Gənclərin böyük əksəriyyətində Quran müsəlmanlığı ruhu var. Mövhumatçı, sevgisiz, səmimiyyətsiz zehniyyətə isə haqlı şəkildə əks reaksiya göstərirlər.
Darvinist təhsil, insanların ruhundan sevgi, mərhəmət və anlayışı aldı. Darvinist təhsilin insani duyğuları zəiflətməsi çox böyük fəlakətdir.
Atatürkün səmimi dindar olduğunu izah edən və həqiqi Atatürkü sevdirən mənim əsərlərimdir.
İslamı təbliğ etmək üçün, dini izah etmək üçün qarşılıq istənilməsi qorxunc vəziyyətdir. Din mənfəət gözləmədən izah edilər.
Türkiyənin İslam aləminə öncül olması üçün Quran müsəlmanlığı ilə hərəkət etməsi və mehdiyyəti isnad nöqtəsi kimi qəbul etməsi lazımdır.
Əvvəllər kürdlərə əksər insan hörmət göstərməzdi. Bu çox əxlaqsız münasibət idi. Kürdlərin alicənablığını, mərdliyini, mehribanlığını anlamırdılar. Kürd deyildikdə aşağı keyfiyyətli insan ağla gəlir. Sevgisiz, mərhəmətsiz olanlarda hələ də kürd nifrəti var, lakin bunlar bütün dünyaya qarşı nifrət doludurlar.
Din insanı çıxılmaz vəziyyətlərə sürükləməz. Allah səmimiyyəti əsas götürər. Din sadə və asandır.
Təhsil sistemində dəyişiklik olması lazımdır. Əzbərçi, imtahana əsaslanan təhsil sistemi deyil, filmlərlə, sərgilərlə əyləncəli təhsil olması vacibdir. Təhsilin əsas məqsədi insanların ümumi bilik qazanmasıdır və bu ümumi biliyi gündəlik həyatında istifadə edə bilməsidir. Sistem buna görə olmalıdır.
Tayyib hocamla Trampın görüşməsi inşaAllah xeyirlərlə nəticələnər. İkisi də qiymətli liderlərdir, Allah müvəffəqiyyətlər nəsib etsin.
Ölümdən qaçan, canını qurtarmağa çalışan insanları ölkəmizdə istəmirik demək, çox çirkin əxlaqdır. Biz suriyalıları sevirik.
İnsan öldüyü anda başqa aləmə keçər. Ölümlə birlikdə insanın görməyi kəskinləşər və dərhal başqa aləmə keçər.
Müsəlmanların bacı-qardaşlığını dayandıran, dostluğu, hamilik sistemini aradan qaldıran bir anlayışa müsəlmanların boyun əyməməsi lazımdır.
Sevgi Allahdan nurdur. Kainatın və imtahanın yaradılmasının məqsədi sevgidir. Dəccaliyyət isə “sevgini yox edəcəyəm” deyə ortaya çıxdı.
Qurana əsaslanan həqiqi İslam yaşanmış olsa İslam əxlaqı dünyaya sürətlə yayılar və hakim olar. Mövhumatçı İslam anlayışına qarşı, həqiqi İslamı izah etsək islamofobiya aradan qalxar və dünya zövqlə İslama yönələr.
Darvinist, materialist, eqoist və qısqanc yetişdirilən bir insanın qarşısındakına güvənməsi və özünün etibarlı olması qeyri-mümkündür. İnsanların ətrafında etibar edə biləcəkləri heç kimin olmaması bu dünyada yaşana biləcək ən böyük fəlakətlərdən biridir.
İnsanların böyük qisminin həyatı sadəcə funksional olur. Gözəllik, keyfiyyət, estetika axtarışları olmur. Bu, qorxunc bədbəxtlik gətirir. Heç nədən zövq almayan insanlar çoxluq təşkil edir, nə bir çiçəyə, nə də mənzərəyə baxan olmur. Xoşbəxtlik axtaran ruhla qarşılaşan insan nadir olur.
Qurtuluş, gözəllik, sağlamlıq bütün dünyanı əhatə edəcək. Mehdiyyətin liderliyində Quranın gözəl ruhu bütün dünyaya hakim olacaq inşaAllah.
Uşaqların heç bir gərgin mühitlə təmasda olmaması lazımdır. Onlara sadəcə sevgi, şəfqət və mərhəmət göstərmək lazımdır.
Risalə-i Nur oxuyan insan səmimiyyətin ruhunu hiss edər. 3-5 səhifə belə oxusa tam fərqli ruh halı qazanmış olar.
Yaxın Şərqdəki vəziyyətdən əsas mənfəət əldə edən İngiltərə dərin dövlətidir. Lakin sonunda mehdiyyət vəsiləsi ilə İslam aləmi müvəffəqiyyət qazanacaq.
Qadının ruhuna ən çox təsir edən ehtiras, dərinlik, ağıl və sevgidir. Qarşısındakında ağıl və dərinlik görməyən qadın mənəvi cəhətdən ölmüş deməkdir.