Elm Adamları Allahın Dəlillərini Təsdiq Edir

Kitabın əvvəlki səhifələrində araşdırdığımız məlumatlar, kainatın elm ilə kəşf edilən xüsusiyyətlərini allahın varlığına işarə etdiklərini göstərdi. Elmin gəldiyi nəticə, kainatın bir Yaradıcısının olduğu və bu Yaradıcısının çox üstün bir güc, ağıl və biliyə sahib olduğudur. Bu Yaradıcını tanımadığımızda bizə din yolu göstərir. Bu səbəblə elmin, dinin xəbər verdiyi həqiqətləri daha dəqiq görmək və araşdırmaq üçün istifadə etdiyimiz bir metod olduğunu söyləmək mümkündür. Lakin bu gün elm adı ilə ortaya çıxan insanların bir bölümü çox fərqli bir düşüncəyə sahibdir. Onların düşüncəsinə görə, elmi kəşflər Allahın yaratmasını göstərmirlər. Əksinə elmi faktlara əsaslanaraq Yaradıcının möcudluğu nəticəsinə gəlməyəcəklərini söyləyək ateist bir elm anlayışını inkişaf etdirmişlər. Başqa bir sözlə, elm ilə dinin bir-birilə zidd oduğu fikrini iddia etdirər.

Beləliklə, təkamül nəzəriyyəsinə əsaslanaraq, dinin elm ilə zidd olduğu irəli sürüldü. İngilis tədqiqatçıları Michael Beigent, Richard Leigh və Henry Lincoln bu barədə belə deyirlər:

Darvindən yarım əsr öncə, elm dindən ayrı deyildi, əksinə onun bir parçasıydı və son məqsədi də ona xidmət etmək idi.. Amma Darvinin zamanındakı elm, o zamana qədər daşıdığı bu mənadan qoparıldı və özünü dinə qarşı mütləq bir rəqib və alrernativ bir məna kimi tanıtdırdı. Artıq insanlıq, bu ikisi arasında bir seçim etmək məcburiyyətində olacaqdır. 27

Din ilə elm arasındakı mövzu fərqi başda da bildirdiyimiz kimi tamamilə ideoloji bir fərq idi. materializmə iman edərcəsinə bağlanan bəzi elm adamları, kainatın bir yaradıcısı olmadığını isbat etmək üçün özlərini şərtləndirdilər və bu yöndə müxtəlif nəzəriyyələr irəli sürdülər. Təkamül nəzəriyyəsi, bunların ən məşhuru və ən mühüm idi. Eyni şəkildə astronomiya mövzusunda da, "statik vəziyyət nəzəriyyəsi", ya da "xaos nəzəriyyəsi" kimi nəzəriyyələr inkişaf etdirildi. Ancaq elmin şəxsən özü, əvvəlki bölmələrdə də araşdırdığımız kimi, yaradılışı inkar edən bu nəzəriyyələri tək-tək çödürdü.

Bu gün bu nəzəriyyələrə hələ sadiq qalaraq inkar edən elm adamları, özlərini Allaha inanmamaq üçün şərtləndirmiş, doqmatik və fanat adamlardır.

Tanınmış ingilis zooloq və təkamül nəzəriyyəsi tərəfdarı D.M.Watson, özünün və digər məsləkdaşlarının təkamül nəzəriyyəsi nə üçün qəbul etdiklərini açıqlayarkən, bu doqmatizmi belə etiraf edir:

Təkamül nəzəriyyəsinin geniş kütlələr tərəfindən qəbul edilən bir nəzəriyyə olmasının səbəbi, bu nəzəriyyəni isbat edəcək kifayət qədər dəlilin var olması deyil, ancaq alternativin, yəni qeyri-təbii yaradılışın bütünlüklə qəbul edilməz olmasıdır. 28

Watsonun "qeyri-təbii yaradılmış" sözü ilə nəzərdə tutduğu Allahın yaratmasıdır. Bu elm adamı, göründüyü kimi, bunu "qəbul edilməz" zənn tməkdədir. Nə üçün? Elm belə dediyi üçünmü? Xeyr, əksinə elm yaradılışın doğruluğunu isbat edir. Watsonun bunu qəbul edilməz saymasının tək üçün özünü şərtləndirməsidir. Digər bütün təkamül nəzəriyyəsi tərəfdarları da bu vəziyyətdədirlər.

Təkamül nəzəriyyəsi tərəfdarları isə elmə deyil, materialist fəlsəfəyə bağlıdırlar və elmi bu fəlsəfəyə uyğunlaşdırmaq üçün dəyişdirirlər.

Harvard Universitetindən tanınmış bir genetik və açıq sözlü bir təkamülçü olan Richard Lewontin bu doğru həqiqəti belə etiraf edir:

Bizim materializmə bir inancımız var, "a priori" (öncədən qəbul edilmiş, doğru hesab olunmuş) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama verməyə məcbur edən şey, elmin metodları və qanunları deyil. əksinə, materializmlə olan "apriori" bağlılığımız səbəbiylə, dünyaya materialist bir açıqlama gətirənaraşdırma metodları və anlayışları quraşdırırq. Materializm mütləq doğru olduğuna görə də, ilahi bir açıqlamanın meydana çıxmasına icazə verə bilərik.29

Digər tərəfdən bu doqmatik materialist qrupun qarşısında, tarixdə olduğu kimi, bu gün də Allahın varlığını təsdiq edən, hətta elmi Allahı tanımağın bir yolu olaraq görən elm adamları vardır. Xüsusi ilə ABŞ-da sürətlə inkişaf edən "Greationism" (Yaradıcılıq), ya da "İntellegent Design" (Şüurlu Dizayn) elmi axınları canlıların Allah tərəfindən yaradıldıqlarını elmi sübutlarla ortaya qoyurlar.

Bu isə bizə elm və dinin olmadığını, əksinə elmin din tərəfindən verilən mütləq həqiqətləri doğrulayan bir metod olduğunu göstərir. Din-elm ziddiyəti bəlkə, sadəcə olaraq ilahi qaynaqların içinə mövhumat qatmış olan bəzi dinlər üçün doğru ola bilər. Ancaq Allahın saf vəhyinə dayanan İslam üçün doğru ola bilməz. Qaldı ki, İsla, elmi xüsusilə təsdiq etməkdə və kainatın araşdırılmasını, Allahın yaratdıqlarının tədqiq edilməsinin bir üsulu olduğunu xəbər verir. Aşağıdakı Quran ayəsində buna işarə edir:

Məgər onlar başlarının üstündəki göyə baxıb, onu necə yaratdığımızı və orada heç bir yarıq olmadığını görmürlərmi? ... Eləcədə, yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl meyvə yetişdirdiyimizi görmürlərmi?! Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları bitirdik. (Qaf surəsi, 6-7, 9-10).

Yuxarıdakı ayələrdə də görüldüyü kimi Quranda, daima insanları düşünməyə, içində yaşadıqları dünya ilə əlaqədar hər şeyi araşdırmağa təşviq edilir. Çünki, elm dini dəstəkləyir, insanı cahillikdən qurtarıb daha şüurlu düşünməyə sövq edər, insanın düşüncə dünyasını genişləndirib kainatda açıq görünən Yaradıcının izlərini dərk etməsinə kömək edər.

Əsrimizin ən böyük duhası sayılan və Allaha inanan Albert Einstein "Dərin bir imana sahib olmayan həqiqi bir elm adamı düşünə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: Dinsiz bir elmə inanmaq mümkün deyil" deyərək, elmin dinə olan dəstəyini dilə gətirmişdir.30

Müasir fizikanın qurucusu Max Planck isə demişdir:

Hansı sahədə olursa-olursa elmlə ciddi şəkildə maraqlanan hər kəs, elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: "İman et". İman , elm adamının əvəz edilməz bir xüsusiyyətidir.31

Max Plank fizikçi Sir Isaac Newton

German physicist Max Planck

Sir Isaac Newton

Kitabda buraya qədər ələ alınan mövzular, kainatın və canlıların əmələ gəlmələrinin təsadüflərlə açıqlanmayacağını açıq göstərmişdir. Apardıqları araşdırmalarla elm dünyasına istiqamət verən bir elm adamı da bu böyük həqiqəti təsdiq etmişdir və hələ də etməkdədir. Çünki insanlar kainat haqqında nə qədər çox şey öyrənsələr, ondakı qüsursuz quruluşa malik olan heyvanları da o dərəcədə artmaqdadır. Hər yeni tapılan elmi fakt "Yaradılış"ı inkar edilməz şəkildə dəstəkləyir.

XXI əsrə girərkən, müasir fiziklərin əksəriyyəti də, yaradılış həqiqətini qəbul edir. David Darylinq belə deyir:

Zaman yox idi, kosmos idi. maddə və enerji yox idi. Heç bir şey yox idi. Ən kiçik bir nöqtə, bir boşluq belə yox idi. bu yoxluqdan qeyri-adi kiçik bir tərpəniş göründü. Balaca bir titrəmə. Yüngül bir dalğalanma, müəyyən, qeyri-müəyyən bir girdab. Bu kosmik qutunun qapağı açıldı və altından yaradılış möcüzəsinin cücərtiləri göründü.32

Bunlarla yanaşı, fərqli bir çox elm sahəsinin qurucularının o an hamı sınan Allaha və müqəddəs kitablarına inanan kimsələr olduqları bilinir. Tarixdəki ən böyük fiziklər arasında Newton, Faradey, Kelvin və Maxwel bəhs edilən elm adamlarına örkəkdirlər.

Tanınmış fizik İsaak Newtonun yaşadığı dövrdə elm adamları dünya üzərindəki cismlərin və planetlərin hərəkətlərinin müxtəlif qanunlarla açıqlana biləcəyinə inanırdılar. Newton isə dünya və kosmosun Yaradıcısının tək olduğunu, buna görə də, eyni qanunlarla açıqlanması lazım olduğunu müdafiə edirdi. Bu mühüm fikrini də kitabında belə açıqlayırdı:

Günəşin, planetlərin və quyruqlu ulduzların bu mükəmməl sistemi ancaq güclü və ağıllı bir varlığın nəzarəti və hakimiyyəti ilə irəliləyə bilir.33

Göründüyü kimi, orta əsrdən bəri fizika, riyaziyyat və astronomiya sahələrində araşdırmalar aparan yüzlərlə elm adamı, kainatın tək bir Yaradıcı tərəfindən yaradıldığı fikrində birləşmişlər və həmişə eyni nöqtəyə diqqət verişlərdir. Fiziki- atronomiyanın qurucusu və inanclı elm adamlarının parolu olan "Allah yaratdığı hər şeydə özünü göstərir" fikrini oraya atan ilk elm adamı olan Johanness Keppler, kitablarından birində Allaha olan səmimi inancını belə dilə gətirmişdir:

Bizlər Allaha möhtac, aciz qullar olaraq, öz ağlımıza görə Allahın ağlının böyüklüyünü və ucalığını görməli və Ona təslim olmalıyıq.34

Termodinamikanı quran böyük fizik William Thompson (Lord Kelvin) isə, Allaha inanan bir xristian idi. O, Darwinin təkamül nəzəriyyəsinə şiddətlə qarşı çıxmış və bu nəzəriyyəni tamamilə rədd etmişdi. Ölümündən qısa bir zaman öncə də, belə bir açıqlama etmişdi:

Həyatın mənşəyinə baxdığımız zaman, elm qəti bir şəkildə o Böyük Qüdrətin varlığını təmdiq edir. 35

Oxford Universiteti fizika professorlarından Robert Mattheus, 1992-ci ildə yazdığı və DNT molekullarının Allah tərəfindən yaradıldığını kitabında eyni həqiqəti belə ifadə edir:

Bütün bu proseslər mükəmməl bir harmoniya ilə tək bir hüceyrədən canlı bir körpəyə, daha sonra kiçik bir uşağa, nəhayət yetişkin bir insana qədər davam edir. bütün bu hadisələr, biologiyanın bütün mərhələlərində görüldüyü kimi ancaq bir möcüzə ilə açıqlana bilər. Necə olur ki, belə mükəmməl və kompleks bir orqanizm, bu qədər bəsit və kiçik bir hüceyrədən ortaya çıxa bilər? Kiçik bir (i) hərfinin üstündəki nöqtədən də kiçik bir hüceyrədən, möhtəşəm bir insan yaradılır? Bu möcüzədən başqa bir şey deyildir.36

İstilik axını üzərində saysız araşdırmalar apararaq mükafatlar alan və "mexaniki istilik funksiyası"nı və termodinamikanın birinci qanununu kəşf James Joule elm haqqındakı inancını belə ifadə etmişdir:

Allahın istəklərini öyrəndikdən və itaət etdikdən sonra görəcəyiniz digər iş onun ağlını, gücünü və yaxşılığını etdiyi işlərdən başa düşməkdir. Təbiət qanunlarını bilmək Allahı bilməkdir.37

Elmi metodun qurulmasında mühüm rolu olan alim Francis Baconun sözləri də onun Allah inancının göstəricəsidir:

Xətalarımızın qarşısını almaq üçün üzərində durulması lazım olan iki yol göstərənimiz var: Birinci allahın vəhyi olan müqəddəs Quran, ikincisi isə Allahın gücünü ifadə edən məxluqat.38

Yaradılmış olan hər iş yaradanın gücünü və bacarığını ortaya çıxarır, o zaman bütün bunlar Allahın işidir, yaradan varlığın hər şeyi yarada biləcək gücdə olduğunu və ağlını göstərir, dünya Allahın bir məhsuludur.39

sütun kolon resmi

Kainatın bir Yaradıcı tərəfindən var edildiyini qəbul edən və həyatlarında bu xüsusiyyəti ilə tanınan elm adamlarından bir qismi də bunlardır.

Robert Boyle (müasir kimyanın atası)

Lona William Petty (statik və müasir iqtisadiyyat çalışmaları ilə tanınırdı) Michael Faraday (bütün zamanların ən böyük fiziklərindən biri)

Greqory Mendel (genetikanın atası, genetika elmindəki tapıntıları ilə Darwinizmi mənasız hesab etmişdir)

Louis Pasteur (bakteriyalogiyanın ağla gələn ən böyük adı, Darwinizmə qarşı çıxmışdı)

John Dalton (atom nəzəriyyəsinin atası)

Blaise Pascal (ən mühüm riyaziyyatçılardan)

John Ray (İngilis təbiət tarixinin ən mühüm adı)

Nicolaus Steno (yer qatlarını araşdıran tanınmış biryerşünas)

Carolus Linnecus (bioliji siniflənmənin atası)

Georges Guvier (müqaviləsi astronomiya elminin ixtiraçısı)

Matthew Maury (okeanoqrafiya ixtiraçısı)

Thomas Anderson (orqanik kimya sahəsində işlər görən ilk adamlardan biri) Sir Charles Bell (beyinin və sinir sisteminin xəritəsini ilk dəfə tərtib edən) Jean Henry Fabre (müasir ) John Ambrose Fleminq (müasir elektrikin qurucusu)

James Clesk Maxwel (işığın elektromaqnetik nəzəriyyəsini formula edən adam).

Qeydlər

27. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Gorgi Books, London: 1991, s. 177-178.

28. D.M.S. Watson, "Adaptation", Nature, sayı 124, s. 233.

29. Richard Levontin, "The Demon-Haunted World", The New York Review of Books, January 9, 1997. s. 28.

30. Einstein, Science, Philosophy and Religion; A Symposium, 1941, ch.13

31. J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15 (Isaac Newton, Principia, II.Basım)

32. Timothy R. Stout, Tim Stout's Creation-Science Page, Chapter: Great Scientist Who Believed In a Creator God.

33. Timothy R. Stout, Tim Stout's Creation-Science Page, Chapter: Great Scientist Who Believed In a Creator God.

34. Ümit Şimşek, Big Bang: Kainatın Doğuşu, s. 55.

35. David Daryling, Deep Time, 1990.

36. Unravelling The Mind Of God, s.8/Taşkın Tuna, Uzayın Ötesi, s. 47.

37. James Joule, Scientists of Faith, Dan Graves, Kregel Resources, 1996, s.133

38. Henry M. Morris, Men of Science Men of God, Great Scientists who Believed the Bible, Ekim 1992, Master Books, s.15

39. Michael Bumbulis, Phd Christianity and the Birth of Science, http://www.best.com/~dolphin/asstbib.fhtml