Dindarlığın müasir həyatla ziddiyyət təşkil etdiyini söyləyənlər insanları bilərəkdən və ya bilməyərəkdən dindən uzaqlaşdırırlar. Din hər yerdə yaşanar.
İnsanlara namazı çox çətin göstərdikləri üçün bir çox insan namaz qılmaqdan uzaq qalır. Namaz çox zövqlü və asan ibadətdir. Namazı və dəstəmazı çətinləşdirmək şeytanın insanlara oyunudur. Allah Quranda dəstəmazı bir ayədə izah edir, insanlar onun barəsində 300 səhifə kitab yazırlar.
Türkiyə ziyalı, keyfiyyətli, ultramüasir struktur yaratsa Qərbin PKK-ya dəstəyi tamamilə aradan qalxar.
Türkiyənin edəcəyi ən gözəl şey qadın azadlığına, incəsənətə, keyfiyyətə üstünlük verdiyini, demokratiyanı sonuna qədər müdafiə etdiyini göstərməsidir.
Uşaqlar dünyanın sevincidir. Uşaqların nemət olduğunu əksər insan görə bilmir, uşaq gördükdə sevgi göstərməyi belə düşünmürlər.
Dəccaliyyət görünmədən mehdiyyətin görünməsi mümkün olmur. Dəccaliyyətin mərhəmətsizliyi və sevgisizliyi hal-hazırda bütün dünyanı yandırır.
Qadın nifrəti müəyyən mənada ruhi xəstəlikdir və əxlaqsızlıqdır. Qadını haşa alçaldan üslubdan istifadə edənlər içlərindəki qaranlığı göstərirlər.
Heç bir insan maddənin əslini görməmişdir. Heç bir insan beynindən çölə çıxıb maddənin əsli ilə təmasda olmamışdır.
Tayyib hocamın İslam Birliyi sevdası var və bu yolda əzmkar və qətiyyətlidir.
Sevgisizlik sanki bir taun kimi dünyanı bürümüşdür. Dünyanı bu xəstəlikdən xilas edib sevgini dünyaya hakim edəcəyik inşaAllah.
Bir incəsənət xadiminin unudulması çox acınacaqlı haldır. İncəsənət xadiminin həyatda olarkən də, vəfatından sonra da həmişə ehtiramla anılması, dəyərinin bilinməsi vacibdir.
Əxlaq sisteminin quruluşunda, bir insanın bütün ictimai tərəflərində din var. Din mədəniyyəti dərsi olmasın deyənlər həyat öyrənilməsin demiş olurlar. Gənclər bütün dinləri, inancları, məzhəbləri, ideologiyaları mütləq öyrənməlidir. Belə olmadığı halda, cahil yetişmiş olurlar.
Gənclərin böyük əksəriyyətində Quran müsəlmanlığı ruhu var. Mövhumatçı, sevgisiz, səmimiyyətsiz zehniyyətə isə haqlı şəkildə əks reaksiya göstərirlər.
Darvinist təhsil, insanların ruhundan sevgi, mərhəmət və anlayışı aldı. Darvinist təhsilin insani duyğuları zəiflətməsi çox böyük fəlakətdir.
Atatürkün səmimi dindar olduğunu izah edən və həqiqi Atatürkü sevdirən mənim əsərlərimdir.
İslamı təbliğ etmək üçün, dini izah etmək üçün qarşılıq istənilməsi qorxunc vəziyyətdir. Din mənfəət gözləmədən izah edilər.
Türkiyənin İslam aləminə öncül olması üçün Quran müsəlmanlığı ilə hərəkət etməsi və mehdiyyəti isnad nöqtəsi kimi qəbul etməsi lazımdır.
Əvvəllər kürdlərə əksər insan hörmət göstərməzdi. Bu çox əxlaqsız münasibət idi. Kürdlərin alicənablığını, mərdliyini, mehribanlığını anlamırdılar. Kürd deyildikdə aşağı keyfiyyətli insan ağla gəlir. Sevgisiz, mərhəmətsiz olanlarda hələ də kürd nifrəti var, lakin bunlar bütün dünyaya qarşı nifrət doludurlar.
Din insanı çıxılmaz vəziyyətlərə sürükləməz. Allah səmimiyyəti əsas götürər. Din sadə və asandır.
Təhsil sistemində dəyişiklik olması lazımdır. Əzbərçi, imtahana əsaslanan təhsil sistemi deyil, filmlərlə, sərgilərlə əyləncəli təhsil olması vacibdir. Təhsilin əsas məqsədi insanların ümumi bilik qazanmasıdır və bu ümumi biliyi gündəlik həyatında istifadə edə bilməsidir. Sistem buna görə olmalıdır.
Tayyib hocamla Trampın görüşməsi inşaAllah xeyirlərlə nəticələnər. İkisi də qiymətli liderlərdir, Allah müvəffəqiyyətlər nəsib etsin.