Ölkələr arasında silah rəqabəti deyil, sevgi-söhbət rəqabəti olmalıdır.
Dünya səviyyəsində silah istehsalını dayandırmaq asan ikən çətin göstərirlər. Silaha, bombaya veriləcək pul kasıblara, yetimlərə paylanmalıdır. Təyyarələr də bomba atmaq yerinə uşaqlara şokolad atmalıdır.
İllah ki, hər kəs çətinlikdən keçəcək. Axirətin ləzzəti ancaq o zaman aydın olar. Əsl sevgi çətinlik zamanı üzə çıxar. Əziyyət çəkməyən eşqi bilməz.
Qorxaq siyasətçilər həmişə itirərlər.
Kommunist düşüncədə fikirlərin bölünməsi adlı bir məsələ yoxdur. Liderə qeyd-şərtsiz itaət vardır. Onlardan ayrılanı yaşamağa qoymazlar. Necə ki, bunu, Fransada öldürülən PKK-lı qadının simasında da gördük.
Müsəlman güclünün tərəfdarı deyil, haqlının tərəfdarıdır. Bunun əksi eqoistlik olar.
Mehdiyyət xəttindən çıxılmadığı müddətdə nə millətə, nə də dövlətə zaval gəlməz.
Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman və hz. Mehdi (ə.s)-a işarə edən hədislərində, Mərmərə ilə razı olan izahatlar var.
Müqəddəs sandığın tapılması yaxınlaşır. Min ildən bəri axtarılır, amma tapılmır. Allah yalnız Mehdi (ə.s)-a nəsib edəcək. Sandıq Mehdi (ə.s)-ın olduğu məkanın önünə gətirilib qoyulacaq.
Mehdiyyət olmadığı üçün müsəlmanların başlarında bir imam, lider, başçı olmadığı üçün İslam aləmi küləkdə sovrulan yarpaq kimidir. Həddən artıq iztirab, ağrı çəkir, sanki qıvrılır.
Türkiyə heç bir şəkildə kiçik bir qrupun, yaxud böyük bir qrupun tərəfində olmaz. Türkiyə bütün millətlərin hamısına şəfqət, mərhəmət, sevgi bəsləyir. Bir adam çöldə qalsa biz ona da sahib çıxarıq.
Hz. Mehdi (ə.s) bütün “dərin dövlət”ləri aradan qaldıracaq.
Sevgi və mehdiyyət olmadıqdan sonra dövlətlərarası ortaq mənfəətə əsaslanan razılaşmalar kağız üzərində qalar.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyi möcüzələrin çıxmasını gizləmək müsəlman üçün necə cəsarətdir? Bunu edən adam heç hiss etmədən dəccala xidmət edər.
Bolluca xurafatlardan danışırlar. Amma Peyğəmbərimiz (s.ə.v)-in həqiqi möcüzələrini gizləyirlər. Bunu edənlərin əleyhlərinə mənəvi cəhətdən bal yığılır.
Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini bilərəkdən, sırf həsəd apardıqlarına görə gizləyirlər. İstədiyiniz qədər gizlədin, onsuz da biz izah edirik.
Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini saxlamaq böyük günahdır, ən böyük pisliklərdən biridir.
Peyğəmbərimizin Axırzamanda reallaşan möcüzələrini gizlədirlər. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini gizlədən adam necə təqva iddiasında ola bilər?
Dəccal çıxdı. Dəccal darvinizm-materializmdir. Dünya tarixində ilk dəfədir ki, bu qədər çox insan dinsiz və ateist oldu. Dəccaliyyət insanların 99%-ni ateist, materialist və darvinist halına saldı.
Gün gələcək Kosova ilə Türkiyə birləşəcək. Türk-İslam Birliyi daxilində birləşəcək, inşaAllah. O gözəl günlər çox yaxındadır. Bu həm Avropanın, həm də dünyanın qurtuluşu olacaq, inşaAllah.
Mehdiyyət ruhu ilə, İslam Birliyi ruhu ilə hərəkət edənlər Allah tərəfdarları sayılırlar. Allah tərəfdarları heç vaxt məğlub olmaz.