Məni sevən eyni zamanda İmam Rəbbanini, Əbdülqadir Gilanini, Bədiüzzamanı, Şeyx-ül Şah Şeyx Nazim Kibrısı Həzrətlərini sevməlidir. Həm də canından çox sevməlidir. Hamısına sevgi göstərəcək. Nə gözəl, bolluq, bərəkət, nur alırsan, ürəyin bəslənir.
Mehdilik İslam aləminin şəxsi-mənəvisinin məsləyə istinadıdır. Mehdiliyin özündən əmin olan güclü iman hərəkəti vardır.
Hal-hazırda Mehdiyyət bütün dünyaya sakit şəkildə istiqamət verir, hər yerdə qabaqcıldır, yol göstərir.
Allah Duha surəsinin 8-ci ayəsində peyğəmbərimiz (s.ə.v)-ə belə buyurur: " Kasıb olduğun zaman səni varlandırmadımı? ". Peyğəmbərimiz (s.ə.v)-in zəngin olduğunu bildirir. Fanatiklər, haşa, "Yox, zəngin deyildi" deyirlər. Bu iddia Qurana uyğun deyil. Peyğəmbərimiz (s.ə.v) o dövrün ən zəngini idi.
Uydurma hədislər peyğəmbərimiz (s.ə.v)-ə böhtandır.
Fanatiklərin izah etdiyi xurafatlar İslam dini deyil, şirk dinidir.
İman çox asandır, insan Allahın varlığını dərhal anlayar və rahat şəkildə iman edər. Amma bəzi insanlar bir-birlərindən mənfi təsirlənirlər.
İnsan dünyanın qeyri-adiliyini tam mənası ilə görsə çox həyəcanlanar. Lakin cəmiyyətin yaratdığı təlqin mühiti insanların diqqətini dağıdır. Allahın varlığı 100%-dir, ikinci bir ehtimal yoxdur.
Müsəlman Quranla, yəhudi Tövratla birlikdə yaradılar. Dünyada dinin çatmadığı bir insan yoxdur. Bu, təsadüflərin nəticəsi olmaz, qədərdə bir tam olaraq yaradılar. Kainatın hamısı metafizikadır.
Darvinizm bütün dünyada bəladır. Heç bir dövlət “Darvinizm səhvdir” deməyə cəsarət göstərə bilmir. Lakin bizim dövlətimiz cəsarət göstərməlidir. Dövlətin elmlə, mədəniyyətlə Darvinizmi əzməsi lazımdır. Çünki terrorun, anarxiyanın səbəbi budur.
Hz. Mehdi (ə.s) qanadlarını endirərkən onun o şəfqət, qoruyucu qanadları bütün dünyanı qucaqlayacaq.
Hz. Mehdi (ə.s)-a qədər gəlib keçən bütün mücəddidlər ərəbcə bilirdi. Təkcə Mehdi (ə.s) ərəbcə bilməyəcək, amma Quranı bütün dünyaya hakim edəcək, inşaAllah.
İslam Birliyi üçün olan hər iş mübarəkdir.
Elm Darvinizmi yerlə-yeksan etmişdir, bunu gizlətməyə ehtiyac yoxdur. Dərs kitablarında hər yerdə izah edilməlidir.
Arakan üçün Taylanddan mədət ummaqdansa, bir neçə İslam ölkəsi birləşsə problem həll olar.
Tanınan ad nədirsə o da qalır, bu vətənin adı Türkiyədir. Sərhədlərimiz içində yaşayan hər kəsə də türk deyirik. Bu mövzunu uzatmaq lazım deyil.
İbadətdə qarşıya fiziki fayda deyil, savab məqsəd qoyular.
Quran bizdən azadlıq, demokratiya və insanpərvərlik istəyir.
Allah kainatı ritmlə yaratmışdır. Cənnətdə ağaclar belə rəqs edər. Musiqinin, ritmin, rəqsin haram olduğunu söyləmək düzgün deyil.
Baş nazirimizi həm feli dua ilə, həm də sözlü dua ilə dəstəkləyək, gücləndirək. Bu, xarici güclərə qarşı da təsirli olar. Baş nazirin tək olmadığını, arxasında 70 milyon imanlı insan dəstəyinin olduğunu bilməklərində fayda var.
Öcalan tövbə edib özünü Allaha təslim etsin, Quran oxusun, namazlarını qılsın, axirətə hazırlıq etsin və İslam Birliyini istəsin. Edə biləcəyi ən yaxşı şey bunlardır.