Furqan surəsi, 69 (cəhənnəm əzabının nə olduğunu biz axirətdə görəcəyik)
ucgen

Furqan surəsi, 69 (cəhənnəm əzabının nə olduğunu biz axirətdə görəcəyik)

1553

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti

(7 yanvar 2012, 21:00)

Adnan Oktar: Furqan surəsi, 69. "Qiyamət günü onun əzabı qat-qat artırılar və içində alçaldılmış vəziyyətdə əbədi qalar". Alçaldılma. Axirətdə küfr əhlinə verilən cəzaların mühüm bir tərəfi də alçaldılmadır, Allahın alçaltmasıdır. Lakin, təbiidir ki, cəhənnəm əzabının nə olduğunu biz axirətdə görəcəyik. Çünki cəhənnəmdə hər şeyi eynəl-yəqin, haqqəl-yəqin görəcəyik. Hər kəs görəcək. Məsələn, insanlar cəhənnəmdə gəzirlər, danışırlar, cəhənnəm odu var, hətta Allah: “Qalxıb ürəklərinə çatar” deyir, lakin həmin insanların danışıqlarına baxdığımız vaxt, sakit danışıq olduğunu görürük. Yəni danışıqlarında elə fəryad qoparan üslub yoxdur. Hətta bir-birləriylə çəkişirlər, dedi-qodu edirlər. Bizim bildiyimiz kimi, bir cəhənnəm deyil. Bəzən düşüncələrimizdən keçir ha, bizim ağlımıza nə gəlir; alov şöləsi, benzin yanarkən necə olur. Elə şey deyil. Çünki elə bir alovun içində bir insan əsla danışa bilməz, komaya girər, ağrıdan donub qalar, iflic olar. İnsan alovların içərisində fitnə çıxardır, danışır. Bunu bilmirik, qəribədir. Lakin ən çox narahat olduqları şey olaraq bunu görürük; həmişə cənnətdəkilərə qibtə edirlər. Bu əzabı tez-tez görürük. Bax: "Rəbbinizə söyləyin ki, bizə sizin yediklərinizdən və içdiklərinizdən versin" deyirlər. Beləliklə oradan sıxıldıqları aydın olur. Çıxmaq istəyirlər. Yəni, çıxa bilmək üçün, bir yer var mı deyə dəlik axtarırlar. Həbsə düşmüş insanın sıxıntısı var üzərlərində, bunu görürük.

PAYLAŞIN
logo
logo
logo
logo
logo