ƏvəlAllah, Şamda azan, Quran oxudacağıq. Darvinizm-materializmin etibarsızlığını Şamda hər kəsə izah edəcəyik və mükəmməl bir iman, Quranı öyrədəcəyik, inşaAllah. Allahın icazəsi ilə bir insanı da imansız buraxmayacağıq.
Kommunizm ancaq elmi mübarizə ilə məğlub edilər. Dünyanın heç bir yerində kommunizmi güc yolu ilə dayandıra bilmədilər.
Bəzi insanlar guya şirin dillə millətimizi bölünməyə razı salmağa çalışırdılar. Biz onlara lazım olan cavabı verəndə susdular.
Türkiyədə kim döyüş istəyir ki, sülhə razı salmağa çalışırsınız? Heç kim döyüş istəmir, buna millətimizi razı salmaq üçün çalışmağa ehtiyac yoxdur. Bizim millətimiz çox alicənab və mehribandır, onsuz da döyüşdən çəkinər. Sanki millətimizin məlumatı əksik kimi göstərmək çox utandırıcıdır. Heç kim qan axmağını istəmir, əsgərimiz can hayındadır, özünü müdafiə edir.
Mehdi (ə.s) Allahın varlığında ərimiş biridir. Bir hal vardır ki, insan nuraniyyət kəsb edər. Bir mənada maddə olmaqdan çıxar. Maddə kimi görünər, amma maddə olmaqdan çıxar.
Allah diləsə, poladı xama halına gətirər.
Qışqırdıqca PKK inkişaf edər. Amma elmlə, mədəniyyətlə, kitabla, şəfqətlə düzələr.
Şəfqət sakitləşdiricidir, şəfqət ağılı açar.
Baş nazirin bütün gözəl danışıqlarını mühafizə edək, bu sözləri unudulmasın.
Çətin mühitdə İslama edilən xidmət çox qiymətlidir. Allah İslama xidmət edən heç kimə xəstəxana pulu ödətdirməsin.
Millətimiz özünə bənzəməyən partiyanı iqtidara gətirməz. İqtidara gətirmək üçün öz dəyərlərini axtarar.
Mühakiməyə nəzarət edən sistemlər lazımdır. Məsələn, qavramanı, mühakiməyə nəzarət edən hakimlər, müfəttişlər olsun. Hər şeyi hakimin idarəsi altında olsun. Kefdən olan iddialara icazə verilməsin. Amma hakimin etdiyi səhvlər olanda da iddia açılsın. Heç iddia açıla bilmir, bunu aradan qaldırsınlar.
Hakimlərin təhdid edilməsinin əleyhinə olaraq dövlət hakimləri qorusun. Amma millət də sahib çıxsın. Millət polisə, prokurorlara, hakimlərə sahib çıxsın.
Türkiyə bir nəhəngdir, birələrdən narahat olmaz.
Baş nazir Atatürkdən sonra ən böyük liderdir. Baş nazirimizin şövqünü qırmağa yönələn hərəkətlərdən çəkinmək lazımdır.
Tayyib bəyin cəsarəti mükəmməldir, maşaAllah. Bu qədər cəsarət və igidliyinə qarşılıq olaraq ona təzyiq göstərmək vicdansızlıq olardı. Baş nazirə igidliyinə görə sahib çıxmaq vicdan borcumuzdur. Millətimiz Tayyib bəyə sahib çıxsın.
Bir bölücünün cənab Bağçalıdan məmnun olması, əlbəttə ki, mümkün deyil.
Təmizlik imandandır. İmanla təmizlik olar. Quran sevgisi Allah sevgisi ilə olar. Könüllərə o yayılmasa, insanlar bunu dərk edə bilməsə bələdiyyənin, digərlərinin edəcəyi şey deyil.
İsraillilər texniki, elektronik istiqamətə çox əhəmiyyət verirlər. Düşüncəyə, ağla əhəmiyyət verirlər, müsəlmanlar, bütün dünya da bunu etməlidir. Beyindən, ağıldan, texnologiyadan yaxşı istifadə etmək lazımdır.
Xristianların, yəhudilərin sayı çox azdır. Hər yerdə onları əzirlər. "Xristianıq" deməyə qorxurlar, çəkinirlər. Heç nədən qorxub çəkinmədən desinlər : "Xristianıq, yəhudiyik". Niyə çəkinməlidirlər? Qorxunu üzərlərindən qaldıraraq, onlara sevgi, şəfqət göstərmək, məhəbbətlə yanaşmaq çox əhəmiyyətlidir.
Xristianlara və yəhudilərə şəfqət göstərin, sinaqoqlara da gedin. Nə gözəldir, Allaha, bütün peyğəmbərlərə, mələklər, axirətə inanırlar. İnşaAllah Məhəmmədi də olarlar.