PKK-ya "silahı burax" deyil, "o fikri burax" demək lazımdır. PKK-lıların silahları başlarındakı kommunist, Marksist fikirlərdir. Kommunist qatil fikirləri başlarında olduqca silah buraxdırmanın faydası olmaz. Onsuz da PKK silah buraxmaz. Buna qarşı görüləcək ən güclü fəaliyyət, Darvinist təhsilə son verməkdir.
(A9 TV; 6 Yanvar 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında hər bir insanla danışıb onlara təbliğ edirdi.
(A9 TV; 6 Yanvar 2013)
Adnan Oktar
-
İran Darvinizmin ən güclü izah edildiyi ölkələrin başında gəlir.
(A9 TV; 6 Yanvar 2013)
Adnan Oktar
-
PKK bu nöqtəyə silahla gəldi, bundan sonra da silahla davam edər. Təşkilat əsla silah buraxmaz. PKK kommunist dövlət qurmadıqdan sonra terrordan imtina etməz. Ancaq fikri mübarizə ilə PKK-nı təsirsizləşdirmək mümkündür.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Gələn hər imtahanı sevinclə qarşılayıb, onun haqqını tam vermək lazımdır. Çətin imtahanın gəlməsi, qızıl dolu gəminin gəlməsi deməkdir. Bəzən imtahan insana çətin kimi gəlir amma içi savabla doludur.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
PKK indi Leninin "bir addım irəli, iki addım geri" taktikasını tətbiq edir.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Bəşər Əsədlə Öcalan eyni düşüncədədirlər, ikisi də Stalinistdir.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Bəziləri Öcalanı guya qəhrəman kimi göstərməyə səy göstərir. Bu çox eybəcər və çox çirkindir. On minlərlə şəhid verdik. Biz Öcalanı qəhrəman deyil, qatil və xain bilirik.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Məktəb kitablarında Darvinizm birtərəfli olaraq izah edilir. Bu çox səhvdir. Mütləq qarşı elmi dəlillərə və yaradılış həqiqətinə də yer verilməlidir.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
İslam aləmi bizim təmin etdiyimiz zəmin vəsiləsi ilə Darvinistlərə qarşı rahatdır. Əvvəllər elmi olaraq cavab verə bilmədikləri üçün Darvinistlərdən çəkinirdilər.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
PKK ideoloji istiqamətdən çökdüyü üçün çaxnaşma halındadır.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Türk milləti artıq Darvinizmə inanmır. İmanlı millətimiz Darvinizmin etibarsızlığını gördü.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Kommunizm ilə mübarizə fikirlə və elmlə olar.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
IRA ilə PKK fərqli quruluşdurlar, müqayisə etmək mənasızdır. PKK, bütün bölgəni kommunist etməyə əzm etmiş Marksist bir təşkilatdır.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Hz. Davud (ə.s) Allah eşqi ilə mahnı oxuyub rəqs edirdi. O dövrdə, rəqs etdiyi üçün, özlərinə görə hz. Davud (ə.s)-ı kiçik hesab edənlər olmuşdu.
(A9 TV; 3 Yanvar 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s), Tövratda Davudoğlu deyə keçir. Hz. Davud (ə.s)-ın soyundan olacaq Mehdi (ə.s). Qurandakı hz. Davud (ə.s)-ın və hz. Süleyman (ə.s)-ın şəxsiyyətini, ruhunu, xarakterini, inancını, anlayışını tətbiq edəcək.
(A9 TV; 1 Yanvar 2013)
Adnan Oktar
-
Birincisi, Fəthullah bəy məni çox sevər. İkincisi də ki, yoldaşlarımızın fəaliyyətini İslam aləmindəki ən mükəmməl fəaliyyət hesab edir. Müəllimimizi biz də çox sevərik. Mən də çox sevərəm Fəthullah müəllimi.
(A9 TV; 1 Yanvar 2013)
Adnan Oktar
-
Türk üsulu başçılıq sistemi deyə bir sistem yoxdur. Bir dənə başçılıq sistemi vardır, o da federasiyaya gətirib çıxarar. Heç bir şəkildə qəbul etmirik.
(A9 TV; 1 Yanvar 2013)
Adnan Oktar
-
PKK hücumdan imtina etməz. Kommunist ideallarından imtina etməz. Biz Türkiyədə ittifaq edib İslam Birliyi meydana gətirməyə cəhd göstərmək məcburiyyətindəyik. İslam aləmi ilə birləşib bir güc meydana gətirmək məcburiyyətindəyik. Bunun xaricində həll yoxdur.
(A9 TV; 1 Yanvar 2013)
Adnan Oktar
-
Türklük Osmanlı, Səlcuqlular, hər birini içinə alan bir mədəniyyətdir. Anadoluda hakim olan mədəniyyətin adıdır. Orada bir irq üstünlüyü iddiası yoxdur. Türklük Anadolu torpaqlarında yaranan mədəniyyətin adıdır.