Çətin mühitdə İslama edilən xidmət çox qiymətlidir. Allah İslama xidmət edən heç kimə xəstəxana pulu ödətdirməsin.
Millətimiz özünə bənzəməyən partiyanı iqtidara gətirməz. İqtidara gətirmək üçün öz dəyərlərini axtarar.
Mühakiməyə nəzarət edən sistemlər lazımdır. Məsələn, qavramanı, mühakiməyə nəzarət edən hakimlər, müfəttişlər olsun. Hər şeyi hakimin idarəsi altında olsun. Kefdən olan iddialara icazə verilməsin. Amma hakimin etdiyi səhvlər olanda da iddia açılsın. Heç iddia açıla bilmir, bunu aradan qaldırsınlar.
Hakimlərin təhdid edilməsinin əleyhinə olaraq dövlət hakimləri qorusun. Amma millət də sahib çıxsın. Millət polisə, prokurorlara, hakimlərə sahib çıxsın.
Türkiyə bir nəhəngdir, birələrdən narahat olmaz.
Baş nazir Atatürkdən sonra ən böyük liderdir. Baş nazirimizin şövqünü qırmağa yönələn hərəkətlərdən çəkinmək lazımdır.
Tayyib bəyin cəsarəti mükəmməldir, maşaAllah. Bu qədər cəsarət və igidliyinə qarşılıq olaraq ona təzyiq göstərmək vicdansızlıq olardı. Baş nazirə igidliyinə görə sahib çıxmaq vicdan borcumuzdur. Millətimiz Tayyib bəyə sahib çıxsın.
Bir bölücünün cənab Bağçalıdan məmnun olması, əlbəttə ki, mümkün deyil.
Təmizlik imandandır. İmanla təmizlik olar. Quran sevgisi Allah sevgisi ilə olar. Könüllərə o yayılmasa, insanlar bunu dərk edə bilməsə bələdiyyənin, digərlərinin edəcəyi şey deyil.
İsraillilər texniki, elektronik istiqamətə çox əhəmiyyət verirlər. Düşüncəyə, ağla əhəmiyyət verirlər, müsəlmanlar, bütün dünya da bunu etməlidir. Beyindən, ağıldan, texnologiyadan yaxşı istifadə etmək lazımdır.
Xristianların, yəhudilərin sayı çox azdır. Hər yerdə onları əzirlər. "Xristianıq" deməyə qorxurlar, çəkinirlər. Heç nədən qorxub çəkinmədən desinlər : "Xristianıq, yəhudiyik". Niyə çəkinməlidirlər? Qorxunu üzərlərindən qaldıraraq, onlara sevgi, şəfqət göstərmək, məhəbbətlə yanaşmaq çox əhəmiyyətlidir.
Xristianlara və yəhudilərə şəfqət göstərin, sinaqoqlara da gedin. Nə gözəldir, Allaha, bütün peyğəmbərlərə, mələklər, axirətə inanırlar. İnşaAllah Məhəmmədi də olarlar.
Mehdi (ə.s) ilə əlaqədar hədislər təsdiqlənəndə doğru olduğu aydın olar.
Türkiyədə yüksək keyfiyyətə malik bir demokratiya anlayışı, Avropa demokratiyasından daha üstün demokratiya olsun. Elə bir azadlıq olsun ki, bizim demokratiya anlayışımıza dünya heyran qalsın.
Kürd qardaşlarımızla bizim bir problemimiz yoxdur. Kürdlər Türkiyənin bəzəyidirlər. Qeyri-adi dərəcədə alicənab, keyfiyyətli və üstün bacarıqlı insanlardır. Çox istiqanlıdırlar, təvazökarlıqları, insanpərvərlikləri, nəzakətlilikləri, qonaqpərvərlikləri, yəni, kürdlər heç dəyişilməyiblər. Bir çox yerlər, qövmlər pozulmuşdur, kürd qardaşlarımız dəyişilməyiblər. İgid, cəsurdurlar, Allahdan başqasından qorxmazlar. Qürurludurlar.
İslamı səhv anlayıb, səhv köçürənlər İslamiyyətə çox zərər verirlər. Müsəlmanlığı vəhşilik dini olaraq göstərdikləri üçün də İslam ölkələrinin çoxu sonradan kommunist oldu. Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir, Suriya, İordaniya hamısı kommunist oldular.
İslamda vəhşilik, dəhşət olmaz. İslamda sevgi, mərhəmət, dostluq olar. Allah cənnəti bizə niyə təqdim edir? Allah vəhşilik istəsəydi, cənnətdə də verərdi. Allah sevgi, məhəbbət, hüzur,dinclik və güvənc istəyir. Bir-birinizə "Salam verin" deyir. Salam təhlükəsizlik, sağlamlıq diləməkdir.
Allah hökmünü dəyişdirməz. Hökmü dəyişən Quran ayələrinin olduğunu zənn edirlər. Quranın hökmü niyə keçərsiz olsun? Qiyamətə qədər etibarlıdır. Hökmü keçərsiz olan Quran ayəsi yoxdur.
Ağrını, əzabı Allah müsəlmanlara haram qılmışdır. Müsəlman bunu istəməyəcək. Başqasına da, özünə də ağrı-acı çəkdirməyəcək. Allah "Allah insanlara zülm etməz, insanlar ancaq özlərinə zülm edir" deyir.
Allahın istədiyi qullarının hamısının cənnətə getməsidir. Amma küfrə düşdükləri üçün cənnətə getmirlər. Yoxsa, Allahın əsl məqsədi cənnət və sonsuza qədər cənnətdə yaşatmaqdır.
Allah Quranda, İncildə və Tövratda da qullarının xoşbəxt olmasını istəyir. Ağrı, iztirab çəkmələrini istəmir. Cənnəti yaratdığına görə xoşbəxt olmağımızı istəyir.