Kürd milləti, kürdlər, kürd qardaşlarımız, kürd xalqı olduqca dindardır. Abdullah Öcalan dindar bir inancı müdafiə etmir, Stalinist bir inancı müdafiə edir. Kürd qardaşlarımız üçün bu, ən pis təhqirdir. Bir kürd qardaşıma "sən Stalinist ol" demək küfr etməkdir.
Şəhidliklə fəxr edilər. Şəhidlik şərəfdir, nemətdir, yas saxlayacaq bir şey yoxdur. Müşriklər yas saxlayarlar. Kafirlər ağlayar, Allah ayədə: "Az gülüb çox ağlasınlar" deyir. Bəs sən nə deyirsən? "Gülməyin" deyirsən. Allah bunu müşriklər üçün söyləyir. Müsəlman gülər və Allaha olan eşqindən ötrü ağlayar.
Amerika Allaha təslim olsun, darvinist-materialist təhsili dayandırsın. Dinsizliyə qarşı öz münasibətini bildirsin. Amerika dindar olduğu vaxt çox zəngin idi, dindarlığı tərk etdikdən sonra kasıblaşdı.
Bizə Amerikanın və Türkiyənin radiolarında, televiziyalarında çıxış etmək imkanı verilsə kommunizmin, terrorun, anarxiyanın əsassızlığını çox gözəl şəkildə bütün bölgə xalqına izah edərik. Hər yer çox sakit olar. Hamı bir-birini qucaqlayar. Məsələ də bitər.
Hər yerə fikir adamı, düşünəbilən insan göndərmək lazımdır. Türkiyənin, Amerikanın çox gözəl imkanları var; radioları, televiziyaları, qəzetləri var; istifadəmizə versinlər, çox gözəl bir təbliğat fəaliyyəti icra edək. Bir ay belə çəkmədən hər yerde əminamanlıq olar.
Bədiüzzaman Səid Nursinin nəşr olunmayan bir məktubu vardır, orada; "Dindar isəvilər siyasəti boynuna götürər" deyir. Dünya siyasətini boynuna götürər. "Mehdi (ə.s) da təbliğat vəzifəsini yerinə yetirər" deyir.
Kürd qardaşlarımı niyə sevirəm? Təqvalı, gözəl əxlaqlı olduqları üçün sevirəm. Heç kəsi irqindən ötrü sevmərəm. Təqvasına görə sevərəm. Hamımız hz. Adəm (ə.s)-ın övladlarıyıq; Adəmiyik.
Amerika məsələləri zorakılıqla, təyyarə ilə, bombayla deyil, sevgiylə, mərhəmətlə həll etməyi öyrənməlidir. Amerika Qurana tabe olsa bütün bölgə Amerikaya çox sevgi bəsləyər. Sən Qurana inanan insanlara Quranla yaxınlaşmalısan.
PYD-PJAK-PKK, bunların ümumi bir adı vardır, hamısı PKK-dır. Təkcə bir liderləri, bir partiyaları, bir rəhbərlikləri vardır, üsul eynidir, hər şey eynidir, aralarında heç bir fərqlilik yoxdur, əmr komandazənciri təkdir. Hamısı PKK qeyri-leqal təşkilatının adamıdır.
Şirk insanı məhv edər. Cinayətə də yol açar, adam öldürməyə də, öz canına qıymağa da, yandırmağa da, dağıtmağa da səbəb ola bilər. Amma şirkdən xilas olsa, nurlu bir adam olar. Məhz bunu da imam Mehdi (ə.s) təmin edəcək inşaAllah.
Abdullah Öcalanın həbsxanadan çıxması barədə söhbət belə gedə bilməz. O mütləq həbsxanada qalmalıdır. Allah qorusun, əgər o çıxsa, onda bütün PKK-lıların azad edilməsi lazım gələr. Bu təqdirdə,onsuzda PKK qanuni hala gəlmiş olar.Belə olduqda isə Cənub-Şərq bölgəsində dövlət yaradılması da qanuni hala gələr.
Çox başlı bir PKK varmış kimi göstərirlər, bu bir aldanmadır, yanlışlıqdır. PKK daim tək bir mərkəzdən idarə edilir. Bütün dərdləri Abdullah Öcalanı tezliklə azadlığa qovuşdurub president vəzifəsinə gətirmək, Cənub-Şərq bölgəsində yaradacaqları kommunist Kürdüstanın başına keçirməkdir.
Hər hansısa bir silahdan istifadə etməklə bir fikri dəyişdirməyi qəbul etmirəm. Mən PKK-ya qarşı daim fikri mübarizə aparılmasının lazım olduğuna inanıram. Məsələn, biz danışırıq, bir fikirdir bu, fikri bir mübarizədir.
Biz qanla, silahla hər bir şeyin həll olacağına inanmırıq. Qana, silaha, əzaba, iztiraba qarşıyıq. Sevgiylə, sülhlə, qardaşlıqla, imanla, Quranla insanların çətin vəziyyətdən xilas olacağına inanırıq.
Sevgidən danışmaqdan bezmək olmaz. İsrarla sülh, israrla sevgi. Məsələn, iki il sevgidən bəhs edir, üçüncü il yorulur, imtina edir. Sülhdən beş il bəhs edir, altıncı il isə dözə bilmir. Olmaz. Ömrünün sonuna qədər sülhü və sevgini müdafiə etməlidir. Bu fərzdir.
Hz. Süleyman nemət əldə etmək üçün çalışmadı, nemətdən qaçdı, nemət ona tərəf gəldi. Hz. Yusif (ə.s) nemətdən qaçdı, nemət onun arxasınca getdi. Mən ömrüm boyu nemət əldə etməkdən qaçdım. Həmişə neməti Allah yanıma göndərdi. Əlhəmdülillah.
Orta yolla gedən müsəlman deyə bir şey yoxdur. Qurana tabe olan müsəlman vardır. Qurana əməl edirsə tabe olur, əməl etmirsə tabe olmur. İki cür müsəlman vardır. Biri Qurana əməl edən, biri də əməl etməyən. Orta yolla gedən müsəlman olmaz.