Gənclər küçədə azad olacaq. Mən bunları görərkən fərəh hissi duyaram. Hədsiz dərəcədə şən, rahat olsunlar. Ətraf bununla gözəl olur. Gözəl gənc qızlar, yaraşıqlı cavanlar şən və rahat olacaqlar.
Bütün gənclərə, bütün millətimizə, hər kəsə Risalə-i Nuru tövsiyə edirəm. Risalə-i Nurdan bir parça istifadə edənin xasiyyətində, xarakterində bir dəyişiklik olar.
İnsanlara öz əxlaq anlayışımızı zorla qəbul etdirə bilmərik, kiminsə inancına qarışa bilmərik.
Siz uyğun olanı deyin, biz dərhal həyata keçməsinə vəsilə olarıq, inşaAllah.
Biz hadisələri seyr etmərik, çox diqqətlə maraqlanarıq, inşaAllah.
Gənclər istəklərini səmimi olaraq ifadə etsinlər, millətimiz, hökumətimiz uyğun olanı qəbul edər. Məsələn, azad olmadığınızı düşündüyünüz cəhətlər hansılardır? Hansı məsələlərə qarışılmasını istəmirsiniz? AKM-in yerinə yeni və müasir AKM niyə istəmirsiniz? Hamısını dəqiq açıqlayın.
Qışqıranların nə istədiyi bəlli deyil. Çox dəqiq və açıq bir şəkildə nə istədiklərini səbəbləri ilə izah etmələri lazımdır.
Bəzi kommunistlər Türkiyənin kasıb qalmasını istəyə bilərlər. Çünki zəngin ölkədə kommunizm inkişaf edə bilməz.
Bəziləri bir ölkəyə kommunizm gəlsə nələr yaşanacağını təsəvvür edə bilmir. Kommunizm gəlsə dövlətin dəmir pəncəsi insanların üstündə olacaq. Küçələr, həbsxanalar, hər yer cəhənnəmə çevrilər.
Cənub-şərqi Anadolunu bölmək üçün tələsənlər var, buna heç vaxt icazə vermərik. Sağın bir qismi də cənub-şərqi verməyə həvəslidir.
Tayyib bəyin uyğun olanın əksini müdafiə etməsi mümkün deyil.
Gənclərin nə istədiklərini çox açıq və dəqiq bildirmələri lazımdır. Qışqırıb çığırmaqla bir nəticə əldə edə bilməzlər.
Kommunizm və vəhşi kapitalizmdən sonra üçünçü bir yol vardır ki, bu da mehdiyyətdir. Mehdiyyətin yoluna girsən dünya cənnətini yaşayarsan.
Mehdiyyət dövründə tanklar, toplar, inşaAllah, muzeydə olacaq.
Keyfiyyətli gənclik çox əhəmiyyətlidir, özünəqapanan, darıxdırıcı bir gənclik istəmirik. Tayyib bəydən də canlı, şən, keyfiyyətli bir gəncliyi hədəfə almasını istəyirik.
Qatı dinçi fikirli və soyuq cəmiyyət yox, müasir və həyat eşqi ilə dolu bir cəmiyyət gözəldir.
Gənclər müasirlik, şirinlik istəyirlər. Bir soyuqluq, quruluq var. Gənclər bunu istəmir. Pessimist olmaq gözəl deyil. Müsəlman həyat eşqi ilə dolu, şən olmalıdır.
Taksimi dünyanın ən böyük meydanına çevirsinlər. Ətrafını da ucsuz-bucaqsız bağlıq-bağçalıq eləsinlər. Meyvə bağları, üzüm bağları, balaca zooparkların yaradılması çox gözəl olar.
Taksimdə göl böyüklüyündə bir hovuz yaratsınlar. İtalyan sənətkarları dəvət edərək hovuzun kənarında çox gözəl heykəllər düzəltdirsinlər.
Mehdiyyət sabit quruluşda yox, hərəkət daxilində inkişaf edər.
Quran hökmlərində Allahın sevgisi və mərhəməti açıq şəkildə görünür.