Qiyamət qopduqdan sonra bütün fizika qanunları, kimya qanunları dəyişir. Yeni bir aləmə keçmiş olacağıq. Qiyamətdən sonra artıq cazibə qanunu, Nyutonun qanunları keçərli deyil.
Axırzamanda, dünyaya əvvəlcə fəlakətlər, sonra da yaxşılıq və gözəllik hakim olacaq.
Meydanları müqəddəsləşdirməyə ehtiyac yoxdur.
Meydanlarda istifadə edilən şüarlarda Mursi və ya Rəbiyə deyil, "İslam Birliyi" deyilməlidir.
İslam aləmində ilk dəfədir ki, bu qədər mərhəmətsiz və dəlicəsinə məzhəb fanatizmi görülür. Bunun həlli mehdiyyətdir.
Quranda hədisdə olmayan yeni-yeni qanunlar çıxarmağa ehtiyac yoxdur. Onlardan bir nəticə çıxmaz, bərəkət gəlməz.
Peyğəmbərdə möcüzə şəklində, heyrətləndirəcək şəkildə bir zadəganlıq olur. Avamda mütləq bir sadəlik olar, az və ya çox sıravilik olar. Bir şeyə yumşaqlıq edər, yəni az da olsa olar. Peyğəmbərdə isə heç vaxt olmur. Peyğəmbər olduğu da oradan aydın olur.
Hər yerdə hiyləli quruluşlar var. Hiylələri parçalayan Mehdi (ə.s)-dır.
Kasıb insanların könlü çox gözəl olar. Zənginləşdikcə-Allahın hikməti, bilmirəm-ürəkdə qatılaşma olur, bir çox insanda belə olur. Amma təbii, aralarında çox yaxşı olanları da var.
Kasıbın sevgisi çox dərin olur. Eşqi, məhəbbəti çox gözəldir. Allaha olan məhəbəti çox gözəldir. Sənətə, estetikaya meyli çox yüksəkdir. Kasıblar hər tərəfli gözəl əxlaqlı olurlar.
Bəzi insanlarda nifrət dəniz kimi olur və bunun içində boğulurlar. İnsanlar sevgini sanki unudublar. Sevginin oyanması üçün çoxlu cəhd lazımdır. Sevgini gündəm halına gətirmək lazımdır. Çünki sevgi daha da gücləndikdə nifrəti əzməyə başlayar və qalib gələr.
Heç bir yerdə sevgi ifadəsinə rast gəlmirik. Hansı internet səhifəsini açsaq hamısında nifrət ifadələri ilə qarşılaşırıq. İslam aləmində də sevgidən bəhs edilmir. Əksinə ağlasığmaz bir nifrət üslubu var. Halbuki, dünyanın əsl ehtiyacı, qidası sevgidir.
Sevgi asanlıqla əldə edilmir, insanlar nifrətə çox meyillidirlər. Sevgiyə həmişə əmək vermək lazımdır, səbir lazımdır.
Öz içlərindəki məzhəb qatı dinçiliyi müsəlmanları məhv edir. Baxıb şahidi oluruq ki, qırğınlara qatı dinçi olan alimlər fətva verir. Hətta Əl-Əzhər şeyxi belə dəstək verir. Hər daşın altında İsraili axtarmaq məntiqli hərəkət deyil.
Misirdəki qırğını İsrailin üstünə yıxmağa ehtiyac yoxdur. Misiri, İsrailli ravvinlər idarə etmədiyinə görə İsraili günahlandırmaq məntiqli deyil. Müsəlmanlar bir-birini qətlə yetirir.
Müsəlmanların birləşməsini istəməmək nə deməkdir? Şeytandan Allaha sığının.
Peyğəmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar hədislərində Suriya Gutada döyüşün sıxlaşacağına diqqət çəkmiş, Gutanın, şəhidlərin ən sıx olacağı yer olduğunu bildirmişdir. Bu böyük bir möcüzədir.
Dünya imtahan məqsədi üçün yarandığına görə, dünyada həm mələk kimi, həm də şeytan kimi insanlar var.
Müsəlman olan kəs kilsə yandırmaz, kilsəni qoruyar.
Allah zülmə, zalımlığa izn verməz. Allah sevgini, şəfqətli olmağı dəstəkləyir.
Dünyada baş verən bəlaların, qarşıdurmaların, zülmün bitməsinin tək bir həll yolu İslam aləminin birləşməsidir.