Onların zürriyətini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir. (Ya sin surəsi, 41-ci ayə)
Ayədə nəsil kimi tərcümə olunan söz "Zürriyyət"dir. Zürriyyət sözü isə "insan nəsli, toxumu" mənasını verir. Yəni ayəyə görə bizim nəslimizə aid məlumatların yer aldığı toxum bir gəmi içində daşınır. Həqiqətən də bizim soyumuza aid məlumat, atadan gələn spermada və ana yumurtasında daşınır və bu ikisinin də üzmə xüsusiyyəti vardır. Xüsusilə spermanın quyruğu sayəsində sanki bir sürət mühərriki kimi hərəkət edərək soy məlumatımızı daşıyır. Bir sonrakı ayədə isə "Və onlar üçün minməkdə olduqları bunun bənzəri şeyləri yaratmağımız da" şəklində keçir. Yəni sizin mindiyiniz gəmilər də bunun kimidir deyilir. Şübhəsiz ki, bu məlumat tək başına Allahın və Quranın haqq olduğunun isbatıdır.