Səbir şirkə qarşı dərmandır.
Hər hadisəni Allah etdiyinə görə “Dost”un etdiyi hər şeydə xeyir var. “Dost”un etdiyi heç nədən ötrü kədərlənmək olmaz.
Allahın etdiyinə inanırsansa, bəs niyə kədərlənirsən? Allahın etmədiyinə inanırsansa onsuz da məhv olmusan deməkdir, Allah qorusun qarşılığı cəhənnəmdir.
Allah "kədərlənmə" deyir. Tövsiyə zənn edirlər, fərz hökmdür bu. "Qorxma" fərz hökmdür, möhkəm hökmdür. Açıq əmrdir; "qorxma". Buna görə də müsəlman; kədərlənmək, üzülmək, bunlardan qaçmalıdır. Haramdır bunlar, təvəkküllü müsəlmanın edəcəyi şey deyil.
Təvəkkül etməmək nədir? Şirkdir. Acı niyə olur? Şirk qoşduğu üçün Allah tərəfindən ona cəza. Nağd cəza.
Allaha təvəkkül edilmədiyi zaman, qorxu və kədər, şirkin cəzası olaraq insana verilər.
Gizli şirkdən xüsusilə çox uzaq olmaq lazımdır. "Din Allahın olana qədər" demək budur, yəni şirkdən təmizlənmiş olaraq, saf, xalis olaraq Allaha təslim olmaqdır.
PKK-nın təməl inancı olan darvinizm elmi cəhətdən yox edildiyi zaman, PKK bitər, nəfəsi tükənər.
Münafiq qəzəbləndiyi, həyəcanlandığı zaman küfrə daha yaxın olar. Ağzından küfr əlamətləri çıxmağa başlayar. Daha da üstünə gedilsə bilavasitə Allahı inkar edər.
Küfrün çirkinliklərini öyrəndikdən sonra təkrar küfrə qayıtdıqları üçün, münafiqlərin vəziyyəti iman gətirməyənlərdən daha pisdir.
Allah Peyğəmbər (s.ə.v)-ə nə deyir? "Bu zaman boş qaldığın vaxt, dayanmadan (dua və ibadətlə) yorulmağa davam et". (İnşirah surəsi, 7). Necə yorulmaq? Allah üçün yorulmaq. Məsələn, ayə yaz, Qurandan danış, İslamı təbliğ et. "Boş dayanma" deyir. Lakin münafiqin xüsusiyyəti boş dayanmasıdır.
Allah Peyğəmbərimiz (s.ə.v)-ə həmişə İslamı təbliğ etməyi, ayələri oxumağı, faydalı olmağı əmr etmişdir. Münafiqlərin xüsusiyyəti isə boş dayanmalarıdır.
Münafiq dəhşətli dərəcədə ədabazdır. Firon da ədabaz idi, Nəmrud da ədabaz idi. Tarixin ən başından bəri bütün fironlar, nəmrudlar, dəccallar, münafiqlər həmişə ədabaz olurlar. Hamısı həyasız olur. Hamısı qürurlu və təkəbbürlü olur. Heç bir sözün altında qalmaq istəməzlər.
Mömin münafiqlər mövzusunda olduqca rahat olmalıdır. Əks təqdirdə haram olar, çünki şirk olar. Yəni, ciddiyə aldığı zaman, onlardan həqiqətən qorxub narahat olduğu zaman bu şirk olar. Çünki bütün güc Allaha məxsusdur.
Münafiq özünü çox sərbəst zənn edər. Halbuki sərbəst güc deyil, etdiyi bütün əməllər, danışdığı, gecə qurduğu tələlər, üzünü turşutması, etdiyi əxlaqsızlıq, sifətinə verdiyi pis ifadə, Peyğəmbər (s.ə.v)-ə yaxınlaşmaq istəməməsi, etdiyi hər alçaqlıq Allah tərəfindən onsuz da əzəldən bilinir, ən incə nöqtəsinə qədər.
Bir an içərisində, yəni sonsuz qısa zaman olan an içərisində münafiqin etdiyi əməl bitmişdir. Dolayısilə Allah yaratdığına görə sən zəmanət altındasan. Allah sənin nədən zərər çəkəcəyini bilməzmi? Nəyin sənə faydalı olacağını bilməzmi? Bilir Allah. Buna görə yaradar.
Müsəlmanların səhvi bu olur, şeytanın müstəqil güc olduğuna inanırlar. Bu onsuz da şirk olur. Münafiqin müstəqil güc olduğuna inanır, bu da şirk olmuş olur. Çünki münafiqin etdiyi hər əməl taleyində bəllidir. Allah tərəfindən yaradılar.
Münafiqləri müstəqil, qarşı çıxılmaz güc kimi göstərmək haramdır, bu şirk olar. Münafiqdən narahat olmaq, onun gücünün fövqəladə olduğuna inanmaq. Çünki gücü yoxdur. Bir insan şeytanı, insi şeytandır bu qədər. Hər yer şeytan doludur. Müsəlmanın ondan narahat olması, qorxması, etidalını itirməsi olmaz. Allah; "onların bütün əməllərini Mən əhatə edirəm" deyir.
Münafiqlər fitnə və qarışıqlıq olduğu zaman, İslama zərər gələcəyini bildiyi üçün şeytani ruhla bunu istəyər. Müsəlmanlar bölünsün, vuruşsun, qarışıqlıq yaşasın, beləliklə də, müsəlmanların xidmət etməsinə maneə törədilsin. O əxlaqsız münafiqin dünyasındakı qaranlıq yolun qapısı açılsın. Allah; "buna icazə vermərəm" deyir.
Allah möminlərə; "çox əziyyət verici sözlər eşidəcəksiniz" deyir. Kimlərdən? Münafiqlərdən, kafirun və kafiratdan (kafir kişilər və kafir qadınlardan). Çünki onların ruhları cəhənnəm kimidir. Qəzəbli, azğın, paxıl, qısqanc, kinli, kinayəçi, söz ilişdirən, davakar, gərginlik axtaran, fitnə axtaran, qarışıqlıq axtaran əxlaqsız xarakterdədir.
Münafiq pis sözlərlə, narahatedici sözlərlə, özünün o xəstə ruhunun üslubuyla müsəlmanları narahat etməyə çalışar.