Yəhudilər zənn etdiklərindən fərqli olaraq sülhü və sevgini müdafiə edən insanlardır.
Xristian demək, hz. İsa (ə.s)-ı sevir deməkdir. Hz. İsa (ə.s)-ı sevən Allahı da sevər. İnşaAllah Məhəmmədi də olar.
Allah, İsrail o bölgədə olacaq deyir. Baxırıq oradadır, bu çox böyük bir gözəllikdir.
Sevgisiz insanlar səhvi olana çox mərhəmətsiz davranarlar.
İnsanların məhv olmasını istəyəni Allah məhv edər. Çin niyə məhv olsun? Dindar olsun, yaxşı olsunlar. Şərqi Türkistanla Çinin arasını ətlə dırnaq kimi etmək lazımdır. Aralarını düzəldib qardaş kimi yaşamaqlarını təmin etmək lazımdır.
Amerikalıların nəzakətlilikləri və insan sevgiləri çox gözəldir. Amerikanın sevincini, gözəlliklərini boğmağa çalışmaq böyük vicdansızlıq və zülm olar.
ABŞ dünya üçün bir nemətdir. İslam ölkələri ABŞ-a sahib çıxmaq məcburiyyətindədirlər. Xüsusilə, Türkiyə Amerikaya sahib çıxmalıdır. ABŞ-a: "Get, qurtar" deyirlər, sonra da "ABŞ böyük şeytandır" deyirlər.
Uşaqlar mələk kimi günahsız olduğuna görə baxışları ruha şəfadır. Təmiz və günahsız baxış çox gözəldir.
Birlik, bərabərlik zəmanətdir, dinclikdir, dindarın və dinsizin qorunmasıdır. Quranda birlik vardır.
Mehdiyyətə müqavimət göstərildikcə qatı dinçilik, şiddət və terror getdikcə dünyanı bürüyər. Nifrət geniş yayıldığı üçün bölgədə Əl-qaidə üslublu quruluşların tərəfdar tapması, silah və ya pul tapması çətin olmur.
Öldürməyin yaxşısı pisi olmaz. Hər ikisi də rüsvayçılıqdır. Adam öldürmək, insan qanı axıtmaq vəhşilikdir, haramdır. Allah "bir insanı öldürmək, bütün insanları öldürmək kimidir və qarşılığı sonsuz cəhənnəm əzabıdır" deyir.
Misirli müsəlmanlar qibtilərə, yəhudilərə, xristianlara qarşı çox sərt rəftar edirlər. Rəftarlarını dəyişməlidirlər.
Sunqur Ağabəy "Adnan qardaş, sən Zülqərneyn səddisən. Küfr səni aşıb bizə gələ bilmir" deyir
Rəbbimiz Allah yolunda mübarizə edənlərə xəstəlik verməsin. Alimlər çox əhəmiyyətlidirlər. Asan yetişən insanlar deyillər.
Ən böyük rahatlıq ədalətdir, Mehdi (ə.s) ədaləti bütün dünyada təmin edəcək.
Xristian və yəhudi nifrətini dəstəkləyənlər çox səhv edirlər.
Yəhudiləri alçaq görən bir üslub, bərəkətsiz və uğursuz bir üslubdur. Quranda yüzlərlə ayədə yəhudilərdən bəhs edilir. Allah dindar bəni-İsrail xanımları ilə evlənə bilərsiniz deyir. İsrail düşmənliyi uğursuzluq gətirər, Qurana uyğun deyil və günahdır.
Şeyx Mahmud müəllimimiz Osmanlıdan qalan ən son və ən böyük alimlərdən biridir. Mahmud bəyin qayğısına qalınmalıdır.
Yalnız "mən Allahı sevirəm" demək kifayət deyil. Allah qorxusu çox əhəmiyyətlidir. Allahdan qorxmayan təkəbbürlü, qürurlu olur. Allah qorxusu oldanda isə insanda mükəmməl əxlaq meydana gəlir. O insanda eqoistlik olmur. Mehriban və dürüst olur.
Qatı dinçilərin düşüncəsi çox böyük bir təhlükədir və uçqun kimi də yayılır. ABŞ və Avropa bunu hələ anlamadılar.
Qiyamət qopduqdan sonra bütün fizika qanunları, kimya qanunları dəyişir. Yeni bir aləmə keçmiş olacağıq. Qiyamətdən sonra artıq cazibə qanunu, Nyutonun qanunları keçərli deyil.