Elektroşok tapançasına sahib olan ilan balığı

2118

Boyları bəzən 2 metrə çatan elektrikli ilan balıqları Amazon bölgəsində yaşayır. Bu canlılarda gövdənin üçdə ikisini təşkil edən 5000- 6000-ə qədər təbii elektrik lövhəsi vardır. Onların hasil etdiyi elektrik gərginliyi 500 volt, cərəyan şiddəti isə 2 amperdir. Bu, televizoru işə salmaq üçün tələb olunan elektrik yükündən daha artıqdır. 

İlan balıqları elektrik istehsal etmək qabiliyyətindən həm müdafiə, həm də qeyri-adi hücum vasitəsi kimi istifadə edirlər. Balıq bədənində istehsal etdiyi bu elektrikdən düşmənlərini şok edib öldürmək üçün istifadə edir. Bu elektrik şoku hətta 2 metr uzaqlıqdakı iribuynuzlu heyvanı da öldürəcək qədər şiddətlidir. Balığın elektrik istehsal etmək mexanizmi 2 millisaniyə və ya 3 millisaniyə qədər qısa müddətdə işə düşür.
Elektrikli ilan balığının bu möcüzəvi xüsusiyyəti həyatın mənşəyini təsadüflərlə izah edən təkamül nəzəriyyəsinin əsassızlığını bir daha sübut edir və yaradılış həqiqətini ortaya qoyur. Balığın bu qədər enerjiyə sahib olması onu yaradan uca Allah’ın sonsuz elminin dəlillərindən yalnız biridir. Quranın bir ayəsində belə buyurulur:


Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura surəsi, 4)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr