Bölgədə rəsmi dili kürdcə edilsə, Türkiyə bölünər, Allah əsirgəsin. Rəsmi dilin kürdcə olmasını istəmək, Türkiyənin mədəniyyətini, hər şeyini ayırmaq istəyirsən deməkdir. Kürdü kürd idarə etsin, türkü türk idarə etsin, çərkəzi çərkəz idarə etsin desən, Türkiyəni parça-parça etmiş olarsan.
Həqiqi dünyəvilik dövlətin hicablı olana da, başıaçıq olana da hörmət göstərməsidir.
(A9 TV; 1 oktyabr 2013)
Adnan Oktar
-
Baş örtüsü olan xanımların xəcalətli edilməsi hər kəsi narahat edir. Xanımlardan əl çəkin rahat yaşasınlar. Amma təbii ki, baş örtüsü olan xanımlar da başıaçıq xanımlara sevgi, hörmət bəsləməlidirlər.
(A9 TV; 1 oktyabr 2013)
Adnan Oktar
-
Kürd dilini öyrənmək istəyən kurs şəklində kürd dilini öyrənsin. Amma cənub-şərqdəki qardaşlarımıza dil olaraq türkcə öyrətməmək əzmi varsa, "yalnız kürdcə öyrənəcəksiniz" deyilsə bu çox səmimiyyətsiz, pis niyyətli hərəkətdir. Bu hərəkətin bölmək və parçalamaq məqsədi daşıdığı aydındır.
(A9 TV; 30 sentyabr 2013)
Adnan Oktar
-
Cənub-şərq xalqı mənim canlarımdır, çox dindar, fədakardırlar. Çox əziyyət çəkdilər. O əziyyət mehdiyyətlə sona çatacaq.
(A9 TV; 30 sentyabr 2013)
Adnan Oktar
-
Biz Allahla, dinlə xoşbəxt oluruq. Mehdiyyət dövründə həm dindarlar, həm din əleyhdarları, dini yaşamayanlar rahat və dinc yaşayacaqlar. Mehdiyyət hamısını göz qabağında saxlayır.
(A9 TV; 30 sentyabr 2013)
Adnan Oktar
-
Bu millət müdafiə altında olan bir millətdir. Mehdi tələbəsi olan bir millətdir. Mehdi (ə.s)-ın çıxacağı bir millətdir. Ona görə də burada qeyri-normal bir şey çıxmaz. Qeyri-normal kimi görünən şeylər də gələcəkdə kompensasiya ediləcək.
(A9 TV; 30 sentyabr 2013)
Adnan Oktar
-
Kommunistlərin böyük bir hissəsi safdırlar. Yəni duyğusaldırlar, romantikdirlər. Həmişə öz əleyhlərinə çalışarlar. Həqiqətən də romanlardakı, xəyallarındakı kimi bir şey olacağını zənn edərlər, amma həmişə sağa fayda verərlər və həmişə də sağ güclənər. Yəni Allahın nəyi, nə şəkilə gətirəcəyini təxmin belə edə bilməzlər.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Gəzinti hadisələri, AK Partiyanın güclənməsi üçün Allah tərəfindən yaradılmış hadisələrdir. Heç kim bunun fərqinə belə varmadı. AK Partiyanın belə bir şeyə ehtiyacı var idi və bu da Allah tərəfindən tələnin pozulması kimi yaradıldı.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın zühurundan əvvəl qadın azadlığı, hüzur yox idi. Mehdiyyət, qadınları cənnət gülü kimi dünyaya təqdim edəcək. Qadınlar dünyada cənnət gülü kimi açacaqlar. Qadınlığın gözəlliyini üzə çıxaracaqlar. Hal-hazırda bütün qadınlar dünyanın böyük hissəsində xor görülüb, alçaldılırlar. Halbuki, qadınlar dünyanın şirin varlıqları, dünyanın ən gözəl çiçəkləri, dünyanın ən gözəl bəzəkləridir.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ı sevmə, istəmə səbəbimiz o dövrün əziyyətli, bəlalı olması, dəccalın olması, darvinizm, materializmin olması, qarışıqlıqların artması, qatı dinçilərin Mehdi (ə.s)-a və iman gətirənlərə qarşı çıxmasıdır. Qatı dinçiliyin dindən kənar, mərhəmətsiz, zalım və qəddarcasına tətbiqlər etməsidir. Bütün bunlara ona görə ehtiyac var ki, hz. Mehdi (ə.s) ortaya çıxsın.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Təhsildə cəhənnəmə, kafirə, imansızlara, zalımlara ehtiyac vardır. Yaxşı insanlar bu qara kömürün üzərində almaz kimi düzüldüyündə diqqət çəkər.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Müsəlmanların çoxu qatı dinçiliyin vəhşilik istiqamətini görməməzliyə vururlar.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Qatı dinçilər heyvanlara belə düşməndir. Onların inancına görə kərtənkələ, qara it, göyərçin bir çox heyvan uğursuzdur və öldürülməlidir.
(A9 TV; 29 ssentyabr 2013)
Adnan Oktar
-
Avropa İslam ölkələrini işğal etmə marağında deyil, sadəcə qatı dinçilərə nifrət edirlər.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
28 Fevral vəsiləsi ilə müsəlmanlarda böyük oyanış oldu.
(A9 TV; 29 ssentyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) su kimi axar, heç kim onu dayandıra bilməz.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Suriyada, Misirdə bütün tərəfləri, hər kəsi qurtarmağa çalışacağıq. Nifrətlə bir nəticə əldə etmək olmaz.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Kim zülm edirsə ona qarşı çıxarlar. İnsanların bir qismi özünü şirin göstərmək üçün zülm edən tərəfi müdafiə etməsi düzgün deyil.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Suriyadakı ziddiyyətin iki tərəfi də haqsızdır. Bir tərəf kommunist fanatik, digər tərəf klassik fanatikdir.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Başıaçıq və ya makiyajlı xanımları görmək istəməyənlər özləri örtük taxsınlar. Bu daha praktik çıxış yolu olar.