DARVİNİZMİ MÜDAFİƏ ETMƏK DÖVLƏTİN VƏZİFƏSİ DEYİL. BU, BÖYÜK ƏSRİN ƏN BÖYÜK FƏLAKƏTİDİR. DÜNYA TARİXİNİN ƏN BÖYÜK FƏLAKƏTİDİR. Dünya tarixi belə bir fəlakət görməmişdir. Çünki bütün dünya dövlətləri Darvinizmi müdafiə etdikləri üçün 1 milyarddan çox insanın ölümünə səbəb olmuşlar. Darvinizmi müdafiə edərək 1 milyarddan çox insanın şikəst olmasına səbəb oldu .
İSLAM ALƏMİNDƏ BU DƏRƏCƏDƏ ÖZÜNÜ İSLAM ƏXLAQINA HƏSR EDƏN HEÇ BİR BİRLİK YOXDUR. Sizin tərziniz kimi Allaha, Kitaba, Qurana özünü bu dərəcədə həsr edən bir birlik bütün İslami qövmlərdə, birliklərdə yoxdur. Bunları tədqiq edərək öyrəndim, heç birində belə bir şey yoxdur.
İSLAM TARİXİNDƏ BİZİM QƏDƏR HZ. MEHDİ (Ə.S.)-I BU DƏRƏCƏDƏ ÇOX İZAH EDƏN OLMAYIB. Baxın, İslam tarixində belə gecə-gündüz Hz. Mehdi (ə.s.)-ı izah edən heç görülməmişdir. Neçə ildən bəri bu şəkildə Hz. Mehdi (ə.s.)-ı izah edən olmamışdır.
Səbəbə sarılmalısan. Günəşli havada biz kölgədə dururuq. Sən də kölgəyə çəkilməlisən. "Günəş məni yandırdı" demək əvəzinə susadığın zaman su iç, inşAllah.
Quranın ifadəsi ilə, vücudundakı mənfi enerjidən xilas olmaq istəyirsənsə duş qəbul elə. İlıq su ilə duş qəbul elə ki, bədənində olan o mənfi enerji getsin. Bədənin içindəki mənfi elektrik getsin deyə ilıq su da içə bilərsən. Bununlada mənfi enerjidən xilas olaraq fərahlaşarsan, rahatlayarsan.
Möminlər çətinliklə imtahan verərlər. Bu dünya əyləncə yeri deyil, əlbəttə ki, çətinlik olacaq. Sən də ona səbr etməlisən.
Əgər Quranla kifayətlənməsək Allah "alçaldaram sizi", "dünyada məhv edərəm " , "parçalayaram, bir-birinizə hücüm edərsiniz, həlak olarsınız" deyir. İslam aləmi nə vəziyyətdədir? Parçalanmış vəziyyətdə, bir-birinə düşmən olduqları üçün həlak oldular. Nə üçün? Quranla kifayətlənmədikləri üçün belə oldular.
Görüntü, sevginin mənbəyi kimə aiddir? Əlbəttə ki, Allaha aiddir. Allahı unutmaq olarmı? Bu normal deyil. Allah "Şükr edin, nemətimi artırım" deyir. Çünki bütün nemətlərin əsl sahibi yalnız Allahdır.
Hər biriniz Allahın görünüşü, təcəllisisiniz. İndi kimsə "mən Allahı deyil, sizi sevirəm" desə, bu, çox böyük alçaqlıq, tərbiyəsizlik, vicdansızlıq, nankorluq və axmaqlıq olar. Allah yaratmasa sən bir şeyi necə görə bilərsən? Görsən də onu kim sevdirəcək sənə? Əlbəttə ki, Allah sevdirəcək.
Dünyəvi, demokratik bir sistem olduğu kimi, əsli ilə meydana gələcək, inşAllah. Təzyiqlərə məruz qalma, şiddət dövrü bitəcək, inşAllah.
Hər yer gözəl, keyfiyyətli, gül kimi olacaq. Kəndləri, qəsəbələri gözəlləşdirəcəyik. Avropanı, Yəhudiləri, Xristianları, Massonları, hər birisin bağrımıza basacağıq. Hər biri Məhəmmədi olacaq.
Əksinə, qadının olduğu yerdə günahlar dayanar. Qadınların olduğu yerdə halal ortaya çıxar. Xurafatçıların xislətinə pozğunluq, əxlaqsızlıq vardır .
QADIN DÜNYANIN ƏN GÖZƏL BƏZƏYİDİR. Çox mübarək varlıqlardır. Qadınlar çox ağıllıdır, istişarələrdə də ağıllı fikir söyləyərlər. QADINLA MƏSLƏHƏTLƏŞMƏKDƏ BƏRƏKƏT, GÖZƏLLİK VARDIR. QADINLAR GƏLDİKLƏRİ YERƏ XEYİR GƏTİRƏR, İNŞALLAH.
Müqəddəsata inanan, sevən insanların, Allah aşiqlərinin yaxşı insanlara, xüsusilə, yaxşı olduğuna görə zərər çəkən insanlara sahib çıxması lazımdır.
Əhli Kitab üçün şəfqət, mərhəmət çox mühüm mövzudur. Bu Rəsulullah (s.ə.v)-in əxlaqıdır, Quranın bizə əmridir.
Cəhənnəmin xüsusiyyəti budur; yerdə od qaynayar, insanlar meymun kimi, başları arxaya çevrilmiş, kiminin üzü, sifəti silinmiş vəziyyətdədir.
Cənabı Allah həm şükür, həm də sevilməyi gözləyir.
İNSAN DÜNYAYA BAĞLANDIQDA ÇOX ACI ÇƏKİR. DÜNYAYA BAĞLANMADIQDA İSƏ ALLAHI İSTƏYİR. Çünki Cənabı Allah əslində Özünün sevilməsini istəyir.
İnsan çox nəzakətli varlıqdır. Allah insan üçün; "zəif yaradıldı" deyir. Qadın olsun, kişi olsun fiziki olaraq da, ruhən də zəifdir. Tez təsirlənər, kədərlənər, tez yorula, xəstələnə bilər. İmtahan üçün Allah elə yaratmışdır. Yəni bunlar dünyanın sevilməməsi üçündür .
Bir gənc qızın gün ərzində ən az yarım saat, bir saat idman etməsi lazımdır. Özünəbaxımın çox yaxşı olması lazımdır. Qız uşağına çiçəyə qulluq etdiyin kimi baxmalısan, əks halda solarlar, çox zərifdilər.
Qurandakı hökmlər qadını hər zaman çətinliklərdən xilas edər. Hər yerdə, hər mövzuda qadınlar üçün həmişə asanlıq vardır. Qurandakı hökmlər qadınların xeyrinədir. Allah Quranda bütün çətinliyi kişilərə yükləyib .