İsraillilər texniki, elektronik istiqamətə çox əhəmiyyət verirlər. Düşüncəyə, ağla əhəmiyyət verirlər, müsəlmanlar, bütün dünya da bunu etməlidir. Beyindən, ağıldan, texnologiyadan yaxşı istifadə etmək lazımdır.
Xristianların, yəhudilərin sayı çox azdır. Hər yerdə onları əzirlər. "Xristianıq" deməyə qorxurlar, çəkinirlər. Heç nədən qorxub çəkinmədən desinlər : "Xristianıq, yəhudiyik". Niyə çəkinməlidirlər? Qorxunu üzərlərindən qaldıraraq, onlara sevgi, şəfqət göstərmək, məhəbbətlə yanaşmaq çox əhəmiyyətlidir.
Xristianlara və yəhudilərə şəfqət göstərin, sinaqoqlara da gedin. Nə gözəldir, Allaha, bütün peyğəmbərlərə, mələklər, axirətə inanırlar. İnşaAllah Məhəmmədi də olarlar.
Mehdi (ə.s) ilə əlaqədar hədislər təsdiqlənəndə doğru olduğu aydın olar.
Türkiyədə yüksək keyfiyyətə malik bir demokratiya anlayışı, Avropa demokratiyasından daha üstün demokratiya olsun. Elə bir azadlıq olsun ki, bizim demokratiya anlayışımıza dünya heyran qalsın.
Kürd qardaşlarımızla bizim bir problemimiz yoxdur. Kürdlər Türkiyənin bəzəyidirlər. Qeyri-adi dərəcədə alicənab, keyfiyyətli və üstün bacarıqlı insanlardır. Çox istiqanlıdırlar, təvazökarlıqları, insanpərvərlikləri, nəzakətlilikləri, qonaqpərvərlikləri, yəni, kürdlər heç dəyişilməyiblər. Bir çox yerlər, qövmlər pozulmuşdur, kürd qardaşlarımız dəyişilməyiblər. İgid, cəsurdurlar, Allahdan başqasından qorxmazlar. Qürurludurlar.
İslamı səhv anlayıb, səhv köçürənlər İslamiyyətə çox zərər verirlər. Müsəlmanlığı vəhşilik dini olaraq göstərdikləri üçün də İslam ölkələrinin çoxu sonradan kommunist oldu. Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir, Suriya, İordaniya hamısı kommunist oldular.
İslamda vəhşilik, dəhşət olmaz. İslamda sevgi, mərhəmət, dostluq olar. Allah cənnəti bizə niyə təqdim edir? Allah vəhşilik istəsəydi, cənnətdə də verərdi. Allah sevgi, məhəbbət, hüzur,dinclik və güvənc istəyir. Bir-birinizə "Salam verin" deyir. Salam təhlükəsizlik, sağlamlıq diləməkdir.
Allah hökmünü dəyişdirməz. Hökmü dəyişən Quran ayələrinin olduğunu zənn edirlər. Quranın hökmü niyə keçərsiz olsun? Qiyamətə qədər etibarlıdır. Hökmü keçərsiz olan Quran ayəsi yoxdur.
Ağrını, əzabı Allah müsəlmanlara haram qılmışdır. Müsəlman bunu istəməyəcək. Başqasına da, özünə də ağrı-acı çəkdirməyəcək. Allah "Allah insanlara zülm etməz, insanlar ancaq özlərinə zülm edir" deyir.
Allahın istədiyi qullarının hamısının cənnətə getməsidir. Amma küfrə düşdükləri üçün cənnətə getmirlər. Yoxsa, Allahın əsl məqsədi cənnət və sonsuza qədər cənnətdə yaşatmaqdır.
Allah Quranda, İncildə və Tövratda da qullarının xoşbəxt olmasını istəyir. Ağrı, iztirab çəkmələrini istəmir. Cənnəti yaratdığına görə xoşbəxt olmağımızı istəyir.
Yəhudilik də, xristianlıq da, müsəlmanlıq da şəfqət, mərhəmət və sevgini izah edər. Bəzi şeytani ünsürlər məcburi olaraq dinlərin içərisindən şiddət çıxarmağa çalışarlar.
Sevginin, müasirliyin, demokratiyanın, azadlığın, gözəl olan hər şeyin, eşqin, məhəbbətin Allahın sevdiyi hər şeyin hakim olması üçün Allah bizlərə güc versin.
Kobud olan kəslər müsəlmanı da, xristianı da, yəhudini də öldürür, hər kəsə düşmən kəsilir. Allah bu kəsləri müsəlman hesab etmir. Bunlar müşrikdir. Paqan dininə mənsub bütpərəstlərdir. Yəni, Quranı əsas qəbul etmirlər.
Allah bizdən mərhəməti, şəfqəti və bağışlayıcı olmağımızı istəyir. Allah Quranda bütün insanlara mərhəmətlə baxmağımızı istəyir, hətta müşriklərə də, bütpərəstlərə də can təhlükəsizliyi təmin etməyimizi istəyir.
Zorakılıqla məşğul olanlara müsəlman deyilməsi də səhvdir. Dəhşət sistemini, şiddət sistemini müdafiə edənlər də müşrikdir. Yəni Paqan dininə mənsubdur. Müsəlman bunu etməz, müsəlman Qurandakına əməl edər.
Ələvi və sünniləri bir-birilə vuruşdurmaq istədilər. Dedik ki, "Biz ələviləri canımız kimi sevirik. Şiələri, vəhhabiləri canımız kimi sevirik onlara da söz dedirtmərik" dedik. O məntiqi də qırdıq. Bu qərarla da hər gün yeni bir yol, yeni bir hücum olur.
Şeytani güclər yəhudi-müsəlman sevgisinə mane olmağa çalışırlar. Biz buna mane olduq. Biz yəhudiləri çox sevirik, yəhudilər də bizi sevir. Xristianlara olan sevgimizi qırmağa çalışdılar, buna da mane olduq. Son qoyduq.
Sülh, sevgi tərəfdarlarının çox qərarlı, əzmli olmaları lazımdır. Yolumuzdan çəkindirməyə çalışa bilərlər. Əzm və qətiyyətlə davam edəcəyik.
Daha müvəffəqiyyətli, bərəkətli hücumlarımız olacaq. Radikal, mərhəmətsiz, zorakı bir düşüncə aradan qalxacaq, dünyanı cənnət kimi edəcəyik, inşaAllah. Dünya sülh yurdu, bayram yeri kimi olacaq.