Ərəb dilini bilməyən tək alim Mehdi (ə.s)-dır. Elə bir alim olmayıb ki, ərəb dilini bilməsin. Hamısı ərəb dilini su kimi bilərlər. Peyğəmbərimiz (s.ə.v) bir tək onun üçün xüsusi olaraq söyləyir. "O ərəb dilini bilməz" deyir. Bir tək onun üçün deyir, möcüzədir.
Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Yəhudilərə, xristianlara qarşı bizim qədər şəfqətli olan birlik yoxdur.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Bizim qədər iman həqiqətlərini əhatəli izah edən başqa biri yoxdur. Quranı bu qədər ağıllı, sadə və səmimi izah edən, komplekssiz, dəqiq, qısa və köklü izah edən yoxdur. Bu qədər Quran möcüzəsi izah edənləri görmədik.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Darvinizmi bu qədər mükəmməl, dünya səviyyəsində, elmi dəlillərlə məhv edən bizdən başqa bir kimsə yoxdur. Materializmi bizim qədər, bu qədər güclü fikirlə əzən yoxdur.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Dünyada mehdiyyəti bizim qədər ağıllı, elmi dəlillərə, qaynaqlara əsaslı şəkildə isbat edən, Risalə-i Nura, hədislərə, Qurana əsaslanan şəkildə, isbatlı izah edən heç bir birlik yoxdur.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.
(A9 TV; 24 Mart 2013)
Adnan Oktar
-
Amerika böyük gücdür, amma vurub yıxmaq mənasında deyil. Türkiyə mükəmməl sevgi gücüdür, mükəmməl iman gücüdür, Quranın mükəmməl gücüdür.
(A9 TV; 25 Mart 2013)
Adnan Oktar
-
Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
(A9 TV; 25 Mart 2013)
Adnan Oktar
-
İnsanın ağlı əhəmiyyətlidir. Ağlı görəcək, ürəyi təsdiq edəcək. Ağılla ürək eyni gücdə olmalıdır. İkisi birlikdə hərəkət edəcək. Əgər ağlını istifadə etməsə, sırf ürək ilə təsdiq etmək zəif iman yaradar. Güclü iman, təhqiqi-iman, aynəl-yakin iman çox güclü olar.
(A9 TV; 25 Mart 2013)
Adnan Oktar
-
Əsas məsələ iman məsələsidir. Bir insanın imanı güclüdürsə, mükəmməl olar. İmanı zəif olsa bir çox şeyə gücü çatmaz. Buna görə, imanı zəif bir insana təsəvvüflə yaxınlaşsan bir nəticə əldə edə bilməzsən. Quran möcüzələri ilə, iman həqiqətləri ilə imanını gücləndirib, sonra nə izah edirsənsə et.
(A9 TV; 25 Mart 2013)
Adnan Oktar
-
Alpərənlər canımızdır. Çox gözəl əxlaqlı, məmləkətin canları olan, Anadolu əxlaqını ən gözəl təmsil edən vəli xasiyyətli insanlardır, maşaAllah.
(A9 TV; 25 Mart 2013)
Adnan Oktar
-
Ehtirasın təqlidi olmaz, ehtirası Allah yaradar. Allaha tam təslim olanda ehtiras böyüyər. Həqiqi ehtiras da, qarşı tərəfə Allah rizası üçün hiss edilər.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
Hökumətin “dərin dövlət” şəbəkələrinə qarşı mübarizəsini hər kəsin dəstəkləməsi lazımdır.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
İdealist və Alpərən ocaqlarının varlığı əhəmiyyətlidir. MHP, BBP və Səadət Partiyasının varlığı lazımlı olan partiyalardır. Partiya olmaqdan başqa bunlar bir fikir ocağıdır, əxlaq məktəbidir. Nə MHP-də, nə BBP-də, nə də Səadət Partiyasında iqtidar ehtirası, siyasət ehtirası yoxdur, bu partiyaların iddia ehtirasları vardır.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
Yunanıstanla Türkiyə birləşsin, iki dövlət bir millət kimi olaq. Sərhədləri açaq, dərhal birləşək. Onlar bizim qardaşlarımızdır, gözəl insanlardır. Birlikdə əylənək, xoşbəxt olaq. Çox gözəl olar.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
Biz İsrailə, yəhudi qardaşlarımıza Allah rizası üçün şəfqət göstəririk. Heç bir mənfəətimiz yoxdur. Əksinə bir çox təhlükə ilə, çətinliklə qarşılaşırıq. Bu mövzuda səylərimizi təkcə Allahın təqdirinə təqdim edirik, inşaAllah.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
İsraili üzr istədiyi üçün günahkar çıxarmaq səhv olardı. Üzr istəyənin üzrü qəbul edilib, ona nəzakət göstərilər. Amma "necə də üzr istətdik " kimi ifadələr alçaq hərəkətdir, çirkinlikdir. Türk millətinin alicənablığı vardır, buna yaraşan şəkildə hərəkət edilər. Üzr istəyənin qüruru alçaldılmaz.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
Türkiyə olaraq bir böyüklük iddiamız yoxdur. Böyük olan Allahdır. "Türkiyə böyük qardaş"dır. Belə deyil. Türkiyə Allah rizası üçün xidmət etməyə, xidmətçiliyə namizəddir.
(A9 TV; 26 Mart 2013)
Adnan Oktar
-
Möminlərin birliyində inkar edənləri də qazanmaq düşüncəsi vardır.