Və nəticədə cahilliyə topluluğu öz-özünü ağıl və vicdandan qoparan qapalı bir sistem əmələ gətirir. Başda da bildirdiyimiz kimi bu sistemin ən nəzərə çarpan xüsusiyyəti bu insanların dinsizlik təlqinləri istiqamətində hərəkət etməsidir.

Allah quranda belə bir həyatın boş və çürük bir təmələ əsaslandığını bildirir:

"Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşısıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalim tayfasını doğru yola yönəltməz!" (Tövbə surəsi, 109).

Ancaq burada unudulmaması lazım olan bir nöqtə vardır, hər cəmiyyət, hər insan cahilliyə sisteminin bu təlqinlərindən, həyat şəklindən və fəlsəfəsindən qurtulma fürsətinə sahibdir. Çünki, Allah onlara, özlərinə xəbərdarlıq edən, özlərinə Allahın və axirətin varlığını, həyatlarının həqiqi mənasını bildirən elçilər və elsiləri ilə bərabər insanların vicdanı ilə soruşduqları hər suala cavab verən haqq kitabları göndərir. Bu Allahın əzəldən bəri davam edən bir qanunudur. Ncə ki, zamanımızda da doğru yol göstərən, qaranlıqdan aydınlığa çıxaran haqq kitabı olan Quran, bütün insanların rəhbəridir. Ancaq bundan sonra insanlar seçimlərinə (doğru və səhv yol) görə qarşılıq görəcəklər. Necə ki, o kitabı insanlara gətirən elçi, bu çağrışı etmişdir:

De ki, "Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-açşkar bir dillə insanları Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyilən!"
(Yusif surəsi, 108)