Qatı dinçilər, xurafatçılar müsəlmanları dəyərsizləşdirib. Hətta özləri bir-birilərinə dəyər vermirlər. Bir-birilərini öldürməyi də normal qarşılayırlar. İnanılmazdır. Keyfiyyətsiz, mədəniyyətsiz, cahil, mənfur bir insan qrupu formalaşdırıblar.
Gücün deyil, haqqın tərəfdarı olmaq lazımdır. Əks halda eqoistcəsinə davranmış olarsan. Müsəlman elə olmaz. Müsəlman daim haqqın, həqiqətin tərəfdarıdır.
Müsəlman şirkdən xilas olub Allahın gücünə inanmalıdır. Allah müsəlmanları heç vaxt şirklə qarşılaşdırmasın, inşaAllah.
Allah bütün müsəlmanlara dua etməyin ləzzətini daddırsın.
Mehdi gəlməyəcək deməklə hz. Mehdi (ə.s)-ın qarşısını almaq mümkün deyil.
Hal-hazırda Mehdi tələbələri dünyadakı nifrət siyasətini aradan qaldırmaq üçün var gücləri ilə cəhd edirlər.
Qatı dinçiləri müalicə etmək mümkündür. Qatı dinçilərə nifrət etməyə ehtiyac yoxdur. Qatı dinçilər birdən-birə formalaşmırlar. Qatı dinçi təhsilin nəticəsində meydana gəlir.
Müsəlmanları qatı dinçiliyin bataqlığına batırıb, sanki qırğın maşınına atdılar. Müsəlmanları dünyaya, öldürülməsi lazım olan varlıqlar kimi göstərirlər. İnsanları müsəlman öldürməyin caiz olduğuna inandırdılar.
Allah yaratdığı hadisələrlə insanlara Özünü düşündürür. Düşünmək çox əhəmiyyətlidir. Allah Quranda insanı düşünməyə təşviq edir.
Alimlərin, müəllimlərin böyük hissəsi zülmə qarşı susublar. Misirdə də alimlər, zərbə vuran generalı az qala göyə çıxaralar.
Ölkələr arasında silah rəqabəti deyil, sevgi-söhbət rəqabəti olmalıdır.
Dünya səviyyəsində silah istehsalını dayandırmaq asan ikən çətin göstərirlər. Silaha, bombaya veriləcək pul kasıblara, yetimlərə paylanmalıdır. Təyyarələr də bomba atmaq yerinə uşaqlara şokolad atmalıdır.
İllah ki, hər kəs çətinlikdən keçəcək. Axirətin ləzzəti ancaq o zaman aydın olar. Əsl sevgi çətinlik zamanı üzə çıxar. Əziyyət çəkməyən eşqi bilməz.
Qorxaq siyasətçilər həmişə itirərlər.
Kommunist düşüncədə fikirlərin bölünməsi adlı bir məsələ yoxdur. Liderə qeyd-şərtsiz itaət vardır. Onlardan ayrılanı yaşamağa qoymazlar. Necə ki, bunu, Fransada öldürülən PKK-lı qadının simasında da gördük.
Müsəlman güclünün tərəfdarı deyil, haqlının tərəfdarıdır. Bunun əksi eqoistlik olar.
Mehdiyyət xəttindən çıxılmadığı müddətdə nə millətə, nə də dövlətə zaval gəlməz.
Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman və hz. Mehdi (ə.s)-a işarə edən hədislərində, Mərmərə ilə razı olan izahatlar var.
Müqəddəs sandığın tapılması yaxınlaşır. Min ildən bəri axtarılır, amma tapılmır. Allah yalnız Mehdi (ə.s)-a nəsib edəcək. Sandıq Mehdi (ə.s)-ın olduğu məkanın önünə gətirilib qoyulacaq.
Mehdiyyət olmadığı üçün müsəlmanların başlarında bir imam, lider, başçı olmadığı üçün İslam aləmi küləkdə sovrulan yarpaq kimidir. Həddən artıq iztirab, ağrı çəkir, sanki qıvrılır.
Türkiyə heç bir şəkildə kiçik bir qrupun, yaxud böyük bir qrupun tərəfində olmaz. Türkiyə bütün millətlərin hamısına şəfqət, mərhəmət, sevgi bəsləyir. Bir adam çöldə qalsa biz ona da sahib çıxarıq.