Əhli Kitab üçün şəfqət, mərhəmət çox mühüm mövzudur. Bu Rəsulullah (s.ə.v)-in əxlaqıdır, Quranın bizə əmridir.
Cəhənnəmin xüsusiyyəti budur; yerdə od qaynayar, insanlar meymun kimi, başları arxaya çevrilmiş, kiminin üzü, sifəti silinmiş vəziyyətdədir.
Cənabı Allah həm şükür, həm də sevilməyi gözləyir.
İNSAN DÜNYAYA BAĞLANDIQDA ÇOX ACI ÇƏKİR. DÜNYAYA BAĞLANMADIQDA İSƏ ALLAHI İSTƏYİR. Çünki Cənabı Allah əslində Özünün sevilməsini istəyir.
İnsan çox nəzakətli varlıqdır. Allah insan üçün; "zəif yaradıldı" deyir. Qadın olsun, kişi olsun fiziki olaraq da, ruhən də zəifdir. Tez təsirlənər, kədərlənər, tez yorula, xəstələnə bilər. İmtahan üçün Allah elə yaratmışdır. Yəni bunlar dünyanın sevilməməsi üçündür .
Bir gənc qızın gün ərzində ən az yarım saat, bir saat idman etməsi lazımdır. Özünəbaxımın çox yaxşı olması lazımdır. Qız uşağına çiçəyə qulluq etdiyin kimi baxmalısan, əks halda solarlar, çox zərifdilər.
Qurandakı hökmlər qadını hər zaman çətinliklərdən xilas edər. Hər yerdə, hər mövzuda qadınlar üçün həmişə asanlıq vardır. Qurandakı hökmlər qadınların xeyrinədir. Allah Quranda bütün çətinliyi kişilərə yükləyib .
Gənc qız aktiv olmalı, idman etməli, əzələlərini gücləndirməlidir. Fizianomiyası çevik, atletik olmalıdır. Saçları ipək kimi, baxımlı olmalıdır.
Müsəlmanın hər yeri tərtəmiz, nur kimi olmalıdır. Səliqəsizlik olan yerdə təmizlik də olmaz.
KEYFİYYƏT ÇOX VƏSAİT TƏLƏB ETMİR. DÜŞÜNCƏ, ZÖVQ, SƏNƏT MEYLİ İSTƏYİR. Məsələn, bir qadın çox bahalı bir geyimdə səliqəsiz görünə bilər. Digər biri isə çoxda baha olmayan, az vəsait sərf edərək səliqəli görünər. Bu vicdan, düşüncə ilə müəyyən edilir. SƏNƏT GÜCÜNÜN RUHA SİRAƏT ETMƏSİ İLƏ ƏLAQƏDARDIR. BU DA İMAN VƏ AĞILLA ƏLAQƏLİDİR. Bunlar bir-biri ilə bağlıdır.
Sənət, keyfiyyət ən yüksək inkişaf nöqtəsinə çatmalıdır. O zaman dünya texniki olaraq gözəl olar.
Keyfiyyət çox mühümdür. Rəsulullah (s.ə.v) zamanında keyfiyyət vardı. Davranışda keyfiyyət, üslubda keyfiyyət, geyimdə keyfiyyət, təmizlikdə keyfiyyət, hər yerə keyfiyyət hakim olmuşdur.
Keyfiyyətin dövlət siyasəti kimi reallaşdırılması lazımdır.
KEYFİYYƏT ÇATIŞMAZLIĞI BÖYÜK BİR BƏLADIR. Bütün Orta şərqin bəlasıdır. HƏR YERDƏ ONUN AĞRISI HİSS EDİLİR. Misirdə, İordaniyada, Livanda, Fələstində böyük bir keyfiyyətsizlik bütün İslam aləmini bürümış vəziyyətdədir.
Cinayət əxlaqsızlıq, vicdansızlıq, zalımlıq, qəddarlıqdır, başqa bir şey deyil. Cinayət, qətl ən böyük haramlardandır.
Allah süni, məcburi olan bir sevgi istəmir. Aşiqlik sevgisi istəyir. Əziyyət çəkərək, sürünərək, Leyli və Məcnun kimi sevməlisən.
ALLAH İMTAHAN EDƏR. ÇÜNKİ CƏNABI ALLAH HƏQİQİ SEVGİNİ İSTƏYİR. Robot kimi hər kəs bir-birini sevsə, məcbur etsə düzgün deyil, Allah məcburi sevgi istəməz. AĞRININ, ƏZİYYƏTİN, ÇƏTİNLİYİN İÇİNDƏKİ SEVGİNİ İSTƏYİR.
Mütləq yoxluq olmaz. Biri ortaya çıxıb "mən varam" dediyi zaman hər kəs artıq Allahın sonsuza qədər var olduğuna iman edir. Başqa cür mümkün deyil.
"Mən varam" deyildiyi zaman, bir varlıqdan bəhs edildiyində artıq sonsuza qədər Allahın yoxluğu qeyri-mümkündür. Çünki kiçik bir şeyin belə mütləq yoxluq kimi düşünülməsi qeyri-mümkündür.
Sonsuz gücün idarəsində olmaq necədə gözəldir. Ağılın, ruhun, bədənin sağlamlığı üçün də bu çox gözəl həqiqətdir. Necədə gözəl, sonsuz bir ağılın idarəsindəsən və ONA əmanətsən.
Əslində heç bir insan dinsiz ola bilməz. İnsanın yaradılışında, beyninin quruluşunda dinsiz olmaq gücü yoxdur. Yəni ALLAHI ƏN KƏSKİN ŞƏKİLDƏ İNKAR ETDİYİNİ DEYƏN İNSAN DA MÜTLƏQ ALLAHA İNANAR, LAKİN ŞÜBHƏ EDƏR. 50-% ehtimal verər. O da iman olar.