Həyatın məlumat bankı olan DNT
ucgen

Həyatın məlumat bankı olan DNT

2392

 

İnkişaf etməkdə olan elmin ortaya qoyduğu vəziyyət, canlıların əsla təsadüflərlə ortaya çıxmayacaq qədər qüsursuz bir nizama və son dərəcə kompleks bir quruluşa sahib olduğudur. Bu isə canlıların üstün bir güc və ağıl sahibi olan bir Yaradıcının əsəri olduğunun bir dəlilidir. Məsələn, bu günlərdə İnsan Genom Layihəsi hesabına gündəmdə olan insan genindəki qüsursuz quruluş, yəni Allahın bənzərsiz yaratması bir daha ortaya qoyulur.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 ildir DNT-də iştirak edən 3 milyard kimyəvi hərfi oxumaq və sıralarını müəyyən etmək üçün fəaliyyət göstərdilər. Bunun nəticəsində insana aid 22-ci xromosomda olan məlumatların 85%-i doğru olaraq düzüldü. Bu hər nə qədər həyəcan verici, əhəmiyyətli bir nailiyyət olsa da, İnsan Genom Layihəsinin rəhbəri olan Dr. Frensis Kolinsin də “insanın məlumat kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözləri ilə ifadə etdiyi kimi DNT-dəki məlumatın ifşa olunması üçün hələ ilk addım atılıb. Bu məlumatın ifşa olunmasının niyə bu qədər çox vaxt apardığını başa düşmək üçün DNT-yə yerləşdirilən məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır.

Kiçik bir nöqtədəki böyük bank

DNT-nin quruluşu bu əsrin ortalarına qədər bilinmirdi. Canlı hüceyrələrindəki nüvələrin içində olan bu nəhəng molekul ancaq 1950-ci illərdə kəşf edildi. DNT-nin quruluşunu kəşf edən iki təkamülçü elm adamı Ceyms Watson və Francis Crick qarşılaşdıqları bu quruluş qarşısında heyrətə düşmüşdülər. Çünki tapdıqları bu kompleks quruluşun mənşəyini təkamül məntiqləriylə-yəni təsadüflə-açıqlamaq mümkün deyildi. Francis Crick bir müddət sonra bu həqiqəti açıq şəkildə etiraf etdi və DNT-nin mənşəyinin ancaq şüurlu bir dizaynla izah edilə biləcəyini qəbul etdi.

DNT hüceyrənin nüvəsində yerləşən və o canlı ilə əlaqədar bütün məlumatları saxlayan bir məlumat bankıdır. Məsələn, bir insanın üz quruluşundan barmaqlarının uzunluğuna, yanağındakı batıqlıqdan qaşının formasına qədər DNT-də qeydiyyatdadır. DNT-dəki məlumat bu uzun molekul zəncirini meydana gətirən dörd xüsusi molekulun düzülüş sırası ilə kodlanmışdır. Nukleotid (və ya baza) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, Q və S ilə ifadə edilirlər. İnsanlar arasındakı bütün quruluş fərqləri bu hərflərin düzülüş vəziyyəti arasındakı fərqdən yaranır.

İnsan DNT-sindəki məlumat demək olar ki, bir futbol stadionunu doldura biləcək qədər çox ensiklopediyada olan məlumata bərabərdir. Başqa sözlə, bu məlumat 500 səhifəlik 900 cildlik bir ensiklopediya qədər çoxdur. Hər gün 24 saat ərzində fasiləsiz olaraq hər saniyədə insanın gen məlumatlarından bir dənəsi oxunsa, bu əməliyyatın başa çatması üçün 100 il vaxt lazımdır. DNT-dəki məlumatın kitab şəklində olduğunu hesab etsək, bu kitabları üst-üstə qoyduğumuz təqdirdə kitabların yüksəkliyi 70 metrə çatacaq. Daha təəccüblüsü isə, bütün bu məlumatların millimetrin yüz mində biri qədər kiçik bir yerə yerləşdirilməsidir.

Bu qədər böyük bir məlumatın mövcud olması, həm də bunun gözlə görülməyəcək qədər kiçik bir yerə yerləşdirilməsi qətiyyən təsadüflərin və nəzarətsiz hadisələrin əsəri ola bilməz. Bir insan bir mağaraya girdiyində 50 səhifəlik bir kitab tapsa, bu kitabın burada öz-özünə təsadüfən meydana gələ bilməyəcəyini və bu kitabın mütləq bir yazarının olduğunu bilər və buna qəti şəkildə əmin olar. DNT isə, 50 deyil, 500 və ya 5000 deyil, 500 səhifədən ibarət 900 cildlik ensiklopediyanı dolduracaq qədər məlumata malikdir. Bütün bunlar Allahın yaratmasının üstünlüyünü göstərən dəlillərdəndir. Bütün həyatı təsadüflərlə izah etməyə çalışan təkamül nəzəriyyəsi isə, DNT-nin necə meydana çıxdığı sualı qarşında çarəsizdir. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr