Şəxsiyyət dəyişə bilən şeydir. Əsəbi insan imanla çox mehriban, anlayışlı insan halına gələr. Səmimiyyət və güclü xarakter imanla formalaşar.
İnsan zəif yaradılıb. İmansızlıq geniş yayıldığı üçün insanların çoxu özlərini arxayın hiss etmir və şiddətli stress içində yaşayırlar. Küçəyə çıxır sevgi yoxdur, evə gəlir sevgi yoxdur, etibarlı və səmimi insan tapa bilmir və şiddətli gərginlik yaşayırlar. Bu vəziyyət imanla həll edilər.
Qərb öz aləmində bölgədə mövhumatçılığa qarşı çıxan, qadın hüquqlarını müdafiə edən, müasir strukturun PKK olduğu qənaətindədir və buna görə də, PKK-nı dəstəkləyir. Bu qənaət doğru olmadığı halda, PKK Qərb üçün müsəlmanlara qarşı təsirli silahdır. Türkiyə qadın hüquqlarının, keyfiyyətin, incəsənətin mərkəzi olsa, insanların PKK-nı dəstəkləmək üçün əllərindəki bu bəhanə aradan qaldırılmış olar.
Dəccalın dini aradan qaldırılmadan Dəccalın fitnəsi bitməz. Dəccalın dini Darvinizmdir. Darvinizmin əsassızlığı elmlə izah edilməlidir.
İngiltərə dərin dövləti darvinizmi və mövhumatçı İslam anlayışından iki güclü silah kimi istifadə edir. Bu iki silahı da əllərindən elmlə almaq vacibdir.
PKK ilə aparılacaq ən təsirli mübarizə dinlərini, inanclarını aradan qaldırmaqdır. PKK-nın dini darvinizmdir.
Ən mühüm büt darvinizmdir. Kommunizm, faşizm, terror və zorakılıq darvinizm üzərində qurulub. Darvinizm bitdikdə bunlar da bitər.
İngiltərə dərin dövlətini kökündən dağıdacaq şey, beynini, yəni darvinizmi fikri olaraq aradan qaldırmaqdır. Darvinizm dağıdıldığı zaman bütün planları dağılar.
Darvinist təhsil dəstə-dəstə kommunistlərin yetişməsinə səbəb olur. Təhsil müəssisələrində təsadüf izah edilir. Kommunizmin fəlsəfi təməli gənclərə öyrədilir. Əhəmiyyətli olan bataqlığı qurutmaqdır, ağcaqanadlarla mübarizə aparmaq deyil. Darvinist təhsil terrorist kommunist yetişdirən bir bataqlıqdır.
Qadın incəliyi görə bilən ağıllı kişini bəyənər. Ağılla sevgi iç-içədir. Ağlı olmayanın ehtirası və sevgini yaşaması qeyri-mümkündür.
Qəzəbi gülünc və alçaldıcı hesab etmək lazımdır. İnsan qəzəblənərək özünü alçaltmamalıdır. Qəzəbi məğlub etmək şeytanı məğlub etməkdir. Qəzəblənməmək ibadətdir. Mömin təvəkküllə, səbirlə hərəkət edərək qəzəblənməz.
Sevgi gözəlliyin ruhudur. Allah sonsuz gözəldir. Təcəlliləri də sonsuz gözəldir. Müsəlman hər şeyi gözəlləşdirməklə məsuldur.
Dünyanın bir çox yerində ədalətdə çöküş özünü hiss etdirir. Ədalətin mükəmməlliyi mehdiyyət zamanında olacaq.
Dindarlığın müasir həyatla ziddiyyət təşkil etdiyini söyləyənlər insanları bilərəkdən və ya bilməyərəkdən dindən uzaqlaşdırırlar. Din hər yerdə yaşanar.
İnsanlara namazı çox çətin göstərdikləri üçün bir çox insan namaz qılmaqdan uzaq qalır. Namaz çox zövqlü və asan ibadətdir. Namazı və dəstəmazı çətinləşdirmək şeytanın insanlara oyunudur. Allah Quranda dəstəmazı bir ayədə izah edir, insanlar onun barəsində 300 səhifə kitab yazırlar.
Türkiyə ziyalı, keyfiyyətli, ultramüasir struktur yaratsa Qərbin PKK-ya dəstəyi tamamilə aradan qalxar.
Türkiyənin edəcəyi ən gözəl şey qadın azadlığına, incəsənətə, keyfiyyətə üstünlük verdiyini, demokratiyanı sonuna qədər müdafiə etdiyini göstərməsidir.
Uşaqlar dünyanın sevincidir. Uşaqların nemət olduğunu əksər insan görə bilmir, uşaq gördükdə sevgi göstərməyi belə düşünmürlər.
Dəccaliyyət görünmədən mehdiyyətin görünməsi mümkün olmur. Dəccaliyyətin mərhəmətsizliyi və sevgisizliyi hal-hazırda bütün dünyanı yandırır.
Qadın nifrəti müəyyən mənada ruhi xəstəlikdir və əxlaqsızlıqdır. Qadını haşa alçaldan üslubdan istifadə edənlər içlərindəki qaranlığı göstərirlər.
Heç bir insan maddənin əslini görməmişdir. Heç bir insan beynindən çölə çıxıb maddənin əsli ilə təmasda olmamışdır.