Allah kainatı ritmlə yaratmışdır. Cənnətdə ağaclar belə rəqs edər. Musiqinin, ritmin, rəqsin haram olduğunu söyləmək düzgün deyil.
Baş nazirimizi həm feli dua ilə, həm də sözlü dua ilə dəstəkləyək, gücləndirək. Bu, xarici güclərə qarşı da təsirli olar. Baş nazirin tək olmadığını, arxasında 70 milyon imanlı insan dəstəyinin olduğunu bilməklərində fayda var.
Öcalan tövbə edib özünü Allaha təslim etsin, Quran oxusun, namazlarını qılsın, axirətə hazırlıq etsin və İslam Birliyini istəsin. Edə biləcəyi ən yaxşı şey bunlardır.
Allah İslam Birliyini insanlara sevdirərək qəbul etdirəcək. İnsanlar yaşadıqları hadisələrlə İslam Birliyinin lazım olduğunu görəcək və özləri istəyəcəklər, inşaAllah.
Allah, yaratdığı böyük hadisələrlə Özünü dayanmadan xatırladır.
Quranda eyhamla hökm yoxdur. Allah hökmlərini açıq, dəqiq bildirər.
Nur surəsində başın deyil, sinənin örtülməsi əmr edilir. Quranda başı örtməklə əlaqədar bir hökm yoxdur. Ancaq Əhzab surəsində bildirilən təhlükəli yerlərdə çarşab geyinilməsi ilə bağlı ayə çadranı da ora daxil edən hökmdür. Çünki çarşab bir xanımı başdan ayağa kimi örtən bir geyimdir.
Xristianlara və yəhudilərə şəfqət göstərmək qardaşlarımızın daimi xüsusiyyəti olmalıdır, inşaAllah.
Ölkəmizdə demokratiyaya istiqamətlənən işlər çörəkdən, sudan daha təcilidir.
Dünyaya könül vermək dəlilikdir. Dünyaya könül verilməməsi üçün Allah xəstəliklər, acizliklər, əksikliklər yaradar.
Cənnətdə musiqinin lap yaxşısı vardır. Cənnətin musiqisi, mahnıları insanı məst edər.
Bədiüzzaman "Dəccalın təxribatını hz. Mehdi (ə.s) aradan qaldıracaq" deyir.
Bədiüzzamanın ayədən və hədisdən çıxardığı hesablamalara görə qiyamət 2120-ci ildə, dünya ilə böyük bir meteoritin toqquşması ilə başlayacaq. Qiyamətdən əvvəl iman əhlinin ruhları yerdən götürüləcək.
Hz. Mehdi (ə.s)-da olan peyğəmbərlik möhürü hz. İbrahim (ə.s)-da da, peyğəmbərimiz (s.ə.v)-də də vardı. Çünki hz. İbrahim (ə.s) və hz. Mehdi (ə.s) eyni genetik koddan gəlir. Buna görə peyğəmbərlik möhürü də hz. İbrahim (ə.s)-dan peyğəmbərimiz (s.ə.v)-ə, peyğəmbərimiz (s.ə.v)-dən hz. Mehdi (ə.s)-a qədər genetik olaraq davam etmişdir, maşAllah.
Quranda verilməyən hökmü əmr etmək zülmdür.
Fanatik düçüncəyə görə bütün dünyada İslamofobiya meydana gəldi.
Allah fanatik düçüncəyə icazə verməz.
Məscid çox gözəl bir yerdir, məscid hüzur, dinclikdir, bərəkətdir. Hər yerə, hər diyara məscid lazımdır. Hətta hər evin də bir məscidi olmalıdır. Gözəl, xoş bir hissəni məscid üçün ayırmaq lazımdır.
Müsəlman Allahdan uzun ömür istəyər ki, daha çox savab qazansın, İslama daha çox xidmət etsin.
Dəccal mikrobla bağlı xəstəlikdən öləcək. Yəni İsa Məsih (ə.s) şəxsən onu öldürməyəcək. İsa Məsih (ə.s) onu fikirlə öldürür.
Mehdi (ə.s), İsa Məsih (ə.s), dəccal pərdəlidir. Çıxarkən hər kəsin təsdiq edəcəyi kimi olmaz. Araşdırılanda tapılar.