Ördəklər uçarkən eynilə hepard kimi avtomobil sürətinə çata bilir, həmçinin yırtıcı heyvanlara yem olmamaq üçün tez-tez istiqamət dəyişdirirlər. Suya o qədər sürətlə baş vururlar ki, ovçular onları ovlamaqda çətinlik çəkir.
Ayaq barmaqlarının arasındakı pərdələr yaxşı üzmələrini təmin edir. Ördək ayağını geriyə itələdikdə ona daha çox itələmə qüvvəsi vermək üçün bu pərdələr açılır.
Dişi ördəklərin tüklərinin rəngi erkəklərə nisbətən daha solğun olur. Bu fərq yuvasında kürt yatan dişilər üçün mühüm qorumadır. Solğun rəngləri sayəsində olduqları mühitdə gizlənə bilirlər. Buna görə də düşmənləri onların yerini asanlıqla müəyyən edə bilmir. Erkək ördəklər isə dişiləri qorumaq üçün parlaq rəngli tüklərindən istifadə edərək düşmənlərin diqqətini öz üzərlərinə çəkirlər.
Düşmən yuvanın yanına gəldikdə erkək pərvazlanaraq səs-küy çıxarır və düşməni yuvadan uzaqlaşdırmağa çalışır. Balaları üçün belə mühüm, hətta bəzən ölümlə nəticələnən fədakarlıq göstərən ördəklər Allah'ın bənzərsiz yaratmasının nümunələrindən biridir.
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)