Xurafatçıya kömək edən şeytandır. Həm öz canı yanır, həm də yaxınlarının canını yandırır. Həm özünü çirkinləşdirir, həm də yaxınlarını çirkinləşdirir. Həm özü kirlənir, həm də yaxınlarını kirlədir. Xurafatçı şeytanın nökərinə çevrilir. Çox təhlükəlidir.
İrandakı rəhbərlik əslində kommunist bir rəhbərlikdir, çox güman ki, PKK-nı dəstəkləyir. Çünki, İran bütün kommunist ölkələrlə yaxın əlaqədədir. İslami bir rejim varmış kimi görünür, amma əslində təməlində kommunist bir rejim vardır. Lakin özlərini xalqa ağıllı kimi göstərmək məqsədiylə, müsəlman kimi göstərirlər. Yəni, əslində dövlət kommunist, xalq isə dindardır.
İran mehriban olsun, avropalılara bənzər bir cəmiyyət olsun. İrana qorxmadan gedək. Bütün qadınlar qorxuyla yaşayır. Niyə hicab məcburiyyəti yaradırsan? İstəyən örtsün, istəyən açsın.
PKK dünyanın ən alçaq, ən şəxsiyyətsiz, ən namərd qruplaşmasıdır. Abdullah Öcalan da bu qruplaşmanın başçısıdır. Cinayətə sövq etdirmiş, on minlərlə əsgərimizin, polisimizin şəhid olmasına səbəb olmuş bir adamdır.
Bəs Amerika Talibanı məğlub etmişdi? "Bombayla məğlub edərik" deyirdilər. Texnologiyasına güvənir. Texnologiyana güvənmə, sevginə güvən. Şəfqətinə, ağlına, imanına, elminə güvən. O insanlar məzlum adamlardır, çox asanlıqla razı sala bilərsən.
Türkiyəni bölməyə çalışarlarsa, dünyanı başlarına yıxarıq, qiyamət qopar. İzin vermirik, bunu unutmalıdırlar. Kim bu layihənin içindədirsə, Allah onu məhv etsin. Kim bu planın içindədirsə, Allah onu məhv etsin. Kim buna qərar veribsə, Allah onu məhv etsin, Allah ona hər cür müsibət versin. Allah başlarına yağış kimi bəla yağdırsın. İzin verməyəcəyik.
Avropa və Amerikanın istədiyi yol xəritəsi; Abdullah Öcalanın istədiyi yol xəritəsi, yəni PKK-nın istədiyi yol xəritəsidir; o da Cənub-Şərq bölgəsində böyük bir ərazinin Türkiyədən ayrılaraq “PKK kommunist-Stalinist” dövlətinə verilməsi və Abdullah Öcalanın bu dövlətin prezidenti vəzifəsinə gətirilməsidir. Məsələ budur. Sülh mərhələsindəki məqsəd budur.
Allah diqqətimizi açsın, Özünə daha çox bağlanmağı və sevgimizi yalnız Ona yönəltməyi nəsib etsin. Ağlımızı gücləndirib, Allahın dəlillərini yaddaşımıza həkk edib; şüurlu və səmimi bir şəkildə imanımızı gücləndirib davam etdirsin. İman zəifliyi çox təhlükəlidir, Allah qorusun.
Gözəllik Allahındır, gözəllik Allaha aiddir. İnsanlar necə də Allahı yaddan çıxartmağa meyillidirlər. Allah insana: "Zaluma və cehula", yəni, "zalım və cahil" deyir. Bütün gözəllik Ona aiddir, buna baxmayaraq, hələ də sevgini, gözəlliyi kişiyə verir, qadına verir.
İnsan nəticədə aciz bir varlıqdır. Ölüb qəbirə gedir. Sevdiyi kimsə öldükdə özünü itirir; "Ölürəm, yanıb yaxılıram, məhv oluram" deyir. Qəbirdəki vəziyyətinə nə deyəcəksən? Görəndə qorxub qaçır. Bəs onda kimi sevmək lazımdır? Allahı. Sənə o görünüşü göstərən kimdir? Allahdır.
İnsan sevgisinə aludə olarsansa şirk olar. Allaha olan sevgindən ötrü sevməlisən. Mahnılar belə həmişə ayrılıqla bağlıdır. Allahın təcəllisi olaraq sev. Allahın təcəllisi olaraq sevsən, o cür mahnıya ehtiyac qalmaz. O qədər iztirab çəkməzsən.
Türkiyənin dünyanı düzgün məlumat vermə agentliyi olsun. Bu agentliyin məqsədi yalnız səhv məlumatları düzəldib doğrusunu insanlara çatdırmaq olmalıdır. Həm radio, həm televiziya, həm də qəzet formasında informasiya yayan bir yer. Doğru Məlumat Vermə Agentliyi. Dünyadakı səhv məlumatları da düzəltsin, Türkiyədəki səhv məlumatları da düzəltsin.
Sülhün təmin olunması üçün hər kəslə ittifaq yaratmaq lazımdır. Masonlarla, Tampliyerlərlə, Neoconlarla, CFR qrupu ilə, ağlınıza gələn hər kəslə. Çünki ağılın yolu birdir.
Kürd mübarəkdir, möhtərəmdir, dindardır, alicənabdır. Əxlaqlı bir varlıqdır. Kürd deyildikdə, mütləq alicənab bir insanla qarşılaşacağımdan əmin oluram. İrqçi məqsədli olaraq deyil, alicənab insanlardır, təqvalı insanlardır. Təqvalarından ötrü üstündürlər. Ona görə sevirəm.
Diyarbakıra laz icra başçısı gedəcək, Mardinə çərkəz icra başçısı gedəcək, kürd icra başçısı İstanbula gələcək, kürd icra başçısı Ankaraya gedəcək. Türkiyə belə gözəl olar. Türkiyə başqa cür olsa bölünər. Heç vaxt belə bir şey etməyin. Bu, sevgisizliyə gətirib çıxarar.
PKK-nın silahı yerə qoyması demək, PKK-nın məhv olması deməkdir. PKK demokratik yola daxil olduğu təqdirdə, məhv olub gedər. Demokratik mübarizə aparan bir PKK yoxdur, o dəqiqə məhv olar. Buna görə də silahı yerə qoymaz.
Kürd milləti, kürdlər, kürd qardaşlarımız, kürd xalqı olduqca dindardır. Abdullah Öcalan dindar bir inancı müdafiə etmir, Stalinist bir inancı müdafiə edir. Kürd qardaşlarımız üçün bu, ən pis təhqirdir. Bir kürd qardaşıma "sən Stalinist ol" demək küfr etməkdir.
Şəhidliklə fəxr edilər. Şəhidlik şərəfdir, nemətdir, yas saxlayacaq bir şey yoxdur. Müşriklər yas saxlayarlar. Kafirlər ağlayar, Allah ayədə: "Az gülüb çox ağlasınlar" deyir. Bəs sən nə deyirsən? "Gülməyin" deyirsən. Allah bunu müşriklər üçün söyləyir. Müsəlman gülər və Allaha olan eşqindən ötrü ağlayar.
Amerika Allaha təslim olsun, darvinist-materialist təhsili dayandırsın. Dinsizliyə qarşı öz münasibətini bildirsin. Amerika dindar olduğu vaxt çox zəngin idi, dindarlığı tərk etdikdən sonra kasıblaşdı.