Fil balıqları Afrikanın isti və palçıqlı sularında yaşayırlar. Bu balıqlar qaranlıq və bulanıq sularda yönlərini təyin edərək qida tapmaq üçün zəif elektrik sahələrindən istifadə edirlər. Başlarının üzərindəki çıxıntılı hissədə elektrik qəbulediciləri vardır. Qəbul edilən elektrik siqnallarının birləşdirilməsi üçün bir çox proseslər tələb olunur. Bu xüsusiyyəti sayəsində balıq tamamilə qaranlıq mühitdə bir cismi uzaqdan tanıya bilir, yaxud da ölü orqanizmlə canlı orqanizmi bir-birindən ayırd edə bilir.
Fil balığının filin burnunu xatırladan orqanı, əslində, burun deyil; alt çənənin uzanmış hissəsidir. Buruna bənzəyən bu çənədə ətrafdakı cisimləri həssaslıqla hiss edən 500-dən çox elektrik qəbuledicisi var. Bu xüsusiyyəti sayəsində balıq gecələr ov edə bilir.
Fil balığının çənəsi, əslində, göz funksiyası yerinə yetirir. Əzələ hüceyrələri müntəzəm şəkildə bir neçə volt gücündə elektrik siqnalları istehsal edir. Balıq saniyədə 80 dəfə bu batareyanı yandırıb-söndürərək ətrafına baxır. Eyni zamanda, bədənindəki sensorlar vasitəsilə elektrikli sahələri ölçür, ətrafındakı obyektlərin görüntüsünü qəbul edir və heç bir səhvə yol vermədən hədəf aldığı obyekti tapır.
Fil balığı palçıqlı sularda gözlərindən çox az istifadə etdiyi üçün yolunu yaydığı elektrik siqnallarının köməyi ilə tapır. Normal vəziyyətdə dəqiqədə 300–500 siqnal yayır, lakin suyun çirklilik dərəcəsi artdıqca bir dəqiqədə yaydığı siqnalların sayı 1000-ə çatır.
İngiltərədə çirkliliyi ölçmək üçün fil balıqlarından istifadə edilərək hazırlanan detektorlardan istifadə edilir. Buradakı bir su şirkəti çaydan götürdüyü su nümunələrini 20 fil balığının nəzarətinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş bir akvariumda yaşayır. Akvariumlardakı qəbuledicilər balıqdan siqnalları alıb bağlı olduğu kompyuterə ötürür. Əgər su çirklidirsə, balığın artan siqnalları təsbit edilərək kompyuter vasitəsilə həyəcan siqnalı verilir.
Ağılla düşünən hər kəs insan istehsalı texnologiyalardan daha mükəmməl olan canlılardakı sistemlərin əsla təsadüfən mövcud ola bilməyəcəyini, yüksək bir ağılla yaradıldığını görər. Bir canlının yaşadığı mühitə uyğun və onun üçün həyati əhəmiyyət kəsb edən xüsusi sistemlərlə təchiz edilməsi onu yaradan, ehtiyaclarını və olduğu mühiti bilən Alim və Əziz olan Allaha aiddir. Bu həqiqət Quranın bir ayəsində belə bildirilmişdir: