Münafiq möminləri kədərləndirməyə çalışarkən möminlər daha sağlam, daha bərəkətli, daha zəngin olarlar. Münafiqlər çökər, möminlər həmişə güclənər.
Mömin digər möminin xoşbəxtliyindən xoşbəxt olar. Münafiq möminin sevincindən iztirab çəkər və həmişə ədalətsizlik olduğunu iddia edər.
Münafiqin məqsədi müsəlmanların tezliklə dağılmasıdır. Çünki özü gedə bilmədiyi üçün, müsəlmanlar dağıldığı zaman gedə biləcəyinə inanır.
Münafiq Allaha qarşı qəzəblidir. Peyğəmbər (s.ə.v)-ə qarşı qəzəblidir. Peyğəmbər (s.ə.v)-i qısqanar, həsəd aparar. Allahın ona verdiyi nemətləri, imkanları onun əlindən almağa çalışar öz aləmində. Hüzurunu pozmağa çalışar, onu narahat etməyə çalışar. Öz aləmində qorxutmağa çalışar. Xəbər kanallarını bağlamağa çalışar. Tənqid etməsinə mane olmağa çalışar. Sevdikləriylə əlaqə yaratmasına mane olmağa çalışar. Hüzurlu yaşamasına mane olmağa çalışar.
Hər münafiq çox ağıllı, çox dürüst, çox yaxşı insan olduğu qənaətindədir, bu çox mənalıdır. Eləcə də, özünü yaxşılığın simvolu kimi görər. Halbuki həmişə alçaqlıq, əxlaqsızlıq edər.
Peyğəmbər (s.ə.v) İslamın mənfəətini, qurtuluşunu, xeyrini düşündüyü halda; münafiqlər, Peyğəmbər (s.ə.v)-i həmişə onlara haqsızlıq edən mövqeyində göstərən alçaqlardır.
Münafiq şirk düşüncəsində olduğu üçün, müstəqil varlıq olduğunu düşünərək, Allahın onun etdiyi şeytani əməlləri görmədiyini düşünər.
Münafiqlər etdikləri o qədər əxlaqsızlığa baxmayaraq, özlərini dürüst, təmiz qəlbli, yaxşılığın simvolu kimi görərlər.
Münafiqdə dava eşqi deyə bir məsələ yoxdur. O gələcəyini, dünyasını, rahatlığını düşünər. Peyğəmbər (s.ə.v) İslamın yayılmasını, İslamın hakim olmasını, müsəlmanların rahat olmasını, təhlükəsizlik içində olmasını, zəngin olmasını düşündüyü halda, münafiq öz pis, eqoist, iyrənc mənfəətlərini düşünər.
Münafiq çox şeytanidir. Özünü ucaltmağı və üstün göstərməyi qarşısına məqsəd qoyarkən, Peyğəmbər (s.ə.v)-i də xəcalətli etməyi qarşısına məqsəd qoyar.
Münafiqin öz dar dünyasında mənfəətpərəst qaranlıq bir fəlsəfəsi var.
Münafiqlər ən başda Rəsulullah (s.ə.v)-dən şüphələnirdilər. Hər an əleyhlərində bir şey edəcək deyə Ondan qorxurdular. Heç bir hökmünə etibar edə bilmirdilər. Peyğəmbər (s.ə.v)-in hər hökmünə şübhə ilə baxırlar. Şübhəci olar münafiq.
Münafiqlərin bütün həyatları cəhənnəmdir. Hər şeydən qorxar, hər şeydən şübhələnərlər. Cüzi tərpəniş münafiq üçün çox təhlükəli şeydir.
Münafiqlər qəbilə halında kollektiv yaşayarlar. Hamısı bir-birini bütləşdirib. O qəbilələrini də bütləşdirər. O bütün heyrətamiz gücə sahib olduğuna inanarlar. O bütdən də ayrıla bilməzlər münafiqlər. Yəni normal bir ictimai həyata girə bilməz münafiq.
Münafiq, insanların əksəriyyətinə tabe olar. İnsanların əksəriyyətini ilah kimi görər. Dövlət onun üçün bütdür, öz dövləti deyil, ən böyük olan dövlət. Ən güclü olan kimsə, ən böyük büt kimi onu görər və ona bağlanar. Məsələn, hazırda İngiltərə dərin dövləti; ona bağlıdır.
Münafiq müşrikin ən inkişaf etmiş, ən şiddətli olanıdır. Kafirin ən azğın olanıdır münafiq. Klassik müşrikdən, bilinən müşrikdən qat-qat irəlidir münafiqin müşrikliyi. Çünki münafiq hər şeyi özünün etdiyini və hər şeyi başqalarının etdiyini düşünər. Əşyanın gücünə inanar, insanların gücünə inanar, hadisələrin gücünə inanar, cəmiyyətin gücünə inanar. Cəmiyyət onun üçün ilah kimidir.
Mən etdim demək Allaha böhtan atmaqdır. Allah ayədə; "atdığın vaxt sən atmadın, Mən atdım" deyir. Ona elə göstərilir. Mömin şirkdən şiddətlə qaçmalıdır, ömrü boyu ən diqqətli olacağı mövzuların başında şirk gəlir.
Sıxılmaq da, kədərlənmək də şirkdən meydana gələn narahatlıqlardır.
“Mən səbir etdim” deyir, sən səbir etmədin Allah sənə səbir etdirdi. “Mən çox səbirliyəm” deyir. Allah sənə bu səbri verir.
Səbir şirkə qarşı dərmandır.
Hər hadisəni Allah etdiyinə görə “Dost”un etdiyi hər şeydə xeyir var. “Dost”un etdiyi heç nədən ötrü kədərlənmək olmaz.