Dəccaliyyət görünmədən mehdiyyətin görünməsi mümkün olmur. Dəccaliyyətin mərhəmətsizliyi və sevgisizliyi hal-hazırda bütün dünyanı yandırır.
Qadın nifrəti müəyyən mənada ruhi xəstəlikdir və əxlaqsızlıqdır. Qadını haşa alçaldan üslubdan istifadə edənlər içlərindəki qaranlığı göstərirlər.
Heç bir insan maddənin əslini görməmişdir. Heç bir insan beynindən çölə çıxıb maddənin əsli ilə təmasda olmamışdır.
Tayyib hocamın İslam Birliyi sevdası var və bu yolda əzmkar və qətiyyətlidir.
Sevgisizlik sanki bir taun kimi dünyanı bürümüşdür. Dünyanı bu xəstəlikdən xilas edib sevgini dünyaya hakim edəcəyik inşaAllah.
Bir incəsənət xadiminin unudulması çox acınacaqlı haldır. İncəsənət xadiminin həyatda olarkən də, vəfatından sonra da həmişə ehtiramla anılması, dəyərinin bilinməsi vacibdir.
Əxlaq sisteminin quruluşunda, bir insanın bütün ictimai tərəflərində din var. Din mədəniyyəti dərsi olmasın deyənlər həyat öyrənilməsin demiş olurlar. Gənclər bütün dinləri, inancları, məzhəbləri, ideologiyaları mütləq öyrənməlidir. Belə olmadığı halda, cahil yetişmiş olurlar.
Gənclərin böyük əksəriyyətində Quran müsəlmanlığı ruhu var. Mövhumatçı, sevgisiz, səmimiyyətsiz zehniyyətə isə haqlı şəkildə əks reaksiya göstərirlər.
Darvinist təhsil, insanların ruhundan sevgi, mərhəmət və anlayışı aldı. Darvinist təhsilin insani duyğuları zəiflətməsi çox böyük fəlakətdir.
Atatürkün səmimi dindar olduğunu izah edən və həqiqi Atatürkü sevdirən mənim əsərlərimdir.
İslamı təbliğ etmək üçün, dini izah etmək üçün qarşılıq istənilməsi qorxunc vəziyyətdir. Din mənfəət gözləmədən izah edilər.
Türkiyənin İslam aləminə öncül olması üçün Quran müsəlmanlığı ilə hərəkət etməsi və mehdiyyəti isnad nöqtəsi kimi qəbul etməsi lazımdır.
Əvvəllər kürdlərə əksər insan hörmət göstərməzdi. Bu çox əxlaqsız münasibət idi. Kürdlərin alicənablığını, mərdliyini, mehribanlığını anlamırdılar. Kürd deyildikdə aşağı keyfiyyətli insan ağla gəlir. Sevgisiz, mərhəmətsiz olanlarda hələ də kürd nifrəti var, lakin bunlar bütün dünyaya qarşı nifrət doludurlar.
Din insanı çıxılmaz vəziyyətlərə sürükləməz. Allah səmimiyyəti əsas götürər. Din sadə və asandır.
Təhsil sistemində dəyişiklik olması lazımdır. Əzbərçi, imtahana əsaslanan təhsil sistemi deyil, filmlərlə, sərgilərlə əyləncəli təhsil olması vacibdir. Təhsilin əsas məqsədi insanların ümumi bilik qazanmasıdır və bu ümumi biliyi gündəlik həyatında istifadə edə bilməsidir. Sistem buna görə olmalıdır.
Tayyib hocamla Trampın görüşməsi inşaAllah xeyirlərlə nəticələnər. İkisi də qiymətli liderlərdir, Allah müvəffəqiyyətlər nəsib etsin.
Ölümdən qaçan, canını qurtarmağa çalışan insanları ölkəmizdə istəmirik demək, çox çirkin əxlaqdır. Biz suriyalıları sevirik.
İnsan öldüyü anda başqa aləmə keçər. Ölümlə birlikdə insanın görməyi kəskinləşər və dərhal başqa aləmə keçər.
Müsəlmanların bacı-qardaşlığını dayandıran, dostluğu, hamilik sistemini aradan qaldıran bir anlayışa müsəlmanların boyun əyməməsi lazımdır.
Sevgi Allahdan nurdur. Kainatın və imtahanın yaradılmasının məqsədi sevgidir. Dəccaliyyət isə “sevgini yox edəcəyəm” deyə ortaya çıxdı.
Qurana əsaslanan həqiqi İslam yaşanmış olsa İslam əxlaqı dünyaya sürətlə yayılar və hakim olar. Mövhumatçı İslam anlayışına qarşı, həqiqi İslamı izah etsək islamofobiya aradan qalxar və dünya zövqlə İslama yönələr.