Axırzaman və Mehdi ilə əlaqədar hədislərdə Mərmərə ilə əlaqədar bir çox təfərrüatın bildirilməsi Peyğəmbərimiz (s.ə.v)-in böyük möcüzələrindən biridir.
Əgər Mehdi (ə.s) və tələbələri səmimi olaraq şirkdən tamamilə uzaqlaşsalar, Allah Nur surəsi, 55-ci ayədə söz verərək: "Mən İslamı dünyaya hakim edəcəyəm. Qorxularınızı arxayınçılıqla əvəz edəcəyəm. Dini bütün cəhətləri ilə dünyaya hakim edəcəyəm. Amma şirk qoşmayacaqsınız, sadəcə bunu istəyirəm" deyir.
Müsəlman gizli şirk qoşmamaq üçün günün 24 saatı diqqətli, gözüaçıq olmalıdır. Şirk insanın qarşısına tez-tez çıxır. İnsan şirkdən qaçar, şirk insanı qovar. Mömin şirklə qarşılaşdığı halda dərhal ondan uzaqlaşar.
Qatı dinçilər, xurafatçılar müsəlmanları dəyərsizləşdirib. Hətta özləri bir-birilərinə dəyər vermirlər. Bir-birilərini öldürməyi də normal qarşılayırlar. İnanılmazdır. Keyfiyyətsiz, mədəniyyətsiz, cahil, mənfur bir insan qrupu formalaşdırıblar.
Gücün deyil, haqqın tərəfdarı olmaq lazımdır. Əks halda eqoistcəsinə davranmış olarsan. Müsəlman elə olmaz. Müsəlman daim haqqın, həqiqətin tərəfdarıdır.
Müsəlman şirkdən xilas olub Allahın gücünə inanmalıdır. Allah müsəlmanları heç vaxt şirklə qarşılaşdırmasın, inşaAllah.
Allah bütün müsəlmanlara dua etməyin ləzzətini daddırsın.
Mehdi gəlməyəcək deməklə hz. Mehdi (ə.s)-ın qarşısını almaq mümkün deyil.
Hal-hazırda Mehdi tələbələri dünyadakı nifrət siyasətini aradan qaldırmaq üçün var gücləri ilə cəhd edirlər.
Qatı dinçiləri müalicə etmək mümkündür. Qatı dinçilərə nifrət etməyə ehtiyac yoxdur. Qatı dinçilər birdən-birə formalaşmırlar. Qatı dinçi təhsilin nəticəsində meydana gəlir.
Müsəlmanları qatı dinçiliyin bataqlığına batırıb, sanki qırğın maşınına atdılar. Müsəlmanları dünyaya, öldürülməsi lazım olan varlıqlar kimi göstərirlər. İnsanları müsəlman öldürməyin caiz olduğuna inandırdılar.
Allah yaratdığı hadisələrlə insanlara Özünü düşündürür. Düşünmək çox əhəmiyyətlidir. Allah Quranda insanı düşünməyə təşviq edir.
Alimlərin, müəllimlərin böyük hissəsi zülmə qarşı susublar. Misirdə də alimlər, zərbə vuran generalı az qala göyə çıxaralar.
Ölkələr arasında silah rəqabəti deyil, sevgi-söhbət rəqabəti olmalıdır.
Dünya səviyyəsində silah istehsalını dayandırmaq asan ikən çətin göstərirlər. Silaha, bombaya veriləcək pul kasıblara, yetimlərə paylanmalıdır. Təyyarələr də bomba atmaq yerinə uşaqlara şokolad atmalıdır.
İllah ki, hər kəs çətinlikdən keçəcək. Axirətin ləzzəti ancaq o zaman aydın olar. Əsl sevgi çətinlik zamanı üzə çıxar. Əziyyət çəkməyən eşqi bilməz.
Qorxaq siyasətçilər həmişə itirərlər.
Kommunist düşüncədə fikirlərin bölünməsi adlı bir məsələ yoxdur. Liderə qeyd-şərtsiz itaət vardır. Onlardan ayrılanı yaşamağa qoymazlar. Necə ki, bunu, Fransada öldürülən PKK-lı qadının simasında da gördük.
Müsəlman güclünün tərəfdarı deyil, haqlının tərəfdarıdır. Bunun əksi eqoistlik olar.
Mehdiyyət xəttindən çıxılmadığı müddətdə nə millətə, nə də dövlətə zaval gəlməz.
Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman və hz. Mehdi (ə.s)-a işarə edən hədislərində, Mərmərə ilə razı olan izahatlar var.