Bəziləri bir ölkəyə kommunizm gəlsə nələr yaşanacağını təsəvvür edə bilmir. Kommunizm gəlsə dövlətin dəmir pəncəsi insanların üstündə olacaq. Küçələr, həbsxanalar, hər yer cəhənnəmə çevrilər.
Cənub-şərqi Anadolunu bölmək üçün tələsənlər var, buna heç vaxt icazə vermərik. Sağın bir qismi də cənub-şərqi verməyə həvəslidir.
Tayyib bəyin uyğun olanın əksini müdafiə etməsi mümkün deyil.
Gənclərin nə istədiklərini çox açıq və dəqiq bildirmələri lazımdır. Qışqırıb çığırmaqla bir nəticə əldə edə bilməzlər.
Kommunizm və vəhşi kapitalizmdən sonra üçünçü bir yol vardır ki, bu da mehdiyyətdir. Mehdiyyətin yoluna girsən dünya cənnətini yaşayarsan.
Mehdiyyət dövründə tanklar, toplar, inşaAllah, muzeydə olacaq.
Keyfiyyətli gənclik çox əhəmiyyətlidir, özünəqapanan, darıxdırıcı bir gənclik istəmirik. Tayyib bəydən də canlı, şən, keyfiyyətli bir gəncliyi hədəfə almasını istəyirik.
Qatı dinçi fikirli və soyuq cəmiyyət yox, müasir və həyat eşqi ilə dolu bir cəmiyyət gözəldir.
Gənclər müasirlik, şirinlik istəyirlər. Bir soyuqluq, quruluq var. Gənclər bunu istəmir. Pessimist olmaq gözəl deyil. Müsəlman həyat eşqi ilə dolu, şən olmalıdır.
Taksimi dünyanın ən böyük meydanına çevirsinlər. Ətrafını da ucsuz-bucaqsız bağlıq-bağçalıq eləsinlər. Meyvə bağları, üzüm bağları, balaca zooparkların yaradılması çox gözəl olar.
Taksimdə göl böyüklüyündə bir hovuz yaratsınlar. İtalyan sənətkarları dəvət edərək hovuzun kənarında çox gözəl heykəllər düzəltdirsinlər.
Mehdiyyət sabit quruluşda yox, hərəkət daxilində inkişaf edər.
Quran hökmlərində Allahın sevgisi və mərhəməti açıq şəkildə görünür.
Gənclər dinin özünü yaşayırlar. Çünki din sevgi, mərhəmət, yaxşılıq, gözəllik, gözəl əxlaqdır.
Allah bizim xoşbəxt olmağımızı, gülməyimizi istəyər.
Tayyib bəy Allahdan qorxan, məntiqli və məzlum bir insandır. Millətin baş nazirimizə sevgi göstərməsi vəfa borcudur.
Tayyib bəy yüksək səviyyəli müasir olub bütün Avropanı özünə heyran qoysun.
Yer, göy cəhənnəmə çevrilsə mən yenə haqqı izah etməyə davam edərəm, inşaAllah.
Bizim bürokratlarımızın müasirlikdə, zarafatcıl olmaqda Avropanı keçməsi lazımdır.
Mehriban, şirin bir üslub Tayyib bəyə çox yaraşar.
Dünya keçicidir, zənginlərimiz xalqa qarşı çox şəfqətli olsunlar. Xüsusilə, məşhur zənginlərin xalqa bağlı olmaları gözəl olar.