Mehdiyyət dövründə tanklar, toplar, inşaAllah, muzeydə olacaq.
Keyfiyyətli gənclik çox əhəmiyyətlidir, özünəqapanan, darıxdırıcı bir gənclik istəmirik. Tayyib bəydən də canlı, şən, keyfiyyətli bir gəncliyi hədəfə almasını istəyirik.
Qatı dinçi fikirli və soyuq cəmiyyət yox, müasir və həyat eşqi ilə dolu bir cəmiyyət gözəldir.
Gənclər müasirlik, şirinlik istəyirlər. Bir soyuqluq, quruluq var. Gənclər bunu istəmir. Pessimist olmaq gözəl deyil. Müsəlman həyat eşqi ilə dolu, şən olmalıdır.
Taksimi dünyanın ən böyük meydanına çevirsinlər. Ətrafını da ucsuz-bucaqsız bağlıq-bağçalıq eləsinlər. Meyvə bağları, üzüm bağları, balaca zooparkların yaradılması çox gözəl olar.
Taksimdə göl böyüklüyündə bir hovuz yaratsınlar. İtalyan sənətkarları dəvət edərək hovuzun kənarında çox gözəl heykəllər düzəltdirsinlər.
Mehdiyyət sabit quruluşda yox, hərəkət daxilində inkişaf edər.
Quran hökmlərində Allahın sevgisi və mərhəməti açıq şəkildə görünür.
Gənclər dinin özünü yaşayırlar. Çünki din sevgi, mərhəmət, yaxşılıq, gözəllik, gözəl əxlaqdır.
Allah bizim xoşbəxt olmağımızı, gülməyimizi istəyər.
Tayyib bəy Allahdan qorxan, məntiqli və məzlum bir insandır. Millətin baş nazirimizə sevgi göstərməsi vəfa borcudur.
Tayyib bəy yüksək səviyyəli müasir olub bütün Avropanı özünə heyran qoysun.
Yer, göy cəhənnəmə çevrilsə mən yenə haqqı izah etməyə davam edərəm, inşaAllah.
Bizim bürokratlarımızın müasirlikdə, zarafatcıl olmaqda Avropanı keçməsi lazımdır.
Mehriban, şirin bir üslub Tayyib bəyə çox yaraşar.
Dünya keçicidir, zənginlərimiz xalqa qarşı çox şəfqətli olsunlar. Xüsusilə, məşhur zənginlərin xalqa bağlı olmaları gözəl olar.
Ətrafları geniş gənclər şəkər, baldır. Yaşıla diqqət etmələri gözəldir, afərin. Onlar bizim canımızın içidir.
Keyfiyyəti ön plana salmaq lazımdır. Keyfiyyətdə inkişaf vacibdir. Biz Avropa ölkəsiyik. Hər hansı bir üçüncü dünya ölkəsi deyilik. Bizdə keyfiyyət vacib bir mövzudur. Ətrafın həssaslığı çox əhəmiyyətli bir mövzudur.
Fransanı, Parisin küçələrini keçək. Çox asandır. İstanbul dünyanın ən gözəl şəhəri olsun. Yəni öz təbii gözəlliyimiz mükəmməldir. Həmçinin çox keyfiyyətli mühit yaratsaq daha gözəl olar.
İdeologiyaya qarşı fikirlə mübarizə apararlar, bomba ilə deyil. Dövlətə qarşı qoçuluq etmək ağır cinayətdir.
Ultra müasir dindarlıq sevginin ən yüksək dərəcədə yaşanmasıdır. Peyğəmbərimiz (s.ə.v) ultra müasir və yaraşıqlı idi.