Türkiyənin çox ağıllı, məqbul bir siyasəti var. Yəni Türk hökuməti heç vaxt tarixi ləkələyəcək, ağılsız bir rəftar etməz. Çünki Türkiyədə Osmanlıdan qalan bir dövlət tərbiyəsi vardır. İş məsləhətləşərək edilir. Türkiyə dəlilik etməz.
Türkiyə qövmlərin qaynayıb-qarışdığı coğrafiyada yerləşir. Mehriban, qonaqpərvər, hər kəsi sevən, hər kəsi qurtarmağa, hər kəsə yaxşılıq etməyə meyilli bir üslubda olmaq lazımdır. Vicdanlı olan, doğru olan budur.
Korluq dəccaliyyətin xüsusiyyətidir. Kor dəccal deyilir. Kor dəccalın xüsusiyyəti nədir? Doğrunu, səhvi gördüyü halda görməməzliyə vurar. İnsan doğrunu gördüyündə səmimi olaraq qəbul edirsə, bu onun üstünlüyünü göstərər.
Haqq, doğruluq, ədalət, gözəllik haradadırsa, ora yönəlməlisən. Bir insan ki, gözəli, doğrunu gördüyü halda qaçırsa, deməli, o insan ideologiya cəhətdən kordur.
Xanımları idarə etmə siyasəti və üslubu, yəni zahirən bu üslub bir qədər qıcıqlandırıcı və narahatdır. Xanımlar xeyli ağıllı, çox mədəni, keyfiyyətlidirlər. Allah insanları: kişiləri və qadınları bərabər yaratmışdır və hər cəhətdən eyni hüquqa malikdirlər.
Xanımlar azad olmalıdırlar. Yəni kişilər xanımlara yol göstərməməli, ağıl verməməlidir. Əgər ağıl vermək lazımdırsa, xanımlar bəylərə ağıl verərlər. Yəni kişilər qadınlara bu mövzuda hörmət etsinlər.
İnsanların hidayətinə vəsilə olan hər insan Mehdidir. Mehdi bənzərləri çoxdur, amma böyük Mehdi başqadır. Tam fərqlidir.
"Təkcə mən Allahın hökmünə tabe oluram, digərləri yanlış yoldadır, günahkardır" düşüncəsi çox səhvdir.
Yunan qardaşlarımız gözəl əxlaqı, gözəl sənəti olan insanlardır. Fitrətlərini pozacaq şeylərdən çəkinmək lazımdır. Onların öz evlərində istədiyi kimi musiqi ilə məşğul ola biləcək bir şəraitdə yaşamaları çox yaxşı olar.
Müxalifətin bəzi təhlükələri gündəmə gətirməsi hökumət üçün xeyirli və faydalıdır.
Müxalifət iqtidar üçün nemətdir. Müxalifət görülməyəni görməyi təmin edir. Bu da iqtidarı gücləndirər.
Çadralı xanımlara hörmət bəslənərkən, başıaçıq xanımları da unutmaq olmaz.
Əl-Qaidə kimi təşkilatlar vəhşilik hökmlərini xurafatların girdiyi ənənəvi İslami qaynaqlardan alır.
AK Partiyanın dindarlara azadlıq vermə siyasəti gözəldir, amma CHP-ın da qatı dinçiliyi dayandırma siyasəti tarazlığı təmin edir. Hamısında xeyir var.
Axırzaman və Mehdi ilə əlaqədar hədislərdə Mərmərə ilə əlaqədar bir çox təfərrüatın bildirilməsi Peyğəmbərimiz (s.ə.v)-in böyük möcüzələrindən biridir.
Əgər Mehdi (ə.s) və tələbələri səmimi olaraq şirkdən tamamilə uzaqlaşsalar, Allah Nur surəsi, 55-ci ayədə söz verərək: "Mən İslamı dünyaya hakim edəcəyəm. Qorxularınızı arxayınçılıqla əvəz edəcəyəm. Dini bütün cəhətləri ilə dünyaya hakim edəcəyəm. Amma şirk qoşmayacaqsınız, sadəcə bunu istəyirəm" deyir.
Müsəlman gizli şirk qoşmamaq üçün günün 24 saatı diqqətli, gözüaçıq olmalıdır. Şirk insanın qarşısına tez-tez çıxır. İnsan şirkdən qaçar, şirk insanı qovar. Mömin şirklə qarşılaşdığı halda dərhal ondan uzaqlaşar.
Qatı dinçilər, xurafatçılar müsəlmanları dəyərsizləşdirib. Hətta özləri bir-birilərinə dəyər vermirlər. Bir-birilərini öldürməyi də normal qarşılayırlar. İnanılmazdır. Keyfiyyətsiz, mədəniyyətsiz, cahil, mənfur bir insan qrupu formalaşdırıblar.
Gücün deyil, haqqın tərəfdarı olmaq lazımdır. Əks halda eqoistcəsinə davranmış olarsan. Müsəlman elə olmaz. Müsəlman daim haqqın, həqiqətin tərəfdarıdır.
Müsəlman şirkdən xilas olub Allahın gücünə inanmalıdır. Allah müsəlmanları heç vaxt şirklə qarşılaşdırmasın, inşaAllah.
Allah bütün müsəlmanlara dua etməyin ləzzətini daddırsın.