Əgər Quranla kifayətlənməsək Allah "alçaldaram sizi", "dünyada məhv edərəm " , "parçalayaram, bir-birinizə hücüm edərsiniz, həlak olarsınız" deyir. İslam aləmi nə vəziyyətdədir? Parçalanmış vəziyyətdə, bir-birinə düşmən olduqları üçün həlak oldular. Nə üçün? Quranla kifayətlənmədikləri üçün belə oldular.
Görüntü, sevginin mənbəyi kimə aiddir? Əlbəttə ki, Allaha aiddir. Allahı unutmaq olarmı? Bu normal deyil. Allah "Şükr edin, nemətimi artırım" deyir. Çünki bütün nemətlərin əsl sahibi yalnız Allahdır.
Hər biriniz Allahın görünüşü, təcəllisisiniz. İndi kimsə "mən Allahı deyil, sizi sevirəm" desə, bu, çox böyük alçaqlıq, tərbiyəsizlik, vicdansızlıq, nankorluq və axmaqlıq olar. Allah yaratmasa sən bir şeyi necə görə bilərsən? Görsən də onu kim sevdirəcək sənə? Əlbəttə ki, Allah sevdirəcək.
Dünyəvi, demokratik bir sistem olduğu kimi, əsli ilə meydana gələcək, inşAllah. Təzyiqlərə məruz qalma, şiddət dövrü bitəcək, inşAllah.
Hər yer gözəl, keyfiyyətli, gül kimi olacaq. Kəndləri, qəsəbələri gözəlləşdirəcəyik. Avropanı, Yəhudiləri, Xristianları, Massonları, hər birisin bağrımıza basacağıq. Hər biri Məhəmmədi olacaq.
Əksinə, qadının olduğu yerdə günahlar dayanar. Qadınların olduğu yerdə halal ortaya çıxar. Xurafatçıların xislətinə pozğunluq, əxlaqsızlıq vardır .
QADIN DÜNYANIN ƏN GÖZƏL BƏZƏYİDİR. Çox mübarək varlıqlardır. Qadınlar çox ağıllıdır, istişarələrdə də ağıllı fikir söyləyərlər. QADINLA MƏSLƏHƏTLƏŞMƏKDƏ BƏRƏKƏT, GÖZƏLLİK VARDIR. QADINLAR GƏLDİKLƏRİ YERƏ XEYİR GƏTİRƏR, İNŞALLAH.
Müqəddəsata inanan, sevən insanların, Allah aşiqlərinin yaxşı insanlara, xüsusilə, yaxşı olduğuna görə zərər çəkən insanlara sahib çıxması lazımdır.
Əhli Kitab üçün şəfqət, mərhəmət çox mühüm mövzudur. Bu Rəsulullah (s.ə.v)-in əxlaqıdır, Quranın bizə əmridir.
Cəhənnəmin xüsusiyyəti budur; yerdə od qaynayar, insanlar meymun kimi, başları arxaya çevrilmiş, kiminin üzü, sifəti silinmiş vəziyyətdədir.
Cənabı Allah həm şükür, həm də sevilməyi gözləyir.
İNSAN DÜNYAYA BAĞLANDIQDA ÇOX ACI ÇƏKİR. DÜNYAYA BAĞLANMADIQDA İSƏ ALLAHI İSTƏYİR. Çünki Cənabı Allah əslində Özünün sevilməsini istəyir.
İnsan çox nəzakətli varlıqdır. Allah insan üçün; "zəif yaradıldı" deyir. Qadın olsun, kişi olsun fiziki olaraq da, ruhən də zəifdir. Tez təsirlənər, kədərlənər, tez yorula, xəstələnə bilər. İmtahan üçün Allah elə yaratmışdır. Yəni bunlar dünyanın sevilməməsi üçündür .
Bir gənc qızın gün ərzində ən az yarım saat, bir saat idman etməsi lazımdır. Özünəbaxımın çox yaxşı olması lazımdır. Qız uşağına çiçəyə qulluq etdiyin kimi baxmalısan, əks halda solarlar, çox zərifdilər.
Qurandakı hökmlər qadını hər zaman çətinliklərdən xilas edər. Hər yerdə, hər mövzuda qadınlar üçün həmişə asanlıq vardır. Qurandakı hökmlər qadınların xeyrinədir. Allah Quranda bütün çətinliyi kişilərə yükləyib .
Gənc qız aktiv olmalı, idman etməli, əzələlərini gücləndirməlidir. Fizianomiyası çevik, atletik olmalıdır. Saçları ipək kimi, baxımlı olmalıdır.
Müsəlmanın hər yeri tərtəmiz, nur kimi olmalıdır. Səliqəsizlik olan yerdə təmizlik də olmaz.
KEYFİYYƏT ÇOX VƏSAİT TƏLƏB ETMİR. DÜŞÜNCƏ, ZÖVQ, SƏNƏT MEYLİ İSTƏYİR. Məsələn, bir qadın çox bahalı bir geyimdə səliqəsiz görünə bilər. Digər biri isə çoxda baha olmayan, az vəsait sərf edərək səliqəli görünər. Bu vicdan, düşüncə ilə müəyyən edilir. SƏNƏT GÜCÜNÜN RUHA SİRAƏT ETMƏSİ İLƏ ƏLAQƏDARDIR. BU DA İMAN VƏ AĞILLA ƏLAQƏLİDİR. Bunlar bir-biri ilə bağlıdır.
Sənət, keyfiyyət ən yüksək inkişaf nöqtəsinə çatmalıdır. O zaman dünya texniki olaraq gözəl olar.
Keyfiyyət çox mühümdür. Rəsulullah (s.ə.v) zamanında keyfiyyət vardı. Davranışda keyfiyyət, üslubda keyfiyyət, geyimdə keyfiyyət, təmizlikdə keyfiyyət, hər yerə keyfiyyət hakim olmuşdur.
Keyfiyyətin dövlət siyasəti kimi reallaşdırılması lazımdır.