Müsəlman Quranla, yəhudi Tövratla birlikdə yaradılar. Dünyada dinin çatmadığı bir insan yoxdur. Bu, təsadüflərin nəticəsi olmaz, qədərdə bir tam olaraq yaradılar. Kainatın hamısı metafizikadır.
Darvinizm bütün dünyada bəladır. Heç bir dövlət “Darvinizm səhvdir” deməyə cəsarət göstərə bilmir. Lakin bizim dövlətimiz cəsarət göstərməlidir. Dövlətin elmlə, mədəniyyətlə Darvinizmi əzməsi lazımdır. Çünki terrorun, anarxiyanın səbəbi budur.
Hz. Mehdi (ə.s) qanadlarını endirərkən onun o şəfqət, qoruyucu qanadları bütün dünyanı qucaqlayacaq.
Hz. Mehdi (ə.s)-a qədər gəlib keçən bütün mücəddidlər ərəbcə bilirdi. Təkcə Mehdi (ə.s) ərəbcə bilməyəcək, amma Quranı bütün dünyaya hakim edəcək, inşaAllah.
İslam Birliyi üçün olan hər iş mübarəkdir.
Elm Darvinizmi yerlə-yeksan etmişdir, bunu gizlətməyə ehtiyac yoxdur. Dərs kitablarında hər yerdə izah edilməlidir.
Arakan üçün Taylanddan mədət ummaqdansa, bir neçə İslam ölkəsi birləşsə problem həll olar.
Tanınan ad nədirsə o da qalır, bu vətənin adı Türkiyədir. Sərhədlərimiz içində yaşayan hər kəsə də türk deyirik. Bu mövzunu uzatmaq lazım deyil.
İbadətdə qarşıya fiziki fayda deyil, savab məqsəd qoyular.
Quran bizdən azadlıq, demokratiya və insanpərvərlik istəyir.
Allah kainatı ritmlə yaratmışdır. Cənnətdə ağaclar belə rəqs edər. Musiqinin, ritmin, rəqsin haram olduğunu söyləmək düzgün deyil.
Baş nazirimizi həm feli dua ilə, həm də sözlü dua ilə dəstəkləyək, gücləndirək. Bu, xarici güclərə qarşı da təsirli olar. Baş nazirin tək olmadığını, arxasında 70 milyon imanlı insan dəstəyinin olduğunu bilməklərində fayda var.
Öcalan tövbə edib özünü Allaha təslim etsin, Quran oxusun, namazlarını qılsın, axirətə hazırlıq etsin və İslam Birliyini istəsin. Edə biləcəyi ən yaxşı şey bunlardır.
Allah İslam Birliyini insanlara sevdirərək qəbul etdirəcək. İnsanlar yaşadıqları hadisələrlə İslam Birliyinin lazım olduğunu görəcək və özləri istəyəcəklər, inşaAllah.
Allah, yaratdığı böyük hadisələrlə Özünü dayanmadan xatırladır.
Quranda eyhamla hökm yoxdur. Allah hökmlərini açıq, dəqiq bildirər.
Nur surəsində başın deyil, sinənin örtülməsi əmr edilir. Quranda başı örtməklə əlaqədar bir hökm yoxdur. Ancaq Əhzab surəsində bildirilən təhlükəli yerlərdə çarşab geyinilməsi ilə bağlı ayə çadranı da ora daxil edən hökmdür. Çünki çarşab bir xanımı başdan ayağa kimi örtən bir geyimdir.
Xristianlara və yəhudilərə şəfqət göstərmək qardaşlarımızın daimi xüsusiyyəti olmalıdır, inşaAllah.
Ölkəmizdə demokratiyaya istiqamətlənən işlər çörəkdən, sudan daha təcilidir.
Dünyaya könül vermək dəlilikdir. Dünyaya könül verilməməsi üçün Allah xəstəliklər, acizliklər, əksikliklər yaradar.
Cənnətdə musiqinin lap yaxşısı vardır. Cənnətin musiqisi, mahnıları insanı məst edər.