İnsanların müdafiə, tətbiq və təbliğ etdikləri hər hansı bir fikrin və ya inancın vicdan sarıdan yüz faiz doğru və dəqiq olması qənaətinə gəlmələri və buna əmin olmaları əsas şərtdir. Bunun əksi, yəni insanların doğru olmasına vicdanən əmin olmadığı və haqqında məlumatı olmadığı hər hansı bir fikrin, insanın və ya hadisənin ardınca getmələri Quranda qadağan edilmişdir. Allah Quranda insanların doğruluğunu təsdiq edib ardınca getdikləri hər bir fikir üçün axirətdə gözləri, qulaqları və qəlbləri ilə hesab verəcəklərini bildirmişdir:
Mənbəyi sağlam olan və doğruluğu qəti şəkildə bilinən yeganə fikir sistemi isə Allahın doğru olduğunu bildirdiyi sistemdir. Bu da Quranda hər bir təfərrüatı ilə bildirilib. Buna görə də müsəlmanlar vicdanlarına uyğun olmayan və Quranda bildirilməyən heç bir düşüncəni qəbul və təsdiq etməzlər. Müsəlmanın bir insanı və ya fikri dəstəkləməsi üçün həmin fikir Quranda təsdiq olunmalı və ya həmin insan Quran əxlaqı çərçivəsində hərəkət etməlidir. Buna görə də müsəlmanlar insanlara anlatdıqları, izah və tövsiyyə etdikləri, doğru saydıqları hər hansı elmi, sosial və dini mövzuda xüsusilə böyük bir diqqətlə danışarlar. Onlar haqqı müdafiə etməyən heç bir insanı dəstəkləməzlər. Vicdanlarına uyğun olmayan heç bir ticarət və ya sosial işlərə şərik olmazlar. Doğruluğu şübhəli olan heç bir fikri müdafiə etməzlər. Müsəlmanların danışdığı, tövsiyyə və ya müdafiə etdiyi hər bir fikrin doğruluğu hər kəsin açıq-aşkar görə bildiyi aydınlıqda olur.