Şeytanın əmri: “İman gətirənlərə yaxınlaşmayın, onlardan uzaq olun!”

2356

Şeytan insanların Quranda bildirilən həqiqətləri öyrənməsinə mane olmaq üçün onlara “yaxınlaşmayın, uzaq olun!” əmrini verir. Bu məqsədlə, ona tabe olanları Quranı oxuyan, xatırladan, əməl edən və Qurana dəvət edən insanlardan uzaq tutmağa çalışır. Çünki iman gətirənlər davranış və danışıqları ilə insanlara Allah’ı xatırladır, gözəl əxlaqı ilə digər insanlara müsbət təsir edir və onlarla birlikdə olanların qəlbinin İslama isinməsinə vəsilə olurlar. Şeytan isə tərəfdarlarının iman gətirənlərə qarşı kobud və təcavüzkar davranmasını istəyir. Çünki belə olduqda aralarında əlaqənin yaranması ehtimalı azalır. 
Quranda inkarçıların Allah’ın ayələrini xatırladan möminlərə qarşı davranışları belə bildirilir:



Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyərlər. Onlar: “O, divanədir!” – deyirlər. Halbuki bu (Quran) aləmlərə ancaq bir öyüd-nəsihətdir! (Qələm surəsi, 51-52) 


Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə hücum çəksinlər... (Həcc surəsi, 72) 


İnkarçıların məqsədlərindən biri də digər insanları din əxlaqından uzaq tutmaq, doğru yoldan azdırmaqdır. Buna görə də iman gətirənlərə qarşı xoş münasibət bəsləyən, onlarla görüşüb fikirlərini dinləmək istəyən insanlara mane olmaq üçün əllərindən gələn hər şeyi edirlər. Hamı özləri kimi olduqda Quran ayələrindən uzaq şəkildə və yaradılış məqsədlərini düşünmədən yaşamaq onlar üçün daha asan olacaq. 

İnkarçılar böhtan və təzyiqlərlə iman gətirənləri cəmiyyətdən uzaq tutmağa çalışırlar. Çünki iman gətirənlərin insanları haqqa dəvət etməsinə mane olmağın ən qəti yolu budur. 
Bu mövzuda Quranda verilən nümunələrdən biri kəhf əhlidir. Güclü imana sahib olan bu gənclər inkarçı qövmlərin ciddi təzyiqləri səbəbindən mağaraya sığınmaq məcburiyyətində qalmışlar. 
Tarix boyu inkarçılar peyğəmbərlərin cəmiyyət tərəfindən dəstəklənməsinə mane olmaq üçün böhtan və təzyiqlərə əl atmışlar. Bu böhtanların yeganə səbəbi insanların onlardan uzaqlaşdırmaq olmuşdur. Lakin hz. Nuhun qövmündə olduğu kimi inkarçıların etdikləri ancaq özlərinə zərər verir:


 

Onlar həm haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (Ənam surəsi, 26)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr